Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Şatlık
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Satenik
Satenik (erm. Սաթենիկ; Alaniya) —və ya Satana Ermənistan kralı Artaşeslə evlənən şahzadə. Onların '"Artaşes və Satenik"' kimi tanınan sevgi hekayəsini erməni tarixçisi Movses Xorenli özünün '"Ermənistan tarixi"' əsərində təqdim edir. Movses qeyd edib ki, bilavasitə sitat gətirdiyi hekayə onun dövründə Ermənistanın sadə xalqı arasında səyahət edən nağılçılar və ozanların danışdığı məşhur dastan olub. == Ümumi məlumat == Adı yunan formasında Artaksias kimi də görünən Artaşes, təxminən eramızdan əvvəl 189-cu ildə Ermənistan taxtına yüksəldi və həm Roma, həm də Parfiya tərəfindən tanındı. Kral I Artaşesin (e.ə. 189–159) hakimiyyəti dövründə alanların Ermənistan Krallığını işğalı Artaşes və Satenik arasında romantik nağıl fonunda rol oynayır. Alanlar İberiya torpaqlarını fəth etdikdən sonra daha da cənuba doğru hərəkət edərək Kür çayını keçərək Ermənistana daxil oldular. Artaşes Alaniya təhlükəsini qarşılamaq üçün böyük bir qüvvə topladı və iki tərəf arasında şiddətli müharibə baş verdi, nəticədə Alaniya kralının kiçik oğlu əsir alındı. Alanlar Kür çayına geri çəkilməyə məcbur oldular və orada çayın şimal tərəfində düşərgə qurdular.
Abnik
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Antik dedikdi tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XXXI əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Atsik
Atsik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
Xanik
Xanik (Bəradost dehistanı)
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. == Ümumi məlumat == Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Aziatskiy vestnik
"Aziatskiy vestnik" (rus. Азиатский вестник; mənası – Asiya bülleteni) — 1825–1827-ci illərdə Sankt-Peterburqda nəşr olunan Rusiya aylıq elmi-ədəbi jurnalı. "Sibirskiy vestnik"in davamı kimi çıxmışdır. Nəşrçi Qriqori Spasski olmuşdur. 5 nömrəsi 1827-ci ildə nəşr edilmişdir. Ən son əsərlər haqqında qiymətli materiallar dərc edilmişdir. Şərq ölkələrinin tarixi, coğrafiyası, etnoqrafiyası və ədəbiyyatı üzrə Qərbi Avropadan olan müəlliflərin yazıları, Asiyada səyahət qeydləri, Şərq yazıçılar və şairlərin əsərlərinin tərcümələri dərc olunurdu. Elm və incəsənət, səyahət, şərq ədəbiyyatı, müxtəlif xəbərlər, şərq biblioqrafiyası bölmələrindən ibarət idi. Əlavə olaraq, jurnalda "Sibir və onun adalarının coğrafi-statistik təsviri" nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Обзор статей и заметок «Сибирского» и «Азиатского вестника» 1818—1822 гг.// Восточное обозрение, 1885, № 27-29 Ивановский А. А. Указатель этнографических статей, содержащихся в сибирских изданиях от начала их существования // Этнографическое обозрение, 1891, № 1 == Xarici keçidlər == Азиатский вестник в on-line библиотеке.
Botnik dənizi
Botnik dənizi - Şimalda Botnik körfəzi ilə Şimali Kvarken boğazı, cənubda Aland dənizi və Arxipelaq dənizi ilə isə Cənubi Kvarken boğazı vastəsilə birrləşir. Bir çox mənbələrdə dəniz Botnik körfəzinin akvatoriyası hesab edilir və dəniz hesab edilmir. Şərqdə Finlandiyanın qərbi, qərbdə isə İsveçin şərq hissəsini yuyur. Dənizin sahəsi 79,000 km² təşkil edir. Maksimum dərinliyi 230 m, orta dərinlik 68 metrdir. Həcmi 4,340 km³, uzunluğu 350 km təşkil edir. Sahillərində Rauma və Rari (Finlandiya), Gövle və Sundsvall (İsveç) şəhərləri yerləşir. Ən iri limanları Umea (İsveç) və Vaasa (Finlandiya).
