Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bossiko
Bossiko (it. Bossico), İtaliyada, Lombardiya bölgəsinin Berqamo vilayətində kommuna. Əhalisi 997 nəfərdir (2008), əhalinin sıxlığı 142 nəfər / km²-dir. Sahəsi 17 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Yaşayış məntəqəsinin himayədarı Müqəddəs Pyotr və Həvvari Paul hesab olunurlar.
Aristid Busiko
Aristid Busiko(fr. Aristide Boucicaut; 14 iyul 1810 – 26 dekabr 1877, Paris) — fransız xeyriyyəçisi, ticarətçisi. == Həyatı == Aristid Busiko 4 iyul 1810-cu ildə Bellemdə anadan olmuş, 26 dekabr 1877-ci ildə isə Parisdə vəfat etmişdir, həyat yoldaşı isə Marqarita Qeren (1816-1887) idi. Emil Zolyanın 1883-cü ildə yazdığı "Qadın xoşbəxtliyi" romanında Aristid Busikonun qeyri-adi həyatı öz əksini tapır. Lakin buna əks olaraq, "Bon Marşe" romanını təqdim etmək olar. "Bon Marşe" ideyası öz yolunda inqilabi xarakter daşıyırdı, lakin eyni zamanda "iki vur iki" kimi sadə idi: hər bir şöbə ixtisaslaşmış mağazaya uyğun gəlirdi; gəlirlər sistematik olaraq azalırdı, əmtəələrlə ticarət etmək üçün qiymətlər markalanırdı; hər il hərrac həyata keçirilirdi və nəinki Parisdə, hətta onun əyalətlərində reklamlar aparılırdı… Belə təşkilatçılıq təkcə Busikoya deyil, onun müştərilərinə də xüsusi üstünlük verirdi. Satışların yüksək həcmi maya dəyərini aşağı salmağa və əməyin rentabelliyini artırmağa imkan verirdi. Bir neçə mağazanın bir yerdə cəmləşməsi alıcılara geniş çeşid və vaxtlarına qənaət etmək imkanı verirdi (əyalətdən gələnlər bunu çox yüksək qiymətləndirirdilər, belə ki, onlar hər şey bir gün ərzində alıb, axşam qatarı ilə geri qayıda bilərdilər). Ucuz, lakin böyük miqdarda sataraq, Aristid Busiko müasir iqtisadi prinsip yaratdı. Daha sonra "Bon Marşe" ideyasını bir çoxları tətbiq etməyə başladılar və "böyük mağaza" ideyası geniş vüsət aldı.
Suqino Yoşiko
Suqino Yoşiko (杉野 芳子, 2 mart 1892, Çiba prefekturası – 24 iyul 1978) – Yaponiya dəb dizayneri. Doreme tikiş məktəbinin və Suqino Moda Kollecinin qurucusudur. == İlk illəri == 2 may 1892-ci ildə Yaponiyanın Çiba prefekturasının Yokoşibahikari qəsəbəsində doğulmuşdur. Əsl adı İvasava Yoşikodur. Çiba Prefektural Qız Liseyində təhsil almış və Yaponiya Dəmir Yolu Nazirliyində işləmiş ilk qadın olmuşdur. 1914-cü ildə təhsil almaq üçün Nyu-Yorka getmişdir. Xaricdə təhsil alarkən 1916-cı ildə memar Suqino Şiqeiçi ilə evlənmişdir. Onlar 1920-ci ildə Yaponiyaya qayıtmış və Tokionun Akasaka bölgəsində yaşamağa başlamışdırlar. == Karyerası == Suqino 1926-cı ildə Doreme tikiş məktəbini qurmuşdur. Həmin dövrdə Qərb geyimləri xaricdən gətirilirdi, lakin Suqino yapon qadınlarına öz geyimlərini hazırlamağı öyrətməyə başlamışdır.
