Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır.[1]
Barski evi | |
---|---|
| |
43°19′20″ şm. e. 45°41′04″ ş. u.HGYO | |
Ölkə | SSRİ |
Şəhər | Qroznı |
Yerləşir | Putin prospekti |
Tikilmə tarixi | 1923 |
Vəziyyəti | Əla |
Vikianbarda əlaqəli mediafayllar |
Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır.[1][2][3][4]
Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi.[5]. Bu şirkətlərdən biri də, Qroznıda genişmiqyaslı neft istehsalı ilə məşğul olan İngiltərənin "Royal Dutch Shell" şirkəti idi.[6][7] Xarici investorlar Qroznıda bir neçə bina tikintisini həyata keçirdi. Bunların arasında "Transmaş" zavodundakı keçmiş buxar elektrik stansiyasının binası, kerosin istehsalı üçün iki emalatxana, Qroznının mərkəzindəki Putin prospektindəki Barski evi, hazırkı, Qroznı Neft Elmi-Tədqiqat İnstitutunun binası və İngilis Qalası olmuşdur.[8]
Beləliklə Qroznıda neft hasilatı ilə məşğul olan ingilis neft sahibləri tərəfindən tikilmiş Barski evi 1923-cü ildə istifadəyə verilmişdir. Əvvəlcə binada həm xarici, həm də yerli mütəxəssislər üçün ofislər və mənzillər yerləşirdi.[1][3] Sonralar burada sovet partiya elitasının ailələri məskunlaşmışdılar.[3] Bina Birinci Çeçenistan müharibəsi zamanı zədələnmiş, İkinci Çeçenistan müharibəsində isə demək olar ki, tamamilə dağıdılmışdır. 2006-cı ildə bina Qroznı meriyası tərəfindən tam bərpa edilmişdir.[1]
1998-ci ildə evin fasadında 1957–1994-cü illərdə burada yaşamış Dziyaudin Malsaqovun şərəfinə xatirə lövhəsi vurulmuşdur. İkinci Çeçenistan müharibəsi zamanı xatirə lövhəsi də məhv edilmişdir. Malsaqovun həyat yoldaşının səyi ilə 2012-ci il avqustun 7-də xatirə lövhəsi yenidən quraşdırılmışdır. Ən maraqlısı yeni lövhəni ilk xatirə lövhəsini hazırlayan ustanın oğlunun hazırlaması idi.[9].
2013-cü ildə Çeçenistan Respublikası Hökumətinin Turizm Komitəsi Barski evini "Şəhər gəzintisi" turizm və ekskursiya marşrutuna — Qroznının görməli yerlərinə daxil etdi. Həmin il binanı 35 min turist ziyarət etmişdir.[1]