Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lardye-e-Valansa
Lardye-e-Valansa (fr. Lardier-et-Valença, oks. Lardier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05071. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 928 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 169 nəfərin (15-64 yaş arasında) 124-ü iqtisadi cəhətdən, 45-i fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 77.2%). Fəal 124 nəfərdən 115 nəfəri (57 kişi və 58 qadın), 9 nəfəri işsizdir (5 kişi və 4 qadın).
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Malatya
Malatya — Türkiyənin Malatya ilinin inzibati mərkəzi. Əhalisi 806.156 və səhəsi 12313 km².
Qalamşa
Qalamşa (gürc. განთიადი - Gantiadi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Talassa
Talassa, Falassa, Talatta (q.yun. Θάλασσα q.yun. Θάλασσα Θάλασσα, "dəniz") — qədim yunan mifologiyasınıda personaj, dəniz ilahəsi. Efir və Hemeranın qızı, Pontun həyat yoldaşı. Telxinlərin və Qaliyanın anası . Heykəli Korinfdə yerləşir, gənc Afroditanı əlində saxlamış vəziyyətdədir. . Talassa eyni zamanda Tefiinin epitetidir ; XXII Orfik himni ona həsr edilmişdir. == Maraqlı faktlar == A. Klarkın "Uzaq diyarın nəğmələri" povesti (1956) və romanı (1986)ndakı hadisələrin baş verdiyi okean-planet Talassa adlanır. Fransada Talassa adında (1975 — bu günə qədər) ətraf mühit, idman, insan və tarixi baxımdan dəniz və əlaqəli süjetlər mövzusundakı populyar həftəlik televeriliş yayımlanır. . Neptunun peyki Talassanın şərəfinə(1991) adlandırılmışdır.
Galatea
Galatella (lat. Galatella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Valans
Valans (fr. Valence [va.lɑ̃s], oks. Valença, lat. Valentia) — şəhər və kommuna Fransada. Drome departamentin inzibati mərkəzi. == Coğrafiyası == Rona çayının sol sahilinin qayaüstü yüksəkliyində yerləşir. == Tarixi == Valans, Narbonna Qallo şəhərində (Romalılar Fransanın bu hissəsini bele adlandırıb) yaradılan Valentia Roma koloniyasından yaranıb. IV əsrdən etibarən, şəhərdəki bütün hakimiyyət episkoposlara aid idi, yalnız 1450-ci ildə XI Luis sonuncu kralın himayəsi və universitetin yaradılması (Fransız İnqilabı dövründə ləğv edilmiş) üçün şəhərə öz hüquqlarını verməyə inandırdı. Kral Valansı Valentinua hersoqluğunun paytaxdı etdi və ona Çezare Borciya titulunu verdi. Titulun hazırkı sahibləri Monakonun hökmdarıdır.
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 396 nəfərdir. Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. == Etimologiyası == Coğrafi adın tərkibindəki "ala" komponenti qədim türk dillərində "böyük", "şa" isə talış dilində həyat sözünün qədim variantı olub "böyük həyat" böyük yaşayış məntəqəsi mənasındadır. == Din == Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Şahbazov (1974–1992). Vüsal Nəhmətov (1987–2020).
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. == İlkin həyatı == Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Eugenia valvata
Eugenia valvata (lat. Eugenia valvata) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
La Galatea
La Galatea, Miguel de Cervantesin 1585-ci ildə Alcalá de Henares- də altı kitaba ayrılmış La Galatea'nın birinci hissəsi başlığı ilə nəşr etdirdiyi bir romandır. Ascanio Colonna, 1580-ci illərdə iki Kastilya universitetində təhsilini bitirən La Galatea’nın fədakarıdır: Alcalá Universiteti və Salamanca Universiteti Roman, ehtimal ki, Servantes Əlcəzairdəki əsirliyindən qayıtdıqdan sonra yazılmağa başladı (Dekabr 1580). Kitab mağazalarında, xüsusən nəhəng Diana de Montemayor və Gil Polo -ya aşiq olan böyük Diana ilə müqayisədə çox az uğur qazandı.
