Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəstək
Bəstək — İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəstək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,959 nəfər və 1,765 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Bastet
Bast (Bastet, Baset, Ubasti və ya Pasht) Qədim Misirdə 𓎰𓏏𓏏 və bu dilin müasir davamı sayılan kopt dilində Ⲟⲩⲃⲁⲥⲧⲉ kimi yazılır. Bastet və ya Bast Misir mifologiyasındakı tanrıçalardan biridir. Per-Bast (yun. Bubastis, müasir Zaqazıq yaxınlığında), öz kultunun mərkəzində yerləşən və tarixçi Herodotun salnamələri tərəfindən tanınan delta şəhəri, əsas pişik ilahəsi Bast qədim ilahə idi və ən azı o vaxtdan bəri sitayiş edilirdi. İkinci sülalə. Par-Bast kult mərkəzində qazıntılar zamanı mumiyalanmış müqəddəs pişiklərin qəbiristanlığı da aşkar edilmişdir . Əvvəlcə o, Aşağı Misirin himayədar ilahəsi idi və vəhşi aslan kimi təsvir edilmişdir. Əslində onun adı (qadın) "yeyən, (yeyərək) məhv edən" mənasındadır. Onun ev pişikləri ilə eyniləşdirilməsi və bu şəkildə təsviri eramızdan əvvəl 1456-cı ildə başlamışdır. Qoruyucu ilahə kimi o, fironun müdafiəçisi və qoruyucusu kimi görünürdü.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər. Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı.
Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Bləkett boğazı
Bləkett boğazı (ing. Blackett Strait) - Kolonbanqora adasını şimaldan Arimdel və Qizo adalarını ayırır. Nyu-Corciya arxipelaqına daxil adaları ayırır. Qərbdə Belya körfəzi ilə, şərqdə isə Kula körfəzi ilə əhatələnir. Boğazın bəzi yerlərində rif adaları ilə əhatələnir. Şimal hissədə Arundel və Vonavona adaları yerləşir. Ən enli yeri, 5,5 km, ən dar yeri isə 0,9 km təşkil edir. İkinci Dünya Müharibəsində Yapon və ABŞ hərbi gəmilərinin əsas döyüş yerlərindən biri olmuşdur.
Patrik Blekett
Patrik Maynard Stuart Blekett-(ing. Patrick Maynard Stuart Blackett, Baron Blackett) — (18 noyabr 1897, London — 13 iyul 1974, London) — ingilis fiziki, fizika üzrə Nobel mükafatı laureatı. == Qısa bioqrafiyası == Patrik Blekett Osborne House-da Kral Dəniz Kollecində oxuyub və hərbi karyerasına 1914-cü ildə miçman kimi başlayıb. Birinci Dünya Müharibəsi zamanı Folklend döyüşlərində və Yutland döyüşlərində iştirak edib. Müharibədən sonra leytenant rütbəsində hərbi xidmətdən təqaüdə çıxdı və 1921-ci ildə bakalavr dərəcəsi ilə bitirdiyi Kembric Universitetində fizika üzrə təhsil almağa başladı. Təhsilini başa vurduqdan sonra o, əvvəlcə Kembricdəki Collecdə (1924/1925-ci illərdə fasilə ilə Göttingendə) qaldı, sonra 1933-cü ildə London Universitetinin Birkbak Kollecində professor oldu. 1937-ci ildə Mançester Universitetinə köçdü və kafedranı V. L. Breqqadan aldı, hansı ki o, da öz növbəsində Rezerforddan ona keçmişdi. İkinci Dünya Müharibəsinin başlaması ilə Blekett Kral Hərbi Hava Qüvvələri Təşkilatının alətlər şöbəsinə qoşuldu və 1940-cı ilin əvvəlində sahilin müdafiəsinə cavabdeh olan Hava Marşalı Jubertin elmi məsləhətçisi təyin edildi. Orada o, sualtı qayıqlara qarşı müharibənin analitik tədqiqi ilə məşğul olur və güclü tədqiqat qrupu yaradır. Həmin il o, Admirallıq üçün Dəniz Əməliyyatları Tədqiqatının Direktoru oldu və burada sualtı qayıqlara qarşı müharibədə və digər dəniz əməliyyatlarında iştirak etməyə davam etdi.
