Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barbeya
Barbeya (lat. Barbeya) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin barbeyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Barbeya oleoides Schweinf.
Barsbek
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Babəki
Babəki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Araz çayı yaxınlığında, şərur düzündədir. XX əsrin ortalarında qonşu Çərçiboğan kəndindən çıxmış bir qrup gənc ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim özündə xalq qəhrəmanı Babəkin adını əks etdirir. "Babəkə məxsus, Babəkin tərəfdarları" deməkdir. SSRİ dövründə Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Babək
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین‎; 1 iyul 798, اردبیل – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak", Hay mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir. == Həyatı == Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub.
Barbeya oleoides
Barbeya oleoides (lat. Barbeya oleoides) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin barbeyakimilər fəsiləsinin barbeya cinsinə aid bitki növü.
Cynodon barberi
Sumatra barbusu
Sumatra barbusu, və ya Sumatra puntiusu (lat. Puntigrus tetrazona) sazankimilər fəsiləsinə aid şüa üzgəcli balıq növüdür. Populyar akvarium balığıdır . == Yaşayış arealı == Sumatra və Kalimantan adalarının sularında yaşayır. 1935-ci ildə Avropaya gətirilmişdir. == Təsviri == Çox aktiv və cəld balıqlardır. Başlayan akvariumçular üçün tövsiyə olunur.] Açıq sarımtıl-qəhvəyi rəngli gövdəsi və 4 ədəd vertikal qara zolağı var. Akvariumda saxlamaq üçün 22–24 °C temperatur, 17 ° -ə qədər sərtlik, pH 6.5–7.0 olan su tələb olunur. 15 °C-ədən aşağı temperaturda sağ qala bilir, amma belə şərait tövsiyə olunmur. Cinsi yetkinliyə 12 aylıq olanda çatırlar və bir dəfəyə 500-ə qədər kürü tökürlər.
Babrək Karmal
Bəbrək Karməl (puşt. ببرک کارمل; doğ. 6 yanvar 1929, Kamari, Kabul, Əfqanıstan — 3 dekabr 1996, Moskva, Rusiya) — Əfqanıstan dövlət və partiya xadimi. == Həyatı == Bəbrək Karməl 6 yanvar 1929-cu ildə Əfqanıstanda, Kabul yaxınlığında hərbçi ailəsində anadan olmuşdu. Bəbrək Karməl 3 dekabr 1996-cı ildə Rusiyada, Moskvada vəfat edib.
Bartek (ağac)
Bartek palıdı — bir yay palıdı, təbii bir abidə. Polşada Sventokşis voyevodalığı, Zaqnansk kommunasının yol kənarında böyüyən bir palıd ağacı. Bu ağac bütün məşhurdur. Təxminən 9.85 m enə və 30 m hündürlüyə malik olan bir palıd, Polşanın məşhur botaniki Vadislav Şaferin başçılıq etdiyi münsiflər heyəti tərəfindən "Polşadakı ən gözəl ağac" olaraq bəyan edilib. == Tarixi == Son dendroloji araşdırmalara görə, ağacın yaşı 645-670 yaş arasında qiymətləndirilir. Palıd ağacının dəqiq yaşı özəyinin çürüməsinə görə müəyyən edilə bilməz. Bəzi mənbələrdə Bartekin yaşı hətta 1200 olaraq qiymətləndirilir. 1954-cü ildən bu yana palıd təbii bir abidə sayılır. Bir əfsanəyə görə, Yan III Sobieski və Mariya Kazimirtanın xəzinələri Bartek palıdında gizlədilmişdir. Palıd gövdəsinin cənub-şərq tərəfində yerli metalurgiya zavodlarında hazırlanmış, çarmıxa çəkilmiş Məsihin iki siması asılmışdır.
Laviniya Bajbeuk-Melikyan
Laviniya Aleksandrovna Bajbeuk-Melikyan (rus. Лавиния Александровна Бажбеук-Меликян; 3 aprel 1922[…], Tiflis – 8 noyabr 2005, İrəvan) — Sovet, Rusiya və Ermənistan rəssamı. Ermənistan SSR xalq artisti (1983). Rusiya Federasiyasının əməkdar artisti (1997). Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü (2002). == Həyatı == Tbilisidə məşhur erməni rəssamı Aleksandr Bajbeuk-Melikyanın ailəsində anadan olub. Atasının ikinci nikahdan olan oğlu Vazgen və qızı Zuleyka da rəssam oldular. 1944-cü ildə Yerevanda yerləşən Fanos Terlemezyan adına Rəssamlıq Məktəbini bitirdi, 1951-ci ildə isə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirdi. İnstitutu bitirdikdən sonra Laviniya SSRİ xalq rəssamı P. D. Korinin rəhbərliyi altında Moskva metrosunda mozaik pannosu üzərində işlədi. Bundan sonra o, Ermənistana qayıtdı və bir müddət orada çalışdı.
