Ramana

Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə.

Ramana
40°27′29″ şm. e. 49°59′05″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Sabunçu rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 19 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ramana xəritədə
Ramana
Ramana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub[1] Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir.

Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar.[2] Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi. 75-ci ildə İmperator Tit Flavi Domisian (51–96) Parfiya dövlətilə müharibənin gedişində XII legionu Qafqaz Albaniyası üzərinə yürüşə göndərmişdi. XX əsrin 30-cu illərində Abşeronun Qobustan qoruğunda yerləşən Böyükdaş dağının ətəyində XII legionun burada qoyduğu izlərdən biri – qaya parçası üzərinə latın hərfləri ilə həkk olunmuş yazı tapılmışdır.

Neftlə zəngin torpaq

[redaktə | mənbəni redaktə et]

Ramana neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesinin mərkəzlərindən olub. Ramananın hal-hazırkı dövrümüzə qədər gəlib çatmış ən qədim tikililərinə 1323-cü ilə aid məscidXIV əsrdə inşa edilmiş dördkünc və donjonlu Ramana qalası aiddir.

Ramanaya aparan yolun hər iki tərəfində neft buruqları olan sahələr Azərbaycanda neft bumu dövrünün şahidləridir. Bu gün də kənd özündə xarici və yerli burjuaziyanın izlərini yaşadır. Məsələn, XIX əsrin ikinci yarısında Bakıya ilk kapital qoyan əcnəbilər Nobel qardaşları və fransız sahibkarı Rotşildin fəhlələr üçün tikdirdiyi evlər hələ də qalmaqdadır. Hazırda kənddə nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası, Rotşildə aid olanlardan isə yaşayış evləri kimi istifadə olunmaqdadır. Amma maraqlı burasıdır ki, həmin tikililər bu gün də onların adı ilə tanınır. Məsələn, Nobelin evlərinə kənd əhalisi aparında «nobelski» deyilir.

Məşhur Azərbaycan milyonçusu Şəmsi Əsədullayev də Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindəndir. Məsələn, kənd camaatı arasında «Əsədullayevin evləri», «Əsədullayevin uşaqlarının evi» adlanan milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında yerləşir.[3]

Xəlifə Əli məscidi — Bakının Ramana kəndində yerləşən bu məscidin əsas giriş qapısının üstündəki dəmir lövhədə XVII əsr tarixi göstərilib. Lakin məscidin giriş qapısından sağ tərəfdəki daş kitabədə hicri-qəməri təqvimi ilə 1256-cı il yazılıb. Əsas giriş qapısının üstündəki daş kitabədə isə 1056-cı il tarixi qeyd olunur. Odur ki, bu məscidin dəqiq tarixi barədə məlumat vermək çətinlik törədir. Qeyd edək ki, Ramana Qala məscidi qayaların üstündə tikilib. Əsas ibadət zalı bir mərtəbədən ibarət olub, sahəsi 4x12,5 metrdir. Məscidin hündürlüyü isə 4 metrdir. Məscidin pəncərələrinin birinci layı taxta, ikinci layı isə daşla işlənib.

AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 12.2 min nəfər əhali yaşayır.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. "Bakının 32 kəndi" kitabından
  2. Ашурбейли Сара. История города Баку: период средневековья. Баку, Азернешр, 1992; page 31
  3. Ramana kəndi[ölü keçid]
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)
  1. "Bakının 32 kəndi" kitabından
  2. Ашурбейли Сара. История города Баку: период средневековья. Баку, Азернешр, 1992; page 31
  3. Ramana kəndi[ölü keçid]
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)