AĞRI-ACILIQ

прил. болезненный, болевой. Ağrı-acılıq hissi болезненные ощущения
AĞRI-ACI
AĞRI-ACISIZ
OBASTAN VİKİ
Ağrı
Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab.
Ağrı (Ordubad)
Ağrı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 15 km şimal-şərqdə, Ordubad-Unus avtomobil yolunun sağ kənarında, Vənəndçayın (Arazın sol qolu) sol sahilindədir. Əhalisi 304 nəfər (2000); əsasən meyvəçilik, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur. Kulubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ağrı Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Arazboyu düzənlikdədir. Türk dillərində ağrı/ağru - "Hündürlüyüdur, yüksək" deməkdir. Adını Türkiyənin Şərqində, Van gölündən Şimalda, Ermənistan yaylasının orta hissəsində yerləşən Ağrıdağ silsiləsindən almışdır.. == Əhalisi == Əhalisi 313 nəfərdir.
Ağrı (dəqiqləşdirmə)
Ağrı — tibb. Ağrı (şəhər) — Türkiyənin Ağrı ilinin inzibati mərkəzi. Ağrı ili — Türkiyənin illərindən biri. Ağrı (Ordubad) — Azərbaycanın Naxçıvan MR-nın Ordubad rayonunun kəndi. Ağrı dağı — Türkiyədə dağ. Ağrı (film, 1989) — film.
Ağrı dağı
Ağrı dağı — Qərb dillərində: Ararat, kürd. Çiyayê Agirî, erm. Մասիս (Masis) — Türkiyənin ən yüksək dağı. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan 32 km qərbdədir. Dağın 65% -i İğdır vilayətindədir, qalan 35% -i isə Ağrıdadır. Ağrı dağı 2 yanaşı vulkan konusundan ibarətdir: 5137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Dağ 4000 metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunmuşdur. 4250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülmüşdür. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır.
Ağrı ili
Ağrı ili — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən il. Adını Ağrı dağından alan Ağrı 1834-cü ildə qəsəbə, 1869-cu ildə ilçə, 1927-ci ildə il statusu almışdır. == Ərazi == İl 11 376 km² ərazini əhatə edir. == Əhali == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 215 min nəfər əhalisinin 130 min nəfəri ana dilini türkcə, 85 min nəfəri isə kürtcə olaraq qeyd etmişdi. 31 dekabr 2014–cü il tarixinə olan məlumata əsasən əhalisinin sayı 549.435 nəfərdir. == Coğrafiya == Ağrı ili dağlıq ərazidə yerləşir. Ən böyük dağı Ağrı dağıdır. İqlimi soyuqdur. Yayda havalar sərin, qışda isə soyuq olur.
Ağrı vadisi
Ağrı vadisi — Şərqi Anadolu ilə Kiçik Qafqaz dağlarının arasında yerləşən düzən vadi. Vadi şərqdən Göyçə gölü, şimaldan Alagöz dağı, cənubdan Ağrı dağı ilə sərhədlənir. Düzənlik Araz çayı tərəfindən iki hissəyə bölünmüşdür: şimali (böyük), cənubi (kiçik). Şimali hissə hazırkı Ermənistan ərazisində yerləşir. Cənubi hissə isə Türkiyə ərazisidir. Vadinin orta hündürlüyü 800–1000 metr təşkil edir. Uzunluğu isə 90 kilometrdir. Vadinin dəniz və okeanlardan uzaqlığı onun iqliminə böyük təsir göstərir. Bu səbəbdən iqlimi kontinenraldır. Rütubətli isti yaya malikdir.
Boylu acılıq
Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir. Meyvəverən sünbülcükləri qısa ayaqcıqlar üzərindədir, uzunsov-ovaldır, birçiçəklidir, 2-3 cüt çiçəkaltlığı vardır. Borucuğun kənarları uzunsov, diləbənzər olub, uzunluğu 3 mm-ə çatır.
Diyadin (Ağrı)
Diyadin (türk. Diyadin) — Ağrı ilinin ilçəsi. Kürt əhali üstünlük təşkil edir. == Tarixçə == Diyadinin adını dövrün sultanı Ziyaəddindən alması barədə şayiələr Fəxri adından bəri bir çox mənbələrdə xatırlanır. Ancaq tarixi mənbələrdə bu adın sultanı yoxdur. Yerli insanlar kürd dilində danışır və Diyadin yox, "Gihadin" deyirlər. İlçədə həddindən artıq adət və aşirətçilik mövcuddur. Həmçinin, şərqdə aşirət siyasətinin ən çox qızışdığı yerdir. Diyadin köhnə bir şəhərdir. Tarixdəki adı Daudyana olmuşdur.
Hamur (Ağrı)
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Kirpikli acılıq
İran da, Orta Asiya da təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir. Erkəkcik yarpağı ümumi qələmşəkilli bünövrədə yerləşir. Ləpəyarpaqları təkdir, toxumun qabığından çıxır.