Kevin Mitnik
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada və ya Pitsburq, Pensilvaniya) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti(en) (2005) Müdaxilə sənəti(en) (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Kseniya Sitnik
Kseniya Sitnik (rusca: Ксения Ситник; 15 may 1995, Mozir, Qomel vilayəti) — Belarus müğənnisi. 2005-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "Мы вместе" ("Biz birlikdə") mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. == Parnik (istixana) bitkiləri == Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
Parnik effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. == Yaranması == Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. == Parnik qazları == Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Patrik Braxner
Patrik Braxner (alm. Patrick Brachner‎; 7 yanvar 1992, Avstriya) – Azərbaycanı təmsil edən avstriyalı xizəkçi. 2014-cü il Qış Olimpiya oyunlarında Azərbaycanı slalom və böyük slalom idman növlərində təmsil etmişdir. Açılış mərasimində Azərbaycan bayrağını o daşımışdır. Patrik Azərbaycanı 2018 Qış Olimpiya Oyunlarında da təmsil edib və heç bir medal qazanmayıb.
Patrik Broun
Patrik Broun (ing. Patrick Browne; 1720[…], Meyo[d] – 29 avqust 1790) — İrlandiya botaniki. == Əsərləri == Browne, P. (1756). The civil and natural history of Jamaica in three parts. 503 p., 49 p. == Eponimlər == Brownea Jacq., 1760, nom. cons. bitki cinsi Geocapromys brownii məməli növü == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [ing.]. — Ed. 2.
Patrik Geddes
Patrik Geddes (2 oktyabr 1854[…], Ballater[d], Aberdinşir[d] – 17 aprel 1932[…], Monpelye) – şotland bioloq, şəhərsalma nəzəriyyəçisi, memar, sosioloq. Biologiyanı Londonda Hekslidən öyrənmiş, 1880–1919-cu illərdə Dandi universitetində botanikadan dərs demişdir. Edinburqda sosial problemləri öyrənən yay məktəbində işləmişdir. "Ramzey-hardens kooperativ yaşayış evi", Edinburq universitetinin "Ramzeyloc" özünüidarə zalı onun layihəsi əsasında inşa olunmuşdur. 1910-cu ildə Londonda ilk beynəlxalq şəhərsalma konfransını təşkil etmişdir. Londonda o, Şəhərsalma insitutunun yaradıcılarından biridir.
Patrik Hikki
Patrik Hikki (ing. Patrick Joseph "Pat" Hickey; d. 17 iyun 1945) — irlandiyalı idman funksioneri. 1988–2016-cı illərdə İrlandiya Olimpiya Şurasının, 2006-cı ildən Avropa Olimpiya Komitələrinin sədri və 1995-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü. Həmçinin, Avropa və dünya səviyyələrindəki olimpiya və cüdo qurumlarında fəaliyyət göstərmişdir. == Şəxsi həyatı == Əmlak Qiymətləndiriciləri İnstitutundan məzun olan Hikki daşınmaz əmlak satışı sahəsində çalışmış və 2015-ci ilə olan məlumata görə, onun şirkəti "Hickey Auctioneers" qızı və böyük oğlu tərəfindən idarə olunur. Cüdoda 2-ci dan qara kəmər ustası olan Hikki, 40 yaşlarına qədər beynəlxalq idman müsabiqələrində İrlandiyanı təmsil etmişdir. == İdman idarəçiliyi == Hikki 1979–1989-cu illərdə İrlandiya Cüdo Assosiasiyasının sədri olmuş, 1989-cu ildə bu təşkilatın fəxri sədri seçilmişdir. 1981-ci ildə o, İrlandiya Olimpiya Şurasının (İOŞ) icraiyyə komitəsinə üzv seçilmiş və 1984 Los-Anceles olimpiadasından etibarən İrlandiya Olimpiya deleqasiyalarının tərkibində olmuşdur. Hikki 1989-cu ildə İOŞ və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Maykl Killaninin tövsiyəsi əsasında İOŞ-un sədri seçilmişdir.