Bəstək şəhristanı
Bəstək şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəstək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 65,716 nəfər və 13,563 ailədən ibarət idi.
Lester Pirson
Lester Bouls "Mayk" Pirson (23 aprel 1897[…], Toronto – 27 dekabr 1972[…], Ottava) — Kanadalı alim, dövlət xadimi, əsgər, baş nazir və diplomatı,1957-ci ildə Süveyş böhranını həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təcili Qüvvələrini təşkil etdiyinə görə Nobel sülh mükafatı laueratı. 1963-cü ildən 1968-ci ilə qədər Kanadanın 14-cü baş naziri, 1963-cü və 1965-ci illərdə keçirilən seçkilərdən sonra iki dəfə arxa-arxaya Liberal azlıq hökumətinin başçısı olmuşdur. Pirsonun baş nazir olduğu dövrdə, onun Liberal azlıq hökumətləri universal səhiyyə, tələbə kreditləri, Kanada pensiya planı, Kanada ordeni və Kanada bayrağını təqdim etdi. Onun Liberal hökuməti Kanadanın silahlı qüvvələrini də birləşdirdi. Pirson, Bilinqualizm və Bikurturalizm üzrə Kral Komissiyasını çağırdı(iki dil rəsmi dövlət dili olaraq qəbul edildi), və Kanadanı Vyetnam müharibəsindən kənarda saxladı. 1967-ci ildə, onun hökuməti, heç istifadə edilməmiş və 1976-cı ildə ləğv edilmiş faktiki olaraq Kanadada edam cəzasını bir neçə kapital cinayətinə məhdudlaşdıraraq ləğv edən Bill C-168-i qəbul etdi. Bu nailiyyətləri ilə, Birləşmiş Millətlər Təşkilatında və beynəlxalq diplomatiyada təməlqoyma işləri ilə birlikdə Pirson ümumiyyətlə XX əsrin ən nüfuzlu Kanadalılar sırasındadır və Kanadanın ən böyük baş nazirləri sırasında yer alır. == Erkən həyatı, ailəsi və təhsili == Pirson Ontario (indiki Torontonun bir hissəsi), Yorkun Nyutonbruk şəhərində, Anni Sarahın və metodist nazir (sonradan Birləşmiş Kanada Kilsəsi) Edvin Artur Pirsonun oğlu olaraq anadan olub. O, Veyqhan Vayter Pirson və Marmadyuk Pirsonun qardaşı idi. Lester Pirsonun atası, gənc ailəni, burada Yanq-Strit Orora metodist kilsəsində nazir olduğu Torontonun şimalındakı Orora(Ontario), şəhərinə köçürdü.
Lester kodeksi
Lester kodeksi — Leonardo da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusudur. Bu indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Geyts "Lester kodeksi"ni 30 802 500 ABŞ dollarına almışdır. Kitabda intibah dövrünün düşüncə tərzi, elm və incəsənət arasında əlaqə, elm adamlarının yaradıcıllığı və s. öz əksini tapmışdır.
Lester Siti FK
Lester Siti Futbol Klubu (ing. Leicester City Football Club) — Lester şəhərini təmsil edən peşəkar ingilis futbol klubu. Klub İngiltərə futbolunun ali divizionunda — Premyer Liqada çıxış edir. Klub 1884-cü ildə "Lester Fossi" adı altında yaradılıb. 1919-cu ildə klubun adı dəyişdirilərək "Lester Siti" olub. Klubun azarkeşlər arasında ənənəvi ləqəbi "Tülkülər"dir. Klubun şüarı də bununla bağlıdır — "Foxes never quit" ("Tülkülər heç vaxt təslim olmurlar"). "Lester Siti" ev oyunlarını 111 il ərzində "Filbert Strit" stadionunda keçirib. Klub rəqiblərini 2002-ci ildən 32 min nəfər tutumu olan "Kinq Pauer" stadionunda (əvvəllər "Uokers" kimi tanınan) qəbul edir. Klubun son dövrlərdə ən yüksək nailiyyəti 2015-16 mövsümündə Premyer Liqada çempion adını qazanmaq olub.