Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BQHT
Beynəlxalq qeyri-hökumət təşkilatları (ing. International Non-Governmental Organizations) — müxtəlif ölkələrin ictimaiyyətinin müxtəlif təbəqələrindən olan oxşar və ya ümumi sosial, siyasi, iqtisadi, ideya, peşəkar və digər maraqlı təşkilati rəsmiləşmiş birliklər. BQHT-ları ayrı-ayrı şəxslərin müxtəlif milli cəmiyyətləri və ittifaqlarını birləşdirir. Beynəlxalq qeyri-hökumət təşkilatları xalqlar arasında ünsiyyət formalarından biridir. Bir sıra BQHT-nın fəaliyyətləri səhralaşma problemləri ilə əlaqədardır. Beynəlxalq QHT-lər 1952-ci ildən Avropa Şurası yanında məsləhətçi statusuna malikdirlər. 2003-cü ilin noyabrında beynəlxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rolunu tanımasından irəli gəldi. Bu status Nazirlər Komitəsinin Qətnaməsi (2003) tərəfindən idarə olunur. Bu cür statusa malik olmaq istəyən Beynəlxalq QHT-lər xüsusilə onların sahəsində (sahələrində) təmsil olunmalıdır. Onlar Avropa Şurasının məqsədlərini izləməli və onun fəaliyyətinə öz töhfələrini verməlidirlər.
Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Bath
Bat (İngiltərə)
Bayt
Bayt (ing. byte) — əsas informasiya vahidi olub 8 bitə bərabər hesab olunur. Rəqəmli informasiyanın saxlanması və emal olunması vahididir. Bir bayt 0-255 aralığında ikilik ədədləri kodlaşdıra bilir. Klaviaturadan daxil edilən hər hansı bir simvol ASCII kodlaşdırmasında kompüterin yaddaşında 1 bayt yer tutur.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Bat
Bat (İngiltərə)
Andrey Batt
Andrey Batt (rus. Андрей Батт, tam adı: Andrey Sergeyeviç Batıçko; 6 avqust 1985, Tallin) — Rusiya aktyor, repçisi, prodüser, rejissor. Keçmiş basketbolçu. == Həyatı == Andrey Batt 6 avqust 1985-ci ildə Tallində doğulub. 2009-cu ildə aktyor çəkilişlərinə başlayıb. 2013-cü ildə musiqi əsərləri buraxmağa başladı. 2016-cı ildən o, özünün "Rəssamın macərası" realiti-şousunu nümayiş etdirir.
Baft şəhristanı
Baft şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Baft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,129 nəfər və 24,598 ailədən ibarət idi.
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. == Həyatı == Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Bahh Tee
Bahh Tee (tam adı: Bəxtiyar Əliyev 5 oktyabr 1988, Moskva) — Azərbaycan əsilli Rusiya repçisi. == Həyatı == Bahh Tee 1988-ci il oktyabr ayının 5-də Moskvada dünyaya gəlmişdir. === Şəxsi həyatı === == Diskoqrafiya == Bahh Tee-nin diskoqrafiyasına 2 studiya albomu daxildir.
Baho Saakyan
Bako Sahaki Sahakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir. İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb. 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi. == Həyatı == Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu.
Bant ordeni
Nəcabətli Bant ordeni (ing. The Most Noble Order of the Garter) — Böyük Britaniyanın ali cəngavər ordeni. Dünyada ən qədim mükafatlardan biri sayılır. 1348-ci ildə təsis olunmuşdur.
Bart Rouvenhorst
Bart Rouvenhorst (nid. Bart Rouwenhorst; d. 30 dekabr 1970, Apeldorn, Niderland) — Hər il Hollandiyanın Breda şəhərində keçirilən Kürənsaçlılar festivalının rəssamı, məsləhətçisi və təşkilatçısı. == Kürənsaçlılar festivalı == Bart Rouvenhorst Kürənsaçlılar festivalının yaradıcısıdır. Belə ki, o, 2005-ci ildə 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib.
