Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cerom K. Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…] və ya 25 avqust 1859, Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Dorcopsis veterum
Dorcopsis veterum (lat. Dorcopsis veterum) — meşə vallabisi cinsinə aid heyvan növü.
Cerom Fridman
Cerom İsak Fridman (28 mart 1930[…], Çikaqo, İllinoys) — amerikalı fizik. O, Massaçusets Texnologiya İnstitutunda professor və fizika üzrə fəxri professordur. Henri Kendall və Riçard Teylor ilə birlikdə 1990-cı ildə "hissəciklər fizikasında kvark modelinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elektronların protonlar və bağlı neytronlar üzərində dərin qeyri-elastik səpilməsi ilə bağlı qabaqcıl tədqiqatlarına" görə Fizika üzrə Nobel mükafatını qazandı. Fridman Atom Alimləri BülleteniSponsorlar Şurasında oturur. == Həyatı və karyerası == İllinoys ştatının Çikaqo şəhərində Lillian (née Varşava) və tikiş maşını satıcısı Seliq Fridmanın ailəsində anadan olan Fridmanın yəhudi valideynləri Rusiyadan ABŞ-yə mühacirət ediblər. İncəsənət sahsəsində yüksək nəticələr göstərən Cerom Fridman , Albert Eynşteynin nisbilik nəzəriyyəsi haqqında yazdığı kitabını oxuduqdan sonra fizika ilə maraqlanmağa başladı. Çikaqo Universitetində fizika üzrə təhsil almaq üçün Çikaqo İncəsənət İnstitutundan təqaüd almaqdan imtina etdi. Orada təhsil alarkən o, Enriko Ferminin rəhbərliyi altında çalışıb, 1956-cı ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini alır. 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunun fizika fakültəsinə daxil olub. 1968–69-cu illərdə o, Stanford Xətti Sürətləndirici Mərkəzində Henri Kendall və Riçard Teylor ilə təcrübələr aparır və protonların daxili quruluşa malik olduğuna dair ilk eksperimental sübutu verən bu təcrübələr sonradan kvarklar olaraq bilinir.
Cerom Selincer
Cerom Devid Selincer (ing. Jerome David Salinger; 1 yanvar 1919[…], Nyu-York, Nyu-York ştatı – 27 yanvar 2010[…], Korniş[d], Nyu-Hempşir) — Amerika yazıçısı. Yazıçının ilk qələm əsəri "Gənc adamlar" hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941–48-ci illərdə "Colliers", "Esquire" və "Cosmopolitan" kimi dəbli jurnallarda iyirmi hekayə yayımlayıb. Selincerə dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" gətirmişdi. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdı. Selincer Dzen-Buddizm məktəbindən təsirlənmiş və bunu əsərlərinə yansıtmışdır. 1963-cü ildən heç bir yeni kitabı çıxmamış və yazıçı qapalı həyat tərzi keçirməyə başlamışdır. 1951-ci ildə yazdığı "Çovdarlıqda uçurumdan qoruyan" romanı isə əməlli-başlı səs-küyə səbəb olmuşdu. Burada baş qəhrəman olan Holden Kolfildin necə uşaqlıq, gənclik illüziyalarından böyüməsi əsrarəngiz və ən əsası bənzərsiz təsvir olunub.
Cerom Pauel
Cerom Hayden "Cey" Pauel (4 fevral 1953, Vaşinqton) — 2018-ci ildən bəri Federal Ehtiyat Sisteminin 16-cı sədri vəzifəsini icra edən Amerikalı vəkil və investisiya bankiri. 1975-ci ildə Prinston Universitetində siyasət dərəcəsi və 1979-cu ildə Corctaun Universitetinin Hüquq Mərkəzindən Yuris Doktoru dərəcəsi aldıqdan sonra 1984-cü ildə investisiya bankçılığına keçdi və The Carlyle Group-un tərəfdaşı da daxil olmaqla müxtəlif maliyyə institutlarında çalışdı. 1992-ci ildə qısa müddət Pauel Prezident Corc Herbert Volker Buşun dövründə Xəzinədarlıq katibinin daxili maliyyə üzrə müavini vəzifəsində də çalışıb. Pauel 2005-ci ildə Carlyle Group-dan ayrıldı və Severn Capital Partners adlı özəl investisiya firmasını qurdu. Dövlət qulluğuna qayıtmazdan əvvəl o, 2010–2012-ci illər arasında Bipartizan Siyasət Mərkəzində qonaq alim kimi fəaliyyət göstərmişdir.
