Villi Brandt

Villi Brandt (alm. Willy Brandt‎; 18 dekabr 1913[1][2][…]8 oktyabr 1992[1][2][…]) — alman dövlət xadimi, 1969–1974-cü illərdə Almaniya Federativ Respublikasının Federal Kansleri, Nobel sülh mükafatı laureatı (1971).

Villi Brandt
alm. Willy Brandt
21 oktyabr 1969 – 7 may 1974
ƏvvəlkiKurt Georq Kizinqer
SonrakıHelmut Şmidt
1 dekabr 1966 – 20 oktyabr 1969
ƏvvəlkiHans-Kristof Zeebom
SonrakıValter Şeel
Şəxsi məlumatlar
Doğum adı Herbert Ernst Karl Frahm
Doğum tarixi
Doğum yeri Lübek, Almaniya İmperiyası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Unkel, Reynland-Pfalts, Almaniya Almaniya
Vəfat səbəbi kolorektal xərçəng
Partiya
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi, yazıçı-dokumentalist[d], avtobioqraf[d], Almaniyanın kansleri[d]
Anası Marta Fram
Uşaqları Peter Brandt
Lars Brandt
Mattias Brandt
Dini Almaniyada protestant kilsəsi[d]
Hərbi xidmət
Qoşun növü Beynəlxalq briqadalar[d]
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi siyasət

Təltifləri Nobel sülh mükafatı "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Villi Brandt (əsl adı: Herbert Ernst Karl Fram) 18 dekabr 1913-cü ildə Lübekdə anadan olmuşdur.

1930-cu ildə, hələ məktəbdə oxuyarkən Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) Gənclər təşkilatına üzv olmuşdur. 1931-ci ildə yeni yaranmış ifrat sol Sosialist Fəhlə Partiyasına keçmişdir. Hitler diktaturası bərqərar olduqdan sonra (1933-cü il, yanvar) sonra Villi Brandt təxəllüsü ilə gizli iş aparmış, aprel ayında isə Norveçə qaçmışdır. 1940-cı ilin aprelində Norveç Almaniya tərəfindən işğal olunduqdan sonra hərbi əsir düşərgəsinə düşmüşdür. 1940-cı ildə gizli şəkildə İsveçə keçmişdir. Stokholmda "İsveç-Norveç mətbuat bürosu"nu təsis etmişdir. 1945-ci ildə Almaniya təslim olduqdan sonra Skandinaviya qəzetlərinin müxbiri qismində Berlinə gəlmişdir.

1948-ci ilin əvvəllərində Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) idarə heyətinin üzvü seçilmiş, 1948–1949-cü illərdə Qərbi Berlində onun nümayəndəsi olmuşdur. 1949–1957-ci illərdə Qərbi Berlin bundestaqı və senatının deputatı seçilmişdir. 1950-ci illərin əvvəllərində Almaniya Sosial-Demokrat Partiyasının lideri K.Şumaxerin antikommunist kursunu dəstəkləyərək partiyanın sağ cinahına keçmişdir. 1957–1966-cı illərdə Qərbi Berlinin burqomistri olmuşdur. 1958–1963-cü illərdə Berlin böhranı zamanı SSRİnınAlmaniya Demokratik Respublikasının siyasətini kəskin tənqid etmişdir. 1964-cü ilin fevralında Almaniya Sosial-Demokrat Partiyasının sədri seçilmişdir. 1969–1974-cü illərdə AFR kansleri olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]