Rusiya avtomobil markası Russo-Balt (alm: Russisch-Baltischen Waggonfabrik; ru: Rusско-Балтийский вагонный завод, RBVZ) Rus-Baltik vaqon fabrikində istehsal edilmişdir.
Russo-Balt | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1909, 1869 |
Bağlanma tarixi | 1923 |
Baş qərargahın yeri | |
russobaltique.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk avtomobillər 1909-cu ilin yayında “Russo-Balt” markası adı altında istehsal edildi. İstehsalat fabriki olan Russo-Baltik Vaqon Zavodu Riqada yerləşirdi. Layihə sahibi Belçika mühəndisi Julien Potteratdır. Model rusiyalı mütəxəssislər İvan Fryazinov və Dmitri Bondarev ilə iş birliyində hazırlanmışdır.
Markanın avtomobilləri bütün dünyaya nüfuzlu yarışlarda qazandıqları qələbələrlə tanıdıldı. Məsələn: Sankt-Peterburq - 1912 və 1913-cü illərdə Monte Carlo yarışı. Vezuvi zirvəsinə qalxan ilk avtomobildir. Avtomobilin dayanıqlığı ilə bağlı gülünc hadisə: avtomobil yarışında sürücü pistə girdi; pist məhv edildi, avtomobil demək olar ki, bütöv qaldı. Zavod 7 ildə 500-ə yaxın avtomobil istehsal etmişdir.
Birinci Dünya Müharibəsi əsnasında, II Nikolayın qərarı ilə fabrik Moskvanın Fili şəhərinə (Moskvanın tarixi regionu) köçürüldü. Sovet İttifaqı dövründə yeni məkanda «Russo-Balt» ın on avtomobili istehsal olundu. Bu on avtomobildən biri də M. İ. Kalininə hədiyyə verildi.
Bu gün Alman və Rus iş adamları Russo-Balt markasını 2006-cı ildə yenidən satın almışdırlar.