Ceyms Cerom Gibson

Ceyms Cerom Gibson (ing. James Jerome Gibson) 27 yanvar 1904[2][3], Mak-Konnelsvill[d], Ohayo11 dekabr 1979[2], İtaka[d], Nyu-York ştatı – ABŞ psixoloqu və filosofu.

Ceyms Cerom Gibson
Doğum tarixi 27 yanvar 1904(1904-01-27)[2][3]
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1979(1979-12-11)[2] (75 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Elm sahələri psixologiya[1]
Təhsili
Üzvlüyü

1928–1949-cu illərdə Smitt kollecində, 1949–1972-ci illərdə Kornell universitetində dərs demişdir. Daha çox realizmə bağlılığı və görmə qavrayışı sahəsində eksperimental tədqiqatları ilə tanınmışdır. "Görülən dünyanı qavrama" (1950) əsərində göstərirdi ki, qavrayış beyində assosiasiyalarla, yaxud informasiyanın emalı ilə şərtlənmir, bilavasitə baş verir. O sübut edirdi ki, dünyanın vəziyyətini müəyyən edən informasiya axtarışı prosesində konkret fərdin dinamik dünyasını araşdırmaq lazımdır. Bu müddəanı "Duyğu orqanları qavrayış sistemi kimi" (1966), "Görmə qavrayışına ekoloji yanaşma" (1979) əsərlərində inkişaf etdirmişdir. Gibsonun ardıcılları Beynəlxalq ekoloji psixologiya cəmiyyətini yaratmışdılar.