Lex Valensa
Lex Valensa (pol. Lech Wałęsa; 29 sentyabr 1943[…], Popovo[d], Üçüncü Reyx) — Polşa siyasət adamı, insan hüquqlarının fəal müdafiəçisi, Müstəqil həmkarlar təşkilatı olan "Solidarnost"un (Həmrəylik) keçmiş rəhbəri. İxtisasca elektrikdir (Qdansk). 1983-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. 1990–1995-ci illərdə Polşa prezidenti olub.
Malatya döyüşü
Malatya döyüşü — 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmed məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Ağqoyunlu hökmdarı bu təklifi qəbul etmədi və Tərcan istiqamətində hərəkətə başladı. == Tarixi == 1472-ci ilin baharında Osmanlılara qarşı müharibəyə başlamış Ağqoyunlu dövləti döyüş əməliyyatları keçirərək Tokatı, Qeysəriyyəni, Aksarayı və Akşehiri zəbt etdi və Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar. Qışın düşməsi ilə əlaqədar olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında ona qarşı səfərə çıxacağını bildirdi. 1473-cü ildə Fərat sahilində iki ordu qarşı-qarşıya gəldi.
Malatya ili
Malatya ili — Türkiyədə il. == Əhalisi == Hazırda Malatyada 800 000 nəfər türk, 400 000 nəfər kürd, 1 500 nəfər yezit və 200 nəfər azərbaycanlı yaşayır. == Kənd təsərrüfatı == Malatyada banan, kələm, keşniş, kök, qarpız, balqabaq, pambıq bitkiləri becərilir. == Malatyalı məşhurlar == Kamal Sunal-məşhur türk aktyoru, Şaban ləqəbi ilə məşhurdur.
Qalatea (Rafael)
Talassa (peyk)
Talassa (yun. Θάλασσα) və ya Neptun IV — Neptunun daxili peyklərindən biri. Bu peykə Yunan mifalogiyasıda dəniz allahı olan Talassanın adı verilib. Talassa eyni zamanda yunanca dəniz deməkdir. Talassa 1989-cu il sentyabrın ortalarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkilərdən əvvəl kəşf edilmişdir və müvəqqəti olaraq S/1989 5 adlandırılmışdır.Kəşf 1989-cu il sentyabrın 29-da elan edilmişdir.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir. Talassa düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır.Qeyri-adi nizamsız hissələri təxminən disk formasında görünür. Talassanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.Nisbətən daha tez bir vaxta ola bilsin ki,qırıntılar yayaraq Despiranın orbiti ilə toqquşsun.
Valantia filiformis
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aparinanthus muralis (L.) Fourr.
Valantia rupestris
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aparinanthus muralis (L.) Fourr.
Valetta limanı
Valetta limanıı (malta Il-Port il-Kbir) — ingiliscə adı Qrand Harbor ilə də tanınan Maltanın ən böyük limanı. Qədim dövrlərdə finikiyalılar buranı bir liman olaraq istifadə etmişlər. Daha sonra limanın vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, limanlar, priçallar və istehkamlar meydana gəlmişdir. Böyük liman hospital cəngavərləri üçün 268 il boyunca böyük strateji əhəmiyyətə sahib idi və ingilislərin adaya gəlişindən sonra da onu itirməmişdi. 23 sentyabr 1551, 1555 və ya 1556-cı illərdə (müxtəlif mənbələrə görə) Böyük limandan dağıdıcı bir fırtına keçir. Suyun üzərində meydana gələn bir tornado bir çox gəmini (Malta cəngavərlərinin sifarişli 4 gəmi daxil olmaqla) batırır. Bundan sonra hava burulğanı quruya çıxır və təxminən 600 nəfərin ölümünə səbəb olur. Tornadonun olmasına baxmayaraq, Maltanın paytaxtı - Valletta - o dövrdə mövcud deyildi. Malta cəngavərlərinin Böyük Ustası şəxsən 28 mart 1566-cı ildə onun təməl daşını qoyur. Böyük liman 1565-ci ildə Maltanın Böyük mühasirəsi zamanı cəngavərlərlə və türklər arasında bir döyüş meydanına çevrilir.
