Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Belebey
Belebey — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasının tərkibinə daxildir.
Bələbəy
Belebey — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasının tərkibinə daxildir.
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Bələbəy rayonu
Bələbəy rayonu (başq. Бәләбәй районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Bələbəy kəndidir. == Coğrafi yerləşməsi == Başqırdıstanın qərbində yerləşir. Rayonun ərazisi 1869 km² təşkil edir. Ufa şəhərindən 180 km aralıda yerləşir. Ərazisindən Neft (Bələbəy, Aksakov, Usen-Ivanovo, Ilkinskoye, Elizavetinskoy yataqları), əhəngdaşı (Krasno-Zarnitskoe, Mezhgunornoe), qum (Alekseevskoe, Sysoyevskoe, Bələbəy), qum-çınqıl qarışığı (Tuzlukuşevskoye ), kərpic xammalları (Bələbəy) çıxarılır. Ərazisindən İk və onun qolları axır. Boz, tünd boz meşə və qara torpaqlar yayılmışdır. Ərazisinin 39 % meşələr tutur.
Cem Belevi
Cem Belevi (4 iyun 1987, İzmir) — türk pop, arabesk müğənnisi və aktyoru. O, daha çox Ayşe ilə "Kim Ne Derse Desin"də əməkdaşlıq etməsi ilə tanınmışdır. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Anası rəssam, atası isə pianoçudur. == Musiqi Karyerası == 2013-cü ildə Bilmezsin adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (Günaydın mənim sevgilim) albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjeman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur. Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur.
Buqulma-Belebey yüksəkliyi
Buqulma-Belebey yüksəkliyi (ing. Bugulma-Belebey Upland) — Şərqi Avropa düzənliyinin şərqində, Rusiya Federasiyasının, Tatarıstan və Başqırdıstan respublikaları, Samara və Orenburq vilayətləri ərazisində pilləli yüksəklik. == Coğrafiyası == Belaya, Kama və Volqa çaylarının sol qollarının suayırıcısıdır. Hündürlüyü 200–400 m-dir. Yamacları çay dərələri ilə parçalanmışdır. Əhəngdaşı, gil və qum daşıdan təşkil olunmuşdur. Karst uçurumları və mağaraları var. Meşə-çöl və çöl landşaftı üstündür. Neft yataqları (Volqa-Ural neftli-qazlı əyaləti) var.
Bələbəy Kazakkol (Uçalı)
Bələbəy Kazakkol (başq. Бәләкәй Ҡаҙаҡҡол, rus. Малоказаккулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 60 km, ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Bələkəy İvanovka (Avurğazı)
Bələkəy İvanovka (başq. Бәләкәй Ивановка, rus. Малая Ивановка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuqazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Nuğazağı stansiyası): 5 km.
Belöy qəsri
Belöy qəsri (au de Belœil və ya Château of Belœil) — Belçikanın Haintaunt əyalətinin Belöy bələdiyyəsi ərazisində yerləşən qəsr. XIV əsrdən bəri Ligne şahzadəsi burada yaşayır. Qəsr 1664-cü ildə salınmış valehedici Baroqve bağının ortasında yerləşir. Qəsrə və bağa yaz və yay fəslində səfər etmək mümkündür. == Tarixi == Belöy 1394-cü ildə Ligne ailəsinin mülkünə çevrilir. XV əsrin əvvəllərində yerli qəsr ailənin əsas iqamətgahı olaraq seçilir. Köhnə qəsr xəndəklərlə əhatə olunmuş dörtkünc formada idi və dörd bürcdən ibarət idi ki, hər bir bürc bir küncdə yerləşmişdir. Keçən əsrlər müddətində fasad və daxili interyerdə dəyişikliklər olsa da, bu ilkin struktur qorunub saxlanılmışdır. XVII və XVIII əsrdə bu istehkam qalası fransız üslubunda lüks evə (qəsrə) çevrilmişdir.