Renzo Barbera stadionu
"Renzo Barbera" stadionu — İtaliyanın Palermo şəhərində yerləşir.
Züleyxa Bajbeuk-Məlikyan
Züleyxa Bajbeuk-Məlikyan (erm. Զուլեյկա Բաժբեուկ-Մելիքյան; 16 oktyabr 1939, Tbilisi) — Ermənistan rəssamı. O, Aleksandr Bajbeuk-Məlikyanın qızıdır. Onun əsərləri 16 sentyabr 2016-cı ildə Ermənistan Milli Qalereyasında atası və bacıları ilə birlikdə Marqarita Xaçatryanın kuratorluğu ilə nümayiş etdirilmişdir. Bajbeuk-Məlikyanın rəssamlıq üslubu Gürcüstanın Tbilisi Dövlət Rəssamlıq Akademiyasının ənənəsi ilə davam edir və yetmişinci illərin təsviri sənəti əsasında formalaşmışdır. Onun teatral və romantik ruhla təcəssüm olunmuş çoxqatlı və nöqtəli metodu parlaqlığı ifadə edir; Onlar həm emosional, həm də musiqilidirlər. Bajbeuk-Məlikyan "əlində fırçası olan musiqiçi" adlandırılmışdır.
Babək Abidov
Babək Vəfadar oğlu Abidov (3 may 1992; Dəvəçi, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Babək Abidov 1992-ci ilin 3 may günündə Şabran rayonunun (dövrünün Dəvəçi rayonu) Zeyvə kəndində anadan olub. == Hərbi xidməti == Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Abidov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Babək Abidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Babək Abuşov
Babək Məmməd oğlu Abuşov (Babək Xalistürk) — biologiya elmləri doktoru, professor. 20 sentyabr 1950-ci ildə Kürdəmir şəhərində anadan olub. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fizilogiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. 16 oktyabr 2021-ci ildə Kazan şəhərində vəfat etmişdir. == Təhsili == 1968-ildə orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib. == Fəaliyyəti == 1977-1992-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Beyin institutunda (Moskva şəhəri) işləyib. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Hazırda AMEA A.İ.Qarayev adına Fizilogiya İnstitutunda çalışır. 1977-ci ildən başlayaraq müxtəlif ekstremal faktorun təsiri şəraitində beyində əmələ gələn morfofunksional dəyişiklikləri və onların qarşısının alınma yollarını araşdırır.
Babək Abışov
Babək Vaqif oğlu Abışov (25 aprel 1994, Beyləqan rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Abışov 1994-cü il aprelin 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Babək Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Abışov oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Babək Allahverdiyev
Babək Allahverdiyev (30 may 1979, Naxçıvan – 4 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Allahverdiyev 1979-cu il mayın 30-da Naxçıvan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Babək Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Allahverdiyev noyabrın 4-də Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Babək Cəfərov
Babək Məxsus oğlu Cəfərov (15 avqust 1991, Qarayeri, Xanlar rayonu – 8 mart 2021, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Cəfərov 15 avqust 1991-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Babək Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Cəfərov oktyabrın 26-da Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi — Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Babək Cəfərov 2021-ci il martın 8-də müalicə aldığı tibb müəssisəsində şəhid olub. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Babək FK
"Babək" — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Babək Göyüş
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013) == Həyatı == Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub. Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb. 1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib.
Babək Göyüşlü
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013) == Həyatı == Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub. Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb. 1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib.