Valtasar qonaqlığı
Valtasar qonaqlığı — Rembrantın Babilin son kralı Belşazzarı çəkdiyi böyük ölçülü yağlı boya tablodur. Babil Kralı Belşazzar e.ə. 6-cı əsrdə zadəganlar üçün bir ziyafət təşkil edir və onlarla birlikdə oturub şərab içib, əylənirlər. Birdən kralın arxasında bir əl peyda olur. Kral və ətrafındakılar qorxuya düşərək nə olduğunu anlamaq üçün o tərəfə baxırlar. Əlin olduğu yerdə bir yazı görülür və kral kahinləri çağırıb yazının nə məna verdiyini soruşur. Kahinlərin heç biri bunu oxuya bilmir və nəhayət, Daniyal yazını oxuyur: “Mənə təkəl u-parsin”. "Mənə" sayılı deməkdir və "mesaj" tanrının kralın səltənət günlərinə bir son verəcəyini işarə edir. "Təkəl" tarazlıq mənasını verir ki; buradakı mesaj, kralın tarazlığı qoruyub saxlaya bilmədiyini və testi keçə bilmədiyinə işarə edir. "Parsin" bölünmüş deməkdir və krallığın bölünməsinə işarət edir.
Malatya qətliamı
Malatya qətliamı — 17–20 aprel 1978-ci il tarixlərində Türkiyənin Malatya şəhərində baş vermiş ələvilərə qarşı kütləvi zorakılıq hadisəsi. Qətliama o vaxtkı bələdiyyə sədri Həmid Fəndoğlunun öldürülməsi səbəb olmuşdur. Bundan sonra sünni islamçı qruplar şəhərin ələvi və solçu bölgələrinə girərək zorakılıq törətmişdilər. Qətliam nəticəsində 8 nəfər həlak olmuş, bir neçə yüz nəfər yaralanmış, minə yaxın bina dağıdılmışdır. Zorakılığın başlanmasından sonra minlərlə ələvi şəhəri tərk etmək məcburiyyətində qalmışdır. == Zəmin == 1973-cü ildə Türkiyədə keçirilən parlament seçkilərindən sonra Cümhuriyyət Xalq Partiyası (CHP) və Milli Qurtuluş Partiyası (MSP) Malatyanın ən böyük partiyaları olmuşdu. İslamçı partiya olan MSP sünni və sağçı qrupların dəstəyini almışdı, CHP ümumiyyətlə ələvi və solçu qruplar tərəfindən dəstəklənirdi. Bu çərçivədə şəhərdə sağ və solun ayrılması prosesi artmağa başlamışdır. Sol təşkilatlar qurulmağa və geniş yayılmağa başlamış, Kommunizm ilə Mübarizə Dərnəkləri, Boz Qurdlar və Basqınçılar Assosiasiyası kimi sağçı təşkilatlar böyümüşdür. Bu qütbləşmə 1977-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə də müşahidə olunmuş, burada MSP və Milliyyətçi Hərəkat Partiyasının əvvəlki illərdəki seçkilərdən xeyli çox səs almışdır.
Valantia spuria
Üçbuynuz qatıqotu (lat. Galium tricornutum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Valantia triflora
Üçbuynuz qatıqotu (lat. Galium tricornutum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Amsar Palasa
Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amsar Palsa kəndi 1962 ilində qurulmuşdur və Dağ Amsarın yaylağı kimi işlədilmiş ve əhalinin gedərək ora axişmasi nəticəsində Amsar palsa kəndi yaranmışdır. Amsarpalsa kəndinin üst tərəfindən Ağ çay keçir və kəndin dörd bir tərəfi alma bağları ile əhatə olunur.[mənbə göstərin] == Əhalisi == Kəndin əhalisi 500 nəfər təşkil edir. Burada azərbaycanlıların yanı sıra 1993 ildə Özbəkistandan köç etmiş Axısqa türkləri də yaşayır. 500 nəfərin çoxunluğunu Axısqa türkləri təşkil etməktədir.
Aşağı palata
Aşağı palata iki palatalı qanunverici orqanın iki palatasından biridir, digər palata isə yuxarı palatadır. Dünyanın bir çox qanunverici orqanında, yuxarı palatanın "aşağıda" rəsmi mövqeyinə baxmayaraq, aşağı palata daha çox gücə sahib olub. Aşağı palata adətən, iki otaqdan (kamera) daha böyükdür, yəni üzvləri daha çoxdur. Yalnız bir palatadan ibarət olan bir qanunverici orqan kimi təsvir olunur.