Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başköy
Yaşayış məntəqələri Türkiyə Başköy (Doğubayazit) — Ağrı ilinin Doğubayazit ilçəsində kənd. Başköy (Alanya) — Antalya ilinin Alanya ilçəsində kənd. Gürcüstan Başköy (Barmaqsız) - Tiflis quberniyasının Borçalı qəzasıda, indi Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində kənd Ermənistan Başköy (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Başköy (Ağbaba) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızıl Qoç rayonunda kənd. Moldova Başköy (Qaqauz Yeri) — Moldovanın Qaqaziya muxtariyyətində kənd.
Mayski
Mayski adaları
Maks Barskih
Nikolay Mikolayeviç Bortnik (ukr. Микола Миколайович Бортник; 8 mart 1990, Xerson) — daha çox səhnə adı Maks Barskih (ukr. Макс Барських) və alter-eqo Mikolay ilə tanınan ukraynalı müğənni və bəstəkar. O, Ukraynanın Xerson şəhərində böyüyüb, təhsilini başa vurduqdan sonra Kiyevə köçüb. O, altı studiya albomu, bir kompilyasiya albomu və EP buraxdı. == Həyatı == Maks Barskix 8 mart 1990-cı ildə Xerson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Kiyevə köçüb, orada estrada və sirk sənətinin Kiyev Bələdiyyə Akademiyasına daxil olur (ixtisaslaşma "pop vokal"). == Karyera == 2008-ci ildə "Фабрика зiрок-2", adlı layihənin kastinqi başlayır (prodüseri Nataliya Mogilyovskaya idi). Layihədə o iki mahnı yazır: "Аномалия" və "Незнакомка". Layihəni öz arzusu ilə tərk eləyir.
Maks Barskix

Barski evi
Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır. == Təsviri == Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır. == Tarixi == Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi..
Barski meşəsi
Barski meşəsi (rus. Барский лес) – Başqırdıstanın (Rusiya) İşimbayski rayonunun şimal-qərbində yerləşən meşə. Sahəsi 14 km2 təşkil edir. Sterlitamak şəhərindən 20 km, İşimbay şəhərindən 20 km uzaqlıqda yerləşir. Axmerovski meşəsində üstünlük təşkil edən əsas ağac növləri palıd və cökədir.
Başköy (Ağbaba)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1830 - cu ilə kimi qarapapaqlar yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Başköy (Barmaqsız)
Başköy- Gürcüstanda, Aşağı Kartli diyarının Barmaqsız bələdiyyəsində kənd. Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oyoknim türk köklü «baş» sözü ilə peçeneqlərin «kov» tayfa adının birləşməsindən yaranıb. Ümumi mənası «Başkov» deməkdir. Şifahi danışıqda «Başköy» adlanır. Kənd camaatı həm də bu toponimin «baş» və «köy» (kənd) sözlərinin birləşməsi kimi də söyləyir.
Başköy (Şörəyel)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Başkənd kimi, Qafqazın 5 verstlik xəritəsində Baş kyoq formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "əsas, böyük, dağın zirvəsi" mənalarında işlənən baş sözü ilə müasir türk dilində "kənd" mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 31. V.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Saralanc qoyulmuşdur.
Mayski adaları
Mayski adaları — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Starokadomski adasından şimalda yerləşir. Sahillərini Laptevlər dənizinin suları yuyur. Cənubdan şimala doğru 4 km məsafədə uzanır. == Təsviri == Arxipelaq 9 adadan ibarətdir: iki ada dili Styaq dili və Krılataya dili, Vesennıy adası və 6 adsız ada. Böyük hissəsi buzla örtülüdür. Aralarında qumlu saylar mövcuddur. Seçilən yüksəklik yoxdur.
