Kabu-Branku burnu

Kabu-Branku burnu (port. Cabo Branco — «ağ burun») — Braziliya ərazisində, Juan-Pesoa şəhərindən şimal-şərqində yerləşən burun. Burun ilk dəfə 1500-ci ildə Dieqo Lepo tərəfindən kəşf edilmiş və Müqəddəs Avqustinin şərəfinə adlandırılmışdır. . Cənubi Amerika materikinin ucqsr şərq nöqtəsini təşkil edir. Burunda yerləşən mayakda[1] onun qitənin ən ucqar şərq nöqtəsi olması barədə məlumat lövhəsi vardır. Ancaq Seyşas burnunun Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi olması rəsmən təstiqlənmişdir.

Kabu-Branku burnu
Yerləşməsi
7°08′55″ c. e. 34°47′49″ q. u.HGYO
Akvatoriya Atlantik okean
Ölkə  Braziliya
Kabu-Branku burnu xəritədə
Kabu-Branku burnu
Kabu-Branku burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Kabu-Branku burnu". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-07.