Bart Simpson
Bartolomyu Jo-Jo «Bart» Simpson (ing. Bartholomew Jo-Jo «Bart» Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri və Simpsonlar ailəsinin üzvü. Aktrisa Kartrayt Nensi tərəfindən səsləndirilən Bart xarakteri televiziyada ilk dəfə 1987-ci il 19 aprel tarixində "The Tracey Ullman Show"da (1987-1990-cı illər arasında həftəlik ekranlara çıxan Amerika televiziya şousu) yayımlanan "Simpsonlar qısası"nın birinci bölümü olan "Good Night"da göründü. Bart animasiyası cizgi film rəssamı Mett Qreyninq tərəfindən Bruks Ceymsin ofisinin gözləmə salonunda gözləyərkən hazırlandı və yaradıldı. Qreyninq "Life in Hell"ə (Qreyninq tərəfindən çəkilən həftəlik karikatura seriyası) əsaslanan animasiya hazırlaması üçün çağırılsa da, bunun əvəzinə yeni bir qrup obraz yaratmağa qərar verdi. Digər obrazlara Qreyninqin ailə üzvlərinin adları verilsə də, Bartın adı brat (yaramaz uşaq) sözünə uyğunlaşdırılmışdır. "The Tracey Ullman Show"da üç il yayımlandıqdan sonra Simpson ailəsi 1989-cu ilin 17 dekabr tarixində Fox telekanalında ayrıca serial kimi yayımlanmağa başladı. == Təkrarlanan frazalar == Ay caramba! Eat my shorts! (Mənim şortumu ye!) Don`t have a cow man!
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.
Cessika Bart
Cessika Bart (ing. Jessica Barth; 13 iyul 1980, Filadelfiya, Pensilvaniya) — ABŞ aktrisası.
Henrix Bart
Henrix Bart (alm. Heinrich Barth‎; d. 16 fevral 1821, Hamburq, Almaniya – ö. 25 noyabr 1865, Berlin, Almaniya) — alman coğrafiyaşünas-səyyahı, etnoloq. 1863-cü ildən Berlin Universitetinin professoru, Berlin Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur. == Həyatı == 16 fevral 1821-ci ildə Hamburqda anadan olmuşdur. 1844-cü ildə Berlin Universitetindən məzun olaraq, İtaliya və Siciliyanı ziyarət etmiş və Aralıq dənizi ölkələri ilə səyahət etmək üçün bir plan hazırlamışdı. 25 noyabr 1865-ci ildə Berlində vəfat etmişdir. == Səyahətləri == 1850–1855-ci illərdə C. Riçardsonun Afrikaya ekspedisiyasında iştirak etmiş, iki dəfə Böyük Səhranı keçmiş, bir sıra vahəni, Air və Damerqu platolarını, Çad gölü hövzəsini, Niger çayını və onun sol qolu olan Benueni tədqiq etmişdir. 1858–1864-cü illərdə Balkan yarımadasını və Kiçik Asiyanı öyrənmişdir.
Russo-Balt
Rusiya avtomobil markası Russo-Balt (alm: Russisch-Baltischen Waggonfabrik; ru: Rusско-Балтийский вагонный завод, RBVZ) Rus-Baltik vaqon fabrikində istehsal edilmişdir. == Tarixi == İlk avtomobillər 1909-cu ilin yayında “Russo-Balt” markası adı altında istehsal edildi. İstehsalat fabriki olan Russo-Baltik Vaqon Zavodu Riqada yerləşirdi. Layihə sahibi Belçika mühəndisi Julien Potteratdır. Model rusiyalı mütəxəssislər İvan Fryazinov və Dmitri Bondarev ilə iş birliyində hazırlanmışdır. Markanın avtomobilləri bütün dünyaya nüfuzlu yarışlarda qazandıqları qələbələrlə tanıdıldı. Məsələn: Sankt-Peterburq - 1912 və 1913-cü illərdə Monte Carlo yarışı. Vezuvi zirvəsinə qalxan ilk avtomobildir. Avtomobilin dayanıqlığı ilə bağlı gülünc hadisə: avtomobil yarışında sürücü pistə girdi; pist məhv edildi, avtomobil demək olar ki, bütöv qaldı. Zavod 7 ildə 500-ə yaxın avtomobil istehsal etmişdir.
