Patrik Klüvert

Patrik Stefan Klüvert (və ya Patrik Klayvert) (1 iyul 1976[1][2], Amsterdam) – Niderland futbolçusu.

Patrik Klüvert
nid. Patrick Kluivert
nid. Patrick Kluivert
Ümumi məlumatlar
Tam adı Patrik Stefan Klüvert
Ləqəbi Qara pantera
Doğum tarixi (47 yaş)
Doğum yeri Amsterdam, Niderland
Vətəndaşlığı Niderland Niderland
Boyu 1.89 m
Çəkisi 79 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Niderland Tvente
Vəzifəsi gənclər komandasının məşqçisi
Karyerası
Klub karyerası[* 1]
1994—1997 Niderland Ayaks 70 (39)
1997—1998 İtaliya Milan 27 (6)
1998—2004 İspaniya Barselona 182 (90)
2004—2005 İngiltərə Nyukasl Yunayted 25 (6)
2005—2006 İspaniya Valensiya 10 (1)
2006—2007 Niderland PSV Eyndhoven 16 (3)
2007—2008 Fransa Lill 13 (4)
Milli yığma[* 2]
1994—2004 Niderland Niderland 79 (40)
Məşqçisi olduğu klublar
Niderland Tvente
Təltif və medalları
Avropa çempionatları
Bürünc Belçika/Niderland 2000
Bürünc Portuqaliya 2004

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Patrik Stefan Klüvert 1976-cı ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Həmin il Vyanada “Milan”la keçirilən final matçının 85-ci dəqiqəsində gözəl qola imza ataraq, Ayaks klubuna kuboku qazandıran oyunçu oldu. Onun gənc yaşda belə parlaq çıxışı nəhəng klubların skautlarının da gözündən yayınmadı. “Milan” rəhbərliyi 1997-ci ilin yayında onu heyətinə cəlb etdi. Lakin futbolçu İtaliyada qənaətbəxş futbol nümayiş etdirə bilmədi. Burada meydana çıxdığı 27 matçda cəmi 6 qola imza ata bildi. 1998-ci ildə digər bir nəhəng kluba-”Barselona”ya transfer edildi. “Barsa”nın heyətində 192 matçda 90 qola imza atmağa müvəffəq oldu. 2004-ci il mövsümünün gedişində Frank Raykardın “Barselona”ya gəlişindən sonra futbolçu özünə heyətdə yer tapa bilmədi. Nəticədə, “Barsa” ilə Klüvertin yolları ayrıldı. “Barsa”dan ayrılandan sonra tez-tez komanda dəyişsə də, məşqçilərlə yola getmədiyi üçün heç bir komandanın heyətində möhkəmlənə bilmədi. “Nyukasl”, “Valensiya”, “PSV” və “Lill” onun şərəfini qoruduğu digər klublardır. Hazırda Fransanın “Lill” klubunda çıxış edir. Bu mövsümdə “Lill”in heyətində cəmi 6 matçda oynayıb və 2 qola imza atıb. Hollandiya yığmasının heyətində son dəfə 2004-cü ildə meydana çıxsa da, Hollandiya yığması tarixində hələlik ən çox qol vuran futbolçudur (40 qol).

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Patrick Kluivert // Transfermarkt (çd.). 2000.
  2. Patrick Kluivert // Enciclopèdia de l'esport català (kat.). Grup Enciclopèdia, 2012.