Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Braunit
Braunit — mineral, Mn2+ Mn63+ [O8| SiO4] == Haqqında == Braunit lonqbanit ilə dimorfdur. Mn qismən Fe3+-lə əvəz olunur. Qatışıqları Ba, Ca və Mg. Tetraedr. Kristaları dipiramidal, psevdooktaedrik, prizmatik, pazabənzər. İkiləşmə {112} üzrə. Ayrılma {101} üzrə mü­kəm­məl. Aqreqat: dənəvər. Rəngi poladı-boz, qəhvəyi-qara və qara. Cizgisi qonuru-qara.
Villi Brandt
Villi Brandt (alm. Willy Brandt‎; 18 dekabr 1913[…] – 8 oktyabr 1992[…]) — alman dövlət xadimi, 1969–1974-cü illərdə Almaniya Federativ Respublikasının Federal Kansleri, Nobel sülh mükafatı laureatı (1971). == Həyatı == Villi Brandt (əsl adı: Herbert Ernst Karl Fram) 18 dekabr 1913-cü ildə Lübekdə anadan olmuşdur. 1930-cu ildə, hələ məktəbdə oxuyarkən Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) Gənclər təşkilatına üzv olmuşdur. 1931-ci ildə yeni yaranmış ifrat sol Sosialist Fəhlə Partiyasına keçmişdir. Hitler diktaturası bərqərar olduqdan sonra (1933-cü il, yanvar) sonra Villi Brandt təxəllüsü ilə gizli iş aparmış, aprel ayında isə Norveçə qaçmışdır. 1940-cı ilin aprelində Norveç Almaniya tərəfindən işğal olunduqdan sonra hərbi əsir düşərgəsinə düşmüşdür. 1940-cı ildə gizli şəkildə İsveçə keçmişdir. Stokholmda "İsveç-Norveç mətbuat bürosu"nu təsis etmişdir. 1945-ci ildə Almaniya təslim olduqdan sonra Skandinaviya qəzetlərinin müxbiri qismində Berlinə gəlmişdir.
Yulian Brandt
Yulian Brandt (2 may 1996, Bremen) — Bundesliqa təmsilçilərindən olan Bayer Leverkuzen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.
Sebastyan Brant
Sebestian Brant (1458[…] və ya 1458, Strasburq, Fransa metropoliyası – 10 may 1521, Strasburq, Fransa metropoliyası) — fransız alim, hüquqşünas, yazıçı-humanist. == Həyatı == Sebestian Brant (1457-1521) 1457-ci ildə və yaxud da 1458-ci ildə zəngin bir dükançı ailəsində doğulmuşdur. O, 1475-ci ildə ali təhsil almaq üçün o dövrdə Almaniya imperiyasına daxil olan, «azad şəhər» adlanan Bazelə getmişdir. Bazel ilk növbədə 1460-cı ildə yaradılan öz universiteti və nəşr işi ilə məşhur idi və ilk alman humanizminin ən mühüm mərkəzlərindən biri sayılırdı. Gənc Sebestian böyük uğurla burada hüquq elminin və bir sıra digər elm sahələrinin incəliklərini öyrənmiş, sonralar bu universitetin dini-kilsə və hüquq sahələri üzrə nüfuzlu professoru və hüquq fakültəsinin dekanı olmuşdur. O, həm də vəkil kimi də fəaliyyət göstərmişdir və bu peşə onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Sebestian eyni zamanda Bazel kitab naşirlərinin işində də yaxından iştirak etmişdir. Burada yaşadığı dövrdə Sebestian bir sıra hüquqi və dini ədəbiyyat mətnlərinin nümunələrini, o cümlədən də İtaliya humanizminin banisi Petrarkanın və Orta əsrlər alman azadfikirli şairi Freydankın əsərlərini çap etmişdir. 1499-cu ildə Brant uşaqlıq və yeniyetməlik illərini keçitdiyi Strasburq şəhərinə qayıtmışdır. Bu şəhərdə o, çox yüksək xidməti və ictimai fəaliyyəti sahəsində yüksək nüfuz qazanmış və 1521-ci ildə elə burada da dünyasını dəyişmişdir.
Kabu-Branku burnu
Kabu-Branku burnu (port. Cabo Branco — «ağ burun») — Braziliya ərazisində, Juan-Pesoa şəhərindən şimal-şərqində yerləşən burun. Burun ilk dəfə 1500-ci ildə Dieqo Lepo tərəfindən kəşf edilmiş və Müqəddəs Avqustinin şərəfinə adlandırılmışdır. . Cənubi Amerika materikinin ucqsr şərq nöqtəsini təşkil edir. Burunda yerləşən mayakda onun qitənin ən ucqar şərq nöqtəsi olması barədə məlumat lövhəsi vardır. Ancaq Seyşas burnunun Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi olması rəsmən təstiqlənmişdir.
Başlanğıc (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Cəhənnəm (Den Braunun əsəri)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. == Məzmunu == Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Mənşə (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Erlinq Braut Haland
Erlinq Haland (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — İngiltərə Premyer liqası təmsilçisi Mançester Siti klubunda hücumçu kimi çıxış edən Norveçli peşəkar futbolçudur. == Uğurları == === Klub === === Milli === === Şəxsi === == Klub karyerası == === Brune === Haland Brune akademiyası vasitəsilə inkişaf etmişdir. Haland öz peşəkar karyerasında debütünü 12 may 2016-cı ildə Ranheym klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Robert Undheymi əvəz etmişdir. Həmin görüşdə Brune liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. === Molde === Haland 1 fevral 2017-ci ildə Molde klubuna transfer olmuşdur. Haland klub ilə debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Fredrik Brustadı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == 2017-ci ildə Haland Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. == İstinadlar == == Mənbə == Branco River. (2009).