Arnoşt Bart
Arnoşt Bart (y.sorb Arnošt Bart, Brězynčanski; 29 avqust 1870, Litten[d] – 15 fevral 1956, Brizinq[d]) — Sorbialı siyasətçi və ictimai xadim. Sorbia mədəni-ictimai "Domovina" cəmiyyətinin yaradıcılarından biri və onun ilk sədri (1912-1927). == Bioqrafiya == 29 avqust 1870-ci ildə Kubşuts kommunasının Letonun kəndində serb kəndli ailəsində anadan olub. 1885-1888-ci illərdə Bautzendəki peşə məktəbində təhsil alıb. Təhsildən sonra o, tək Avropanı yox həmdə Fransa, Rusiya və Avstriya-Macarıstanı səyahət edir. 1890-cı ildə vətənə qayıdır və həmin il Sorb təhsil təşkilatı "Matitsa Serbian"a qoşulur. Sorb kəndliləri arasında mədəni və ictimai tədbirlərdə iştirak etmişdir. Eyni zamanda o, sakson mühafizəkarlarının fikirlərini dəstəkləyərək siyasi fəaliyyətlərdə iştirak edirdi. 1912-ci ildə "Domovina" sorb ictimai təşkilatının yaradıcılarından biri idi. 1918-ci ildə Saksoniyada baş verən Noyabr inqilabı zamanı o, Milli Sorb Komitəsinin qurucusu olur.
Baha Səid
Baha Səid (türk. Baha Sait; 1882, Konstantinopol – 1939) — Türkiyə hərbçisi. O, Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Baha Səid Qafqazdan Anadoluya köçmüş qumuq ailəsində anadan olmuşdur.O, bəzi mənbələrə görə 1882-ci ildə Biqada, bəzilərinə görə isə Dağıstanda doğulmuş və 16 yaşında Türkiyəyə gəlmişdir. Baha Səid müharibə zamanı İstanbuldan Anadoluya sursat və döyüşçülərin qaçaqmalçılıq yolu ilə gətirilməsini, müharibəyə qarşı plan və yazışmaların öyrənilərək Ankaraya çatdırılmasını təmin edən Karakol cəmiyyətinin qurucularından biridir. O, həm də ələvilik ilə bağlı araşdırmaları ilə tanınır. Baha Səid Azərbaycanın sovetləşdirilməsində müəyyən rol oynamışdır. Baha Səid 16 oktyabr 1939-cu ildə ürək tutmasından vəfat etmişdir. Mərkəzəfəndi qəbiristanlığında dəfn olunmuşdur.
Rolan Bart
Rolan Jerar Bart (fr. Roland Gérard Barthes, fransız: [ʁɔlɑ̃ baʁt]; 12 noyabr 1915[…], Şerburq[d] – 26 mart 1980[…], XIII arondisman (Paris)[d] və ya Paris) — Fransa ədəbiyyat nəzəriyyəçisi, esseisti, filosofy, tənqidçisi və semiotiki. Onun işi əsasən Qərbin populyar mədəniyyətindən qaynaqlanan müxtəlif işarə sistemlərinin təhlili ilə məşğul olmuşdur. Onun ideyaları müxtəlif sahələri araşdırmış, strukturalizm, antropologiya, ədəbiyyat nəzəriyyəsi və poststrukturalizm də daxil olmaqla bir çox nəzəriyyə məktəblərinin inkişafına təsir göstərmişdir. Bart 1957-ci ildə populyar mədəniyyət haqqında düşüncələri özündə əks etdirən "Mifologiyalar" esse toplusu və 1967-ci ildə ədəbi tənqiddə ənənəvi yanaşmaları tənqid edən "Müəllifin ölümü" essesi ilə məşhurdur. O, akademik karyerası ərzində ilk növbədə Sosial Elmlər Ali Məktəbi və Sosial Elmlər Ali Məktəbi ilə əlaqələndirilmişdir. == Əsərləri == == İstinadlar == == Əlavə ədəbiyyat == Réda Bensmaïa, The Barthes Effect: The Essay as Reflective Text, trans. Pat Fedkiew, Minneapolis: University of Minnesota Press, 1987. Luca Cian, "A comparative analysis of print advertising applying the two main plastic semiotics schools: Barthes' and Greimas'", Semiotica 190: 57–79, 2012. Paul de Man, "Roland Barthes and the Limits of Structuralism", in Romanticism and Contemporary Criticism, ed.
