Suqino Yoşiko

Suqino Yoşiko (杉野 芳子?, 2 mart 1892, Çiba prefekturası24 iyul 1978)Yaponiya dəb dizayneri. Doreme tikiş məktəbinin və Suqino Moda Kollecinin qurucusudur.

Suqino Yoşiko
yap. 杉野芳子
Doğum tarixi 2 mart 1892(1892-03-02)
Doğum yeri
Vəfat tarixi 24 iyul 1978(1978-07-24) (86 yaşında)
Fəaliyyəti dəb dizayneri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2 may 1892-ci ildə Yaponiyanın Çiba prefekturasının Yokoşibahikari qəsəbəsində doğulmuşdur. Əsl adı İvasava Yoşikodur. Çiba Prefektural Qız Liseyində təhsil almış və Yaponiya Dəmir Yolu Nazirliyində işləmiş ilk qadın olmuşdur.[1] 1914-cü ildə təhsil almaq üçün Nyu-Yorka getmişdir.[2] Xaricdə təhsil alarkən 1916-cı ildə memar Suqino Şiqeiçi ilə evlənmişdir. Onlar 1920-ci ildə Yaponiyaya qayıtmış və Tokionun Akasaka bölgəsində yaşamağa başlamışdırlar.

Suqino 1926-cı ildə Doreme tikiş məktəbini qurmuşdur. Həmin dövrdə Qərb geyimləri xaricdən gətirilirdi, lakin Suqino yapon qadınlarına öz geyimlərini hazırlamağı öyrətməyə başlamışdır. 1932-ci ildə tikiş məktəbi əsasında Suqino məktəbini qurmuşdur. Şiqeiçi məktəbin müdiri olmuşdur. 1936-cı ilə qədər məktəbin 1200 tələbəsi olmuşdur.[3] Yoşiko tikiş təlimatları da yazmışdır.[4]

1943-cü ildə məktəbin adı Suqino Moda Kolleci olmuşdur, lakin 1945-ci ildə baş vermiş yanğın məktəbi külə çevirmişdir. 1946-cı ildə məktəb yenidən açılmışdır və 1700 qadın məktəb üçün müraciət etmişdir.[5] O, daha sonra məzunlarının filiallar açmasına icazə vermişdir. 1958-ci ildə artıq 700 filial mövcud idi.

İkinci dünya müharibəsindən sonra Suqino bir çox dəfə Fransaya səyahət etmişdir. O, "yüksək moda" dünyasına daxil olmuş, Jak Fat, Pyer BalmenKristion Dior şəxslərlə dostlaşmışdır.[2]

1957-ci ildə Suqino Kostyum Muzeyi açılmışdır. Bu, Yaponiyada Qərb geyimlərinə həsr olunmuş ilk muzey olmuşdur. Muzeyin kolleksiyası Suqinonun şəxsi paltar və aksessuar kolleksiyasından ibarətdir.[6] Suqino həmin il "Fəxri Legion" ordeni ilə təltif olunmuşdur.[7]

1965-ci ildə Suqino "Müqəddəs xəzinə" ordeni ilə mükafatlandırılmışdır. 1978-ci ildə "Dəyərli tac" ordeni ilə təltif olunmuşdur.[8] 24 iyul 1978-ci ildə ölmüşdür.

  1. 日本経済新聞社・日経BP社. "杉野芳子 己の感性信じ、時代切り開く ヒロインは強し(木内昇)|WOMAN SMART|NIKKEI STYLE". NIKKEI STYLE (yapon). 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  2. 1 2 HEADLINE, FASHION. "3月2日は杉野芳子(ファッションデザイナー)の誕生日です | FASHION". FASHION HEADLINE (yapon). 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  3. Gordon, Andrew. Fabricating Consumers: The Sewing Machine in Modern Japan (ingilis). University of California Press. 2011. ISBN 9780520950313. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.
  4. Peirson-Smith, Anne; Hancock, Joseph H. II. Transglobal Fashion Narratives: Clothing Communication, Style Statements and Brand Storytelling (ingilis). Intellect Books. 2018-06-22. ISBN 9781783208456. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.
  5. Dower, John W. Embracing Defeat: Japan in the Wake of World War II (ingilis). W. W. Norton & Company. 2000-06-17. səh. 170. ISBN 9780393345247. sugino yoshiko.
  6. Uranaka, Taiga. "Famed sculptor's mannequins wear evolution of Western haute fashion". The Japan Times Online (ingilis). 2002-06-15. ISSN 0447-5763. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  7. "杉野芳子". www6.plala.or.jp. 2008-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
  8. 20世紀日本人名事典,367日誕生日大事典. "杉野 芳子(スギノ ヨシコ)とは". コトバンク (yapon). 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]