Cerom Karle
Cerom Karle (ing. Jerome Karle, orijinal soyadı Karfunkle, 18 iyun 1918[…], Nyu-York, Nyu-York ştatı – 6 iyun 2013[…], Annandeyl[d], Virciniya[…]) — amerikalı fiziki kimyaçı, 1985-ci ildə kimya üzrə " Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə" Nobel mükafatı alıb və həmkarı Herbert Hauptmann ilə paylaşıb. Yarım əsrdən çox həyat yoldaşı kimyaçı İzabella Karle ilə birlikdə o, Birləşmiş Ştatların Dəniz Tədqiqat Laboratoriyasının əməkdaşı olmuşdu (2009-cu ilə qədər). Doktor, ABŞ Milli Elmlər Akademiyasının (1976 il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1990il) üzvü. == Bioqrafiyası == Cerom Karle Bruklindəki Coney adasında yəhudi ailəsində anadan olub. Atası, Polşadan olan mühacir Lui Karfunkle rəssam və sahibkar idi; anası Sadie Helen Kun (əslən Budapeştdəndir), pianoçu və orqan ifaçısı idi (valideynlər 1911-ci ildə evlənmişdilər) və Cerom da uşaq ikən ciddi musiqi təhsili almışdır.Onun bütün ailəsi bir neçə nəsil boyu incəsənətlə bağlı olmuşdur (əmiləri portret rəssamı İvan Qriqoryeviç Olinski, 1878–1962 illərdə və heykəltəraş David Karfunkle, 1880–1959 illərdə). O, on doqquz yaşına qədər yaşadığı Bruklin ştatının Koni Aylend şəhərindəki Avraam Linkoln Liseyində oxuyub. 1937-ci ildə Nyu-York Universitetinin Şəhər Kollecində bakalavr dərəcəsi alıb, burada Herbert Hauptmanla da tanış olub, 1938-ci ildə isə Harvard Universitetində biologiya üzrə magistr dərəcəsi alıb (yəhudi tələbələr üçün ayrılmış normaya görə o, Harvarda Tibb Məktəbinə qəbul olunmayıb.). İki il Nyu-York şəhərinin Səhiyyə Departamentində məmur işləyib, 1943-cü ildə Miçiqan Universitetində fiziki kimya üzrə dissertasiya müdafiə edib (orada gələcək həyat yoldaşı ilə də tanış olub; 1942-ci ildə evləniblər). Elə həmin il Çikaqo Universitetində Manhetten Layihəsinin əməkdaşı oldu və burada plutoniumun oksidindən çıxarılması ilə bağlı araşdırmalar aparmağa başladı.
Ceyms Cerom Gibson
Ceyms Cerom Gibson (ing. James Jerome Gibson) 27 yanvar 1904, Mak-Konnelsvill[d], Ohayo – 11 dekabr 1979, İtaka[d], Nyu-York ştatı – ABŞ psixoloqu və filosofu. == Fəaliyyəti == 1928–1949-cu illərdə Smitt kollecində, 1949–1972-ci illərdə Kornell universitetində dərs demişdir. Daha çox realizmə bağlılığı və görmə qavrayışı sahəsində eksperimental tədqiqatları ilə tanınmışdır. "Görülən dünyanı qavrama" (1950) əsərində göstərirdi ki, qavrayış beyində assosiasiyalarla, yaxud informasiyanın emalı ilə şərtlənmir, bilavasitə baş verir. O sübut edirdi ki, dünyanın vəziyyətini müəyyən edən informasiya axtarışı prosesində konkret fərdin dinamik dünyasını araşdırmaq lazımdır. Bu müddəanı "Duyğu orqanları qavrayış sistemi kimi" (1966), "Görmə qavrayışına ekoloji yanaşma" (1979) əsərlərində inkişaf etdirmişdir. Gibsonun ardıcılları Beynəlxalq ekoloji psixologiya cəmiyyətini yaratmışdılar.