Ortaboy acılıq
Orta Asiya , tyan-Şan, Qafqaz , Cunq-Kaşq və Tibet də geniş yayılmışdır. Ilk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ-kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır. İyun ayında çiçəkləyir. Meyvəsi giləmeyvə formasında kürəşəkilli və lətlidir, yetişdikdə qırmızı rəngdə olur, uzunluğu 6 mm-ə çatır.
Qatırquyruğu acılıq
Qozaburunlu acılıq
İran da, Orta Asiya da geniş yayılmışdır. Qumlu səhralara uyğunlaşmış İran-Turan növüdür. Hündürlüyü 2 m-ə qədər olan, bozqabıqlı, budaqların diametri 4 mm, boz-yaşıl, hamar və ya zəif çıxıntılı, düzdayanan koldur. Yarpaqları 2-3 ədəddir, yarısı və ya 1/3 hissəsi bitişikdir. Erkəkcik sünbüllərinin uzunluğu 5 mm-ə qədər olan başcıq çiçək qrupuna yığılmışdır, erkəkcik sütuncuğu çiçəkaltlıqlarının üzərinə az çıxır, erkəkcikləri 5-6 ədəddir. Yumurtacıq sünbülləri başcıq çiçək qrupuna yığılmışdır; çiçəkaltlıqları cüt və ya üç hissəli, 5-6 ədəd çiçək köbələrində yerləşmiş, sərbəstdir, kənarları enli, dişiciklidir; çiçəkləri 2-3 ədəddir, borucuğunun uzunluğu 33 mm-ə qədərdir. Qozagiləmeyvələrin uzunluğu 6-7 mm, çiçəkaltlığı qabıqların ucları əyilmişdir. Toxumları tünd-boz və ya yaşımtıl, uzunluğu 5-6 mm, oval və ya elipsvarıdır. May ayında çiçəkləyir. Meyvələri iyun-iyul aylarında yetişir.
İkisünbülcüklü acılıq
İkisünbül acılıqotu (lat. Ephedra distachya) - acılıqotu cinsinə aid bitki növü. Aralıq dənizinin şimal ölkələrində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Qərbi Sibirdə geniş yayılmışdır. Hündürlüyü 20-50 sm-ə qədər olan, alçaqboylu kol bitkisidir. Gövdəsi sürünən, kökümsovu tünd-boz qabıqlı, budaqları sarımtıl –yaşıl rəngdədir. Yarpaqları pulcuqvarıdır, uzunluğu 1,5-3 mm-ə çatır. Tozcuqlu sünbülcükləri tək-tək və ya dəstə şəklindədir, 4-8 cüt çiçəkdən ibarətdir, qısa ayaqcıqlar üzərindədir, çiçəkaltlıqlarının sayı 3-4 ədəddir. Aprel ayında çiçək açır. Meyvəsi kürəşəkilli, qırmızı rəngli, 6-7 mm uzunluqda giləmeyvədir, iyun ayında yetişir. Meyvəverən hər sünbülcükdə 2 toxum olur.
Ağrı (film, 1989)
Ağrı qısametrajlı sənədli filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film müasir dövrümüzün ən aktual problemlərindən birinə-Xəzərin çirklənməsinin qarşısının alınmasına və onun təcili olaraq təmizlənməsinə həsr edilmişdir. == Məzmun == Film müasir dövrümüzün ən aktual problemlərindən birinə-Xəzərin çirklənməsinin qarşısının alınmasına və onun təcili olaraq təmizlənməsinə həsr edilmişdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Sirus Zindadel, Teymur Bəkirzadə Rejissor: Teymur Bəkirzadə Operator: Şərif Şərifov Bəstəkar: Aqşin Əlizadə == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ağrı Dağı Milli Parkı
Ağrı Dağı Milli Parkı — Türkiyənin Ağrı və İğdır vilayətlərində yerləşən milli park. 2004-cü ildə Ağrı dağının ərazisində açılan milli parkın sahəsi 88.014 hektardır. Nuh tufanı, meteor krataeri, Türkiyənin ən yüksək dağı və buzlağı, vəhşi həyatın müxtəlifliyi ilə diqqət çəkir. == Haqqında == Milli park müxtəlif heyvan və bitki növlərinə, gözəl peyzaja, vulkanizm ilə bağlı maraqlı relyefə, geoloji xüsusiyyətlərə, sulaq ərazilərə, turizm imkanlarına malikdir. Milli park Türkiyə, İran, Azərbaycan, Ermənistan sərhədlərinin kəsişməsində yerləşir. Ağrının Doğubəyazid, İğdırın Aralıq və Qaraqoyunlu rayonlarında yerləşir. Ağrıdan 100 km uzaqlıqdadır. Türkiyənin ən yüksək dağı olan 5137 metrlik Ağrı dağı və 3898 metrlik Kiçik Ağrı dağı bu parkdadır. Görməli yerlərdən birisi də Buz mağarasıdır. Mağara Kiçik Ağrı dağının ətəklərində, Doğubəyazidin Hallaç kəndindən 3 km uzaqlıqda yerləşir.