Boris Polevoy

Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı.

Boris Polevoy
Doğum tarixi 4 (17) mart 1908[1][2]
Doğum yeri
Vəfat tarixi 12 iyul 1981(1981-07-12)[3][4][…] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti yazıçı, jurnalist
Fəaliyyət illəri 1927-ci ildən
Əsərlərinin dili rus dili
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Qırmızı ulduz" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
"Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir.

1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir.

Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.

Boris Polevoy 1959-cu ildə Beynəlxalq Sülh mükafatına, 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Üç dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, 2 Qırmızı Bayraq ordeni, başqa orden və medallarla, 2 dəfə Qızıl Sülh medalı, habelə bir sıra xarici ölkələrin orden və medalları ilə təltif edilmişdir.

Onun ölümündən sonra 1982-ci ildə adına ədəbi mükafat təsis edilmişdir. SSRİ Dövlət mükafatı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]