Patrik Klüvert
Patrik Stefan Klüvert ([ˈpɛtrɪ ˈklœyvərt] ( dinlə), 1 iyul 1976, Amsterdam) – hollandiyalı keçmiş futbolçu, məşqçi və idman direktoru. Xüsusilə Ayaks, Barselona və Hollandiya millilərində hücumçu kimi çıxış edib. Hazırda Super Liqa komandalarından olan "Adana Dəmirspor"un keçmiş baş məşqçisi. == Həyatı == Patrik Stefan Klüvert 1976-cı ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.
Patrik Kpozo
Patrik Kpozo (isv. Patrick Kpozo; 15 iyul 1997, Akkra) — Qana futbolçusu, futbol üzrə İsveç çempionatında çıxış edən "AİK" FK-nın müdafiəçisi. == Karyera == === Klub === Patrik Kpozo Qana futbolunun yetirməsidir. O, 2015-ci ildə "AİK" skautlarının maraqlarını cəlb etmiş və sınaq üçün İsveç klubuna gəlmiş, tezliklə burada müqavilə imzalayaraq gənclər komandasına qoşulmuşdur. Kpozo 2016-cı il mövsümündən əsas komandaya gətirilmişdir. O, 23 may 2016-cı ildə İsveç çempionatında "Gefle" ilə qarşlkaşmada debüt etmiş, start heyətində meydana çıxmış və bütün matçı meydanda keçirmişdir. === Beynəlxalq === Patrik Kpozo 20 yaşadək Qana yığması ilə təlim-məşq toplanışına dəvət edilmişdir, rəsmi oyunlarda iştirak etməmişdir.
Patrik Kutrone
Patrik Kutrone (3 yanvar 1998, Komo, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. "Komo" klubunun hücumçusu.
Patrik Modiano
Patrik Modiano (fr. Patrick Modiano; 30 iyul 1945[…], Bulon-Biyankur, Sena[d], Fransa) – - Fransız roman yazarı və 2014-cü il Ədəbiyyat üzrə Nobel mükafatını qəbul edən şəxsdir. O, əvvəlcə 2012-ci ildə Avropa Ədəbiyyatı üçün Avstriya Dövlət Mükafatı, 2010-cu ildə həyat boyu nailiyyət üçün Prix mondial Cino Del Duca, 1978-ci ildə Prix Goncourt və 1972-ci ildə Grand Prix du roman de l'Académie française sahibi oldu. Onun əsərləri 30-dan çox dilə tərcümə edilib və Fransa və ətrafında məşhurlaşıb. Ədəbiyyat üzrə 2014-cü il Nobel mükafatına Patrick Modiano “özünün ən anlaşılmaz insan talelərinə yol açan və sənət dünyasının-həyatının bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə” layiq görülmüşdür. == Həyatı == Patrick Modiano 1945-ci il, iyulun 30-da Paris şəhəri ətrafında yerləşən Bulon-Biyankur icmasında anadan olmuşdur.Onun atası iş adamı, anası isə aktrisa idi. Orta məktəbi bitirdikdən sonra Patrick Modiano Parisdə “IV Henri liseyi”ndə təhsil almağa başlayır.Onun inkişafında həlledici rol oynayan yazıçı Reymond Kunu həndəsədən Patrickə özəl dərs verir. Artıq 1968-ci ildə Modiano bir yazıçı kimi özünün ilk debütünü edir və böyük maraqla qarşılanan “Ulduzların yerinə” (La place de l’étoile) əsərini yazır. Modianonun əsərləri əsasən yaddaş, huşsuzluq, şəxsiyyət və günah kimi mövzulardan bəhs edir. Onun əsərlərində Paris şəhəri dəfələrlə öz əksini tapır və demək olar ki, “yaradıcı iştirakçı” kimi çıxış edir.Modianonun hekayələri əsasən avtobioqrafik səciyyə daşıyır və ya alman işğalı dövründə baş vermiş hadisələrdən bəhs edir.
Patrik Rotfus
Patrik Ceyms Rotfus (6 iyun 1973, Madison) — amerikalı yazıçı,"Kralqatili Xronikaları" əsərlər seriyası ilə məşhurdur. == Erkən həyatı == Patrik Rottfus, Viskonsin ştatının Madison şəhərində anadan olmuşdur.