Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd.[1] Əhalisi 396 nəfərdir.
Alaşa | |
---|---|
38°27′ şm. e. 48°48′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Astara rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 3 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 396 nəfər |
Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır.[2]
Coğrafi adın tərkibindəki "ala" komponenti qədim türk dillərində "böyük", "şa" isə talış dilində həyat sözünün qədim variantı olub "böyük həyat" böyük yaşayış məntəqəsi mənasındadır.[3]
Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir.[4]