Roland Bart
Rolan Jerar Bart (fr. Roland Gérard Barthes, fransız: [ʁɔlɑ̃ baʁt]; 12 noyabr 1915[…], Şerburq[d] – 26 mart 1980[…], XIII arondisman (Paris)[d] və ya Paris) — Fransa ədəbiyyat nəzəriyyəçisi, esseisti, filosofy, tənqidçisi və semiotiki. Onun işi əsasən Qərbin populyar mədəniyyətindən qaynaqlanan müxtəlif işarə sistemlərinin təhlili ilə məşğul olmuşdur. Onun ideyaları müxtəlif sahələri araşdırmış, strukturalizm, antropologiya, ədəbiyyat nəzəriyyəsi və poststrukturalizm də daxil olmaqla bir çox nəzəriyyə məktəblərinin inkişafına təsir göstərmişdir. Bart 1957-ci ildə populyar mədəniyyət haqqında düşüncələri özündə əks etdirən "Mifologiyalar" esse toplusu və 1967-ci ildə ədəbi tənqiddə ənənəvi yanaşmaları tənqid edən "Müəllifin ölümü" essesi ilə məşhurdur. O, akademik karyerası ərzində ilk növbədə Sosial Elmlər Ali Məktəbi və Sosial Elmlər Ali Məktəbi ilə əlaqələndirilmişdir. == Əsərləri == == İstinadlar == == Əlavə ədəbiyyat == Réda Bensmaïa, The Barthes Effect: The Essay as Reflective Text, trans. Pat Fedkiew, Minneapolis: University of Minnesota Press, 1987. Luca Cian, "A comparative analysis of print advertising applying the two main plastic semiotics schools: Barthes' and Greimas'", Semiotica 190: 57–79, 2012. Paul de Man, "Roland Barthes and the Limits of Structuralism", in Romanticism and Contemporary Criticism, ed.
Bat-Yam
Bat-Yam(ivr. ‏בַּת־יָם‏‎)-İsraildə, Aralıq dənizinin sahilinfə yerləşən Təl-Əviv şəhərində respublika tabeli şəhər.Əsası 1958-ci ildə qoyulub.Şəhərdə Əsasən ərəblər və ivritlilər yaşayır.Şəhərin əvvəlki adı liman şəhər olduğu üçün Su şəhəri adlanıb.
Bat (ilahə)
Bat — Bat Misir mifologiyasında inək qulağı və buynuzlu insan üzü və ya qadın kimi təsvir edilən inək ilahəsi. Batya sitayişin sübutu qədim Misirdə dini ayinlərin ilk qeydlərindən mövcuddur. Orta Padşahlıq dövründə, Aşağı Misir və Yuxarı Misir birləşdirildikdən sonra onun şəxsiyyəti və atributları ilahə Hathorun tərkibinə daxil edildi, oxşar ilahə başqa bir adda sitayiş edildi. Batın təsviri qədim Misirin bütün tarixi boyu dini ayinlərlə əlaqəli olmağa davam edən müqəddəs alət olan sistrumda qorunub saxlanılmışdır. == İbadət etmək == Batlara sitayiş qədim Misirdə ən qədim dövrlərə gedib çıxır və onun mənşəyi Son Paleolit ​​dövrü pastoral mədəniyyətlərində ola bilər. Bat, Yuxarı Misirin 7-ci adı olan Xu və ya Diospolis Parva kimi tanınan Seşeşin baş ilahəsi idi. === Adı === "Bat" epiteti "t" qadın şəkilçisi ilə "ba" sözü ilə bağlı ola bilər. == Qədim Misir mədəniyyətində təsvirlər == Bat nadir hallarda rəsm və ya heykəltəraşlıqda aydın şəkildə təsvir olunur. Digər hallarda, o, ulduzlarla əhatə olunmuş səmavi boğa məxluqu və ya qadın kimi təsvir edilmişdir. Bat insan üzü olan, lakin misirlilər tərəfindən ilk dəfə sürülən inək qulaqları və mal-qaranın əyilmiş buynuzları kimi boğa xüsusiyyətləri olan amuletlərdə təsvir edilmişdir.
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.
Xan bağı (Bakı)
Xan bağı — İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. == Tarixi == Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. == Tarixi == Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir. Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. == Xüsusiyyətlər == Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.