Babək Hüseynov
Babək Hüseynov- (d. 22 aprel 1983, Füzuli, Azərbaycan SSR) Kunq-fu sanda üzrə 10 qat Azərbaycan, 8 qat dünya çempionu. Kung-fu üzre peşəkar sanda və uşu sanda üzrə “Omar Uşu” klublarının prezidenti., «Azərbaycan Respublikasının Əməkdar İdman Ustası»,"Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" == Həyatı == Babək İslam oğlu Hüseynov 22 aprel 1983-cü ildə Azərbaycan SSR-in Füzuli rayonunda anadan olmuşdur. 1992-ci ildə Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə Füzulini tərk edərək Bakıya köçmüş və burada yaşamışdır. İlk təhsilini Bakıda alan Babək Hüseynov 1993-cü ildən idmanla məşğul olmağa başlamışdır. 1993-cü ildə idmanın karate növü, 1995-ci ildə isə kunq-fu sanda idman növü ilə məşğul olmuşdur. === Ailəsi === Subaydır. == Fəaliyyəti == kunq-fu sanda üzrə peşəkarlar arasında döyüşlərdə 2006-cı ildən iştirak etməyə başlayıb. Elə həmin il İtaliyada kunq-fu sanda üzrə peşəkarlar arasında keçirilən dünya çempionatında qızıl medal əldə edib. 2007-ci ildə İranda Böyük A Kateqoriyalı Beynəlxalq yarışda 2-ci yerə, İtaliyada dünya çempionatında 3-cü yerə layiq görülüb.
Babək Hüseynoğlu
Babək Hüseynoğlu — Jurnalist == Həyatı == Babək Hüseynoğlu 1951-ci ildə Zəngibasarda doğulub. Yerevan Dövlət Pedaqoji İnstitutunu bitirib. "Sovet Ermənistanı" qəzetində məsul katib, "AzTV"-də şöbə müdiri vəzifələrində çalışıb. 1990-cı ilin avqustundan 1993-cü ilədək "Aydınlıq" qəzetinin baş redaktoru olub. 1993-cü ilin avqustundan 1996-cı ilin sentyabrınadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri işləyib.
Babək Həsənov
Babək Saleh oğlu Həsənov (14 sentyabr 1990, Birinci Şıxlı, Qazax rayonu – 4 noyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Həsənov 1990-cı il sentyabrın 14-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1996–2007-ci illərdə M. Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Babək Həsənov 2008-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2008–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2013–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Babək Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Laçın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Babək Həsənov noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Babək Mahmudlu
Babək Süleyman oğlu Mahmudlu (27 noyabr 1995, Biləsuvar – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Mahmudlu 1995-ci ilin noyabrın 27-də, Biləsuvar şəhərində anadan olmuşdur. Əslən Lerik rayonunun Lələhiran kəndindəndir. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır. == Hərbi xidməti == Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu "İstiqlal" snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respubliasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir. 27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad olunması uğurunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, 89 düşmən əsgərini "İstiqlal"ı ilə məhv etmişdir.
Babək Məhərrəmov
Məhərrəmov Babək Cəfərqulu oğlu (14 mart 1967, Mollakənd, Kürdəmir rayonu – 12 yanvar 1994, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — şəhid. == Həyatı == 1967-ci ilin mart ayının 14-də Kürdəmir rayon Mollakənd kəndində dünyaya göz açmışdır. 1973-cü ildə Kürdəmir rayon Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinə 1-ci sinfinə qəbul olmuşdur. 1982-ci ildə Kürdəmir 115 nömrəli kənd ortatexniki peşə məktəbinin qaynaqçı ixtisasına qəbul olmuşdur. 1985-ci ilin iyul ayının 15-də Kürdəmir rayon 115 nömrəli kənd orta texniki peşə məktəbinin traktor-maşinist ixtisasını bitirmişdir 1985-ci ilin dekabr ayının 3-dən Sovet Ordusu sıralarında Moskva şəhəri yaxınlığında hərbi xidmət keçmişdir.1987-ci ilin dekabr ayının 28-də həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. 1988-ci ilin may ayının 3-də AzKTSÇT-də III dərəcəli betonçu vəzifəsinə 68 nömrəli əmrlə qəbul olunmuşdur. 1990-cı ilin oktyabrın 18-də Kürdəmir şəhər AzKTSÇT idarəsində II dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ilin iyun ayının 10-da “Azərneft” birliyinin Carlı KRİ İstehsalat-təchizat şöbəsinə yardımçı fəhlə vəzifəsinə qəbul edilmişdir. 1992-ci ilin dekabr ayının 7-də neft və qaz quyularının qazılması üzrə 3-cü dərəcəli qaz köməkçisi vəzifəsinə keçirilmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başladı.