Malatya döyüşü — 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmed məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Ağqoyunlu hökmdarı bu təklifi qəbul etmədi və Tərcan istiqamətində hərəkətə başladı.[1]
Malatya Döyüşü | |||
---|---|---|---|
Ağqoyunlu-Osmanlı müharibələri | |||
Tarix | 1 avqust, 1473 | ||
Yeri | Malatya | ||
Nəticəsi | Ağqoyunluların qələbəsi | ||
Ərazi dəyişikliyi | Malatya | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
1472-ci ilin baharında Osmanlılara qarşı müharibəyə başlamış Ağqoyunlu dövləti döyüş əməliyyatları keçirərək Tokatı, Qeysəriyyəni, Aksarayı və Akşehiri zəbt etdi və Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar. Qışın düşməsi ilə əlaqədar olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında ona qarşı səfərə çıxacağını bildirdi.[2]
1473-cü ildə Fərat sahilində iki ordu qarşı-qarşıya gəldi. Ağqoyunlu ordusunun sayı 70 min, Osmanlıların sayı isə 100 min təşkil edirdi. Uğurlu Məhəmməd ordunun mərkəz hissəsinə rəhbərlik edirdi. Döyüş başlamamışdan əvvəl o, 10 min süvari ilə Osmanlılara qarşı pusqu qurmuşdu[3]. Osmanlı sərkərdəsi Xassə Murad 40 min nəfər ilə hücuma başladı[4]. Elə ilk hücumdan Uğurlu Məhəmmədin pusqusuna düşən Osmanlı qoşunu mühasirəyə alındı. Beləliklə aldadılan və çayın sol sahilinə keçərək məğlub olan Osmanlı qoşunu 40 min itki verdi və geri çəkildi. Ömər bəy və bir neçə Osmanlı sərkərdələri əsir alındılar.[5]