Mayski adasları

Başköy (Amasiya)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1830 - cu ilə kimi qarapapaqlar yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Borskiy rayon bayrağı
Borskiy rayon bayrağı — Samara vilayətində yerləşən Borskiy rayonın bayrağı
Başköy (Qaqauz Yeri)
Başköy (qaq. Başküü) Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Mayski (Kabarda-Balkariya)
Mayski (kab.-çərk. Майскэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Mayski şəhər dairəsinin və Mayski rayonunun inzibati mərkəzidir. == Coğrafiya == Mayski şəhəri eyni adlı rayonun mərkəzi hissəsində, Çerek və Terek çayları arasında yerləşir. Respublikanın paytaxtı Nalçikdən 45 km şimal-şərqdə, Proxladnı şəhərindən 12 km cənubdadır. Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Kotlyarevskaya, cənub-qərbdə Psıkod, qərbdə Novo-İvanovo, şimal-qərbdə Oktyabrski, şimalda Sarskoye, şərqdə Krasnoarmeyskoe və Djulat. Şəhər respublikanın düzənlik zonasında, Kabardın malli düzənliyində yerləşir Şəhərdəki orta hündürlük dəniz səviyyəsindən 217 metrdir. Şəhərdəki hidroqrafik şəbəkəsi Çerek, Terek və Demenyuk çayları ilə təmsil olunur. Həmçinin şəhərdə bir çox süni su tutarları mövcuddur. Ərazisi yeraltı mənbələrlə və şirin su ehtiyatları ilə zəngindir.
Mayski (Şimali Osetiya)
Mayski (oset. Майскæй, inquş. Майски, Бекъи-Юрт) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir . Eyni adlı kəndin inzibati mərkəzidir. == Coğrafiya == Mayski kəndi İnquşetiya ilə sərhəddə, Kambileyevka çayının sağ sahilində, nisbətən aşağı axarda Alxançurt kanalı ilə kəsişdiyi yerdə yerləşir. Kəndə ən yaxın yaşayış məntəqələri: cənubda Çermen kəndi, şimal-şərqdə Nazran şəhəri (İnquşetiya), qərbdə Beslan şəhəri. Kəndin şərq kənarında, yeni qurulmuş Novoye kəndi yerləşir. == Tarix == 19-cu əsrin əvvəllərində, müasir bir kəndin yerində, Kambileyevka çayının sahilində rus sənədlərində və 19-cu əsrin xəritələrində qeyd olunan bir kənd qurulmuşdur. Bu kənd Bekaya ya da Bekaya Xişilqova (İnquş. Бекъи-Юрт) adlandırılmışdı.
Sikorski-Mayski müqaviləsi
Sikorski-Mayski müqaviləsi — SSRİ ilə Polşa arasında 30 iyul 1941-ci ildə Londonda imzalanmış müqavilə. Müqavilə öz adını onu imzalayan iki məşhur şəxsdən götürür: Polşanın Baş naziri Vladislav Sikorski və SSRİ-nin Londondakı səfiri İvan Mayski. == Tarixi == 1939-cu ildə Nasist Almaniyası və SSRİ arasında Molotov-Ribbentrop paktı bağlandıqdan sonra, SSRİ Polşanın işğalına və sonrakı bölüşdürməyə qoşuldu. SSRİ Polşanın mövcud olmadığını elan etdi və ələ keçirdiyi bölgədəki polşalıları öz vətəndaşları olaraq dəyərləndirməyə başladı. Nəticədə 2 milyon polyak NKVD tərəfindən həbs olundu və sürgünlərə məruz qaldı. 1941-ci ildə Nasist Almaniyası ilə SSRİ müharibəyə başladığı zaman SSRİ-nin beynəlxalq vəziyyəti dəyişdi. Bu zaman, Stalin Almaniyaya qarşı olan dövlətlərlə əlaqələr qurmağa başladı. Böyük Britaniyanın Xarici işlər Naziri Entoni İdenin vasitəçiliyi ilə Londonda yerləşən mühacir Polşa hökuməti ilə SSRİ-nin səfiri İvan Mayski arasında diplomatik münasibətlər başladı. Nəticədə 30 iyul 1941-ci ildə Londonda müqavilə imzalandı. Daha sonra Moskvada 14 avqust 1941-ci ildə daha bir hərbi ittifaq müqaviləsi bağlanıldı.
Mayski rayonu (Kabarda-Balkariya)
Mayski rayonu (kab.-çərk. Май куей, qaraç.-balk. Май район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mayski qəsəbəsidir. == Coğrafiyası == Mayski rayonu Kabarda-Balkariya Respublikasının şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Leskenski rayonu, qərbdə Urvan rayonu, şərqdə Terek rayonu, şimalda Proxladnenski rayonu və şəhər dairəsi, həmçinin cənubdan isə Şimali Osetiyanın Kirov rayonu. Rayonun sahəsi 384.80 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Rayonda yüksəklik göstəriciləri cənubda 5642 metr, şimalda 550 metr arasında dəyişir.