Toşiko Yuasa
Toşiko Yuasa (湯浅年子, Yuasa Toşiko, 11 dekabr 1909, Ueno[d], Tokio – 1 fevral 1980, Ruan) – Fransada fəaliyyət göstərmiş Yaponiya nüvə fizikaçısı. Yaponiyanın ilk qadın fizikaçısı hesab olunur. "Yaponiyanın Mariya Kürisi" adlandırılır. == Həyatı və karyerası == === İlk illəri === Toşiko Yuasa 11 dekabr 1909-cu ildə Tokio şəhərinin Ueno rayonunda doğulmuşdur. Anası ənənəvi ədəbiyyat sahəsində tanınmış ailəyə mənsub idi, atası isə Yaponiya hökumətinin patent ofisində işləmiş mühəndis idi. Toşikonun 3 böyük bacısı və 3 qardaşı var olmuşdur. Toşiko Tokio Qadınlar Ali Normal Məktəbinin liseyindən məzun olmuş, daha sonra Tokio Qadınlar Ali Normal Məktəbinin elm fakültəsinə daxil olmuş və burada fizika üzrə ixtisaslaşmışdır. Onun fizikaya maraq göstərməsində atasının böyük təsiri olmuşdur. Toşiko 1931–1934-cü illərdə Tokio Bunrika Universitetində təhsil almışdır. Universitetin fizika fakültəsinin köməkçisi olmuş, atomlar və molekulyar spekroskopiya haqqında araşdırmalara başlamışdır.
Boşko Raduloviç
Boşko Raduloviç (6 oktyabr 1996) — Monteneqrolu üzgüçü. Boşko Raduloviç Monteneqronu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Boşko Raduloviç birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 25.24 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 53-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Jan Bosko Barayagviza
Jan Bosko Barayaqviza (fr. Jean-Bosco Barayagwiza; 1950, Qiseni[d] – 25 aprel 2010, Porto-Novo) — 1993-cü ildən etibarən 1994-cü il Ruanda soyqırımı dövründə Ruanda diplomatı və Ruanda radiostansiyasının icra komitəsinin sədri. Barayaqviza ektremist partiya olan Respublika Müdafiəsi Koalisiyasının qurucu üzvü idi. O, digər lider Ferdinand Nahimana və Kanqura qəzetinin direktoru və redaktoru Həsən Ncizi ilə birlikdə 23 oktyabr 2000-ci ildə Ruanda Beynəlxalq Cinayət Tribunalı tərəfindən təqsirləndirilmişdir. Cənab Barayaqvizanı ilk əvvəl Kanadalı vəkil xanım Marşesso və Amerikan vəkil cənab Danielson müdafiə etmişdir. Həmin iki hüquqşünas müdafiədən imtina etdikdə, cənab Barayaqviza proses zamanı birinci instansiya məhkəməsinin hökmü çıxanadək italyan vəkil Ciakomo Barletta Kaldarera tərəfindən müdafiə olunmuşdur; o, indiyə qədər BMT-nin Beynəlxalq Tribunalında müdafiəçi kimi fəaliyyət göstərən yeganə italyan vəkildir. Barayaqviza, hakimlərin qərəzsiz olmadığını iddia edərək, prosesə qatılmaqdan imtina etmişdi. 35 il müddətinə azadlıqdan məhrumetmə cəzasının (həbsdə keçirdiyi vaxtı nəzərə aldıqda əslində 27 il müddətinə cəza verilmişdi) verilməsini nəzərdə tutan 3 dekabr 2003-cü il tarixli hökmdən sonra Barayaqviza hökmdən şikayət verdiyini elan etmişdi. 30 noyabr 2004-cü ildə Donald Herbert və Tanoo Milvaqanam onun yeni müdafiəçiləri qismində təyin olunmuşdular. Cənab Alfred Poqnon, cənab Barletta Kaldareranın "əlavə" müdafiəçisi hesab olunurdu.
Jan Bosko Barayaqviza