Sumatra barbusu, və ya Sumatra puntiusu (lat. Puntigrus tetrazona) sazankimilər fəsiləsinə aid şüa üzgəcli balıq növüdür. Populyar akvarium balığıdır .
Sumatra barbusu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sumatra barbusu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Sumatra və Kalimantan adalarının sularında yaşayır. 1935-ci ildə Avropaya gətirilmişdir.
Sumatra barbusunu canlı və quru yem yembləmək olar, lakin piylənmə və xəstəliklərin qarşısını almaq məqsədi ilə bitki mənşəli əlavələr pəhrizə daxil edilməlidir. Əgər rasionunda bitki mənşli qidalar olmasa balıqlar bitkiləri qoparmağa və yeməyə başlayır.
Əvvəlcədən seçilmiş bir neçə damazlıq balıq, 25–26 °C temperaturlu, kiçik yarpaqlı bitkilər olan bir akvariuma yerləşdirilir. Dişi təxminən 400–600 kürü verir. Kürü dənəcikləri 1 mm-dən bir qədər böyükdür və sarımtıl rəngə malikdir. 24–36 saatdan kürüdən bitkilərin yarpaqlarından asılı qalan balalar əmələ gəlir. 4–5 gün sonra balalar üzməyə balayır. Bu zaman onların uzunluğu 5 mm-dən çox olur və onlar artıq kiçik yemləri yeməyə başlayırlar (siklop və subirəsi). 2,5–3 aylıq olanda cinsi dimorfizm inkişaf edir. Balıqlar cinsi yetkinliyə 6–8 ayda çatır. İsti mövsümdə dişi Sumatra barbusu bir neçə dəfə kürü qoyub nəsil verə bilir.