Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kidekşa
Kidekşa (rus. Кидекша) — Rusiya Federasiyasının Vladimir vilayətinin Suzdalsky rayonundakı bir kənd (selo), Suzdaldan 4 km (2.5 mil) şərqdə, Kamenka və Nerl çaylarının birləşməsində yerləşir. == Tarixi == "Kidekşa" sözü, böyük ehtimal ki, Fin-uqor mənşəli sözdür. Söz sonluğunu təşkil edən "-kşa" ifadəsi (ünsürü) naməlum fin-uqor mənşəli "su", "çay" mənalı söz kimi qəbul olunmuşdur. Bu regionda bir sıra "-kşa", "-ksa" sonluqları ilə qurtaran kiçik çayların mövcud olması ilə təsdiq edilir. Bəzi alimlər "ki" komponentinin mövcudluğunu "daş" mənası verən meryan sözü hesab edir. Beləliklə, Kideşa sözü indiki Kamenka "daşlı çay" sözünü ifadə edə bilər. Bununla yanaşı, soraq kitabçalarında (bələdçi) rus sözləri olan "atmaq", "tullamaq" kimi izah olunan başqa izahlara da rast gəlmək olur. Bu onunla izah edilir ki, Yuri Dolqorukiy qala tikməyi nəzərdə tutduğu bu yeri tullamışdır.. Başqa müəlliflər bunu (bu versiyanı) xalq etimologiyasına aid edirlər.
Viçentsa
Vicenza (it. Vicenza, lat. Vicetia) — İtaliyanın şimal seqmentindəki Vèneto rəhbərlik bölgəsində, Vicenza rayonunun mərkəzi şəhər və piskoposluk mərkəzi. Padovanın şimal-qərbindədir. Lessini və Berici dağları arasında uzanan və Lombardiya və Venetoyu bir-birinə bağlayan vadinin şərq ucunda iştirak edər. Bacchiglione və Retrone çayları şəhərin içindən keçir.
Viçentsa FK
Viçentsa FK (it. Vicenza Calcio) — İtalİyanı təmsil edən futbol klubu. Klub Viçenza şəhərini təmsil edir . 2018-ci ildəki iflasdan sonra İtaliyanın C Seriyasında Vicenza Virtus adı ilə çıxış edir. 9 mart 1902-ci ildə qurulan klub 1911-ci ildən bəri İtaliya çempionatlarında iştirak edir. 1942-ci ildə Vicenza ilk dəfə A Seriyasına yüksəlib. 1953–1990-cı illərdə klub "Lanerossi Vicenza" adlandı. Komanda A Seriyasında ən böyuk uğuru 1978-ci ildə ikinci yeri tutmasıdır. Komandanın 1997-ci ildə İtaliya kubokunun qalibi olur və bir il sonra 1998-ci ildə Kuboklar Kubokunun yarımfinalına kimi yeksəlib. Viçenzanın heyətində fərqli illərdə Qızıl topun qalibi olmuş iki futbolçu oynayıb.
Biletsa döyüşü
Biletsa döyüşü — 1388-ci ilin avqustunda Böyük hersoq Vlatko Vukoviçin başçılıq etdiyi Bosniya krallığının qüvvələri ilə Lalə Şahin Paşanın başçılığı altında Osmanlı imperiyası arasında döyüş. Osmanlı ordusu krallığın cənub bölgəsi olan Huma soxulmuşdu. Günlərlə davam edən qarətdən sonra işğalçılar Dubrovnikin şimal-şərqindəki Biletsa şəhəri yaxınlığında müdafiə qüvvələri ilə toqquşmuşdular. Döyüş Osmanlının məğlubiyyəti ilə başa çatmışdır. == Zəmin == Frakiyada yerləşən Osmanlı türkləri 1380-ci illərdə qərbi Balkanlar üçün əhəmiyyətli hərbi və siyasi faktor kimi meydana çıxmışdır. Makedoniyadakı müxtəlif ölkələrin hökmdarlarını öz vassallarına çevirən I Muradın başçılığı ilə Osmanlılar qərbə, Adriatik sahillərinə doğru basqınlar etməyə başlamışdılar. Onlar Balkanlardakı feodallara öz aralarında apardıqları müharibələrdə həvəslə kömək edir, ixtilafları artırır və istismar edirdilər, Balkan dövlətlərini məqsədli şəkildə zəiflədirdilər. Bosniya krallığının Osmanlı hücumundan təhlükəsiz olacağı qədər uzaq olduğu düşünülürdü və şərqdə Serbiya imperiyasının süqutundan sonra yüksələn müstəqil dövlətlər kəməri ilə qorunurdu. Bununla belə, Bosniya ilə Osmanlı Frakiyası arasındakı məsafə heç bir maneə yaratmamışdı. Bosniya kralı I Tvrtko ilə Zeta hökmdarı və Muradın vassalı II Georgi Balşic arasındakı düşmənçilik bosniyalılarla türklər arasında gözləniləndən daha tez toqquşmalara səbəb olmuşdu.
Musiqi videosu
Videoklip və ya musiqi videosu — mahnını müşayiət edən video. Bu videolarda adətən mahnını oxuyan və ya ifa edən musiqiçilər göstərilir. Musiqi videoları mahnının və musiqiçilərin tanıdılmasında dəstək olmaq üçün hazırlanır. Tez-tez televizorda və internetdə göstərilir. Videolar musiqi şirkətlərinin iştirakı ilə hazırlanır.
Üzr videosu
Üzr videosu — məşhur birinin ictimai tənqid və ya əks reaksiyadan sonra üzr istədiyi video. == İcmal == İnternet məşhurlarının üzr istəməsi və ya tənqid və ya əks reaksiyaya video şəklində cavab verməsi adi haldır. Xüsusilə YouTuberlərdən üzrxahlıq videoları bir janr kimi təsvir edilmişdir və platformada mem olmuşdur. Onların əksəriyyəti izləyicilərin rəğbətini qazanmaq üçün məqsədyönlü şəkildə təşkil edilir. Üzrxahlıq videosunu çəkən şəxslər izləyicilərinə uyğunluq, orijinallıq və ya səmimilik göstərmək üçün makiyaj etməməyi, saçlarını səliqəsizləşdirməyi və ya ağlayırmış kimi davranmağı seçə bilər. Xüsusilə videonun əvvəlində məcburi ah çəkmə də tez-tez olur. Çəkiliş yeri ilə əlaqədar olaraq, çoxları videolarında hər hansı bir zənginlik göstərməkdən qaçmaq və daha orijinal görünüş və hiss yaratmaq üçün zəif və ya təbii işıqlandırmadan istifadə etmək istəyə bilər. Bununla üzrxahlıq videosunu çəkən şəxs zəiflik nümayiş etdirmək və auditoriyası ilə arasındakı güvən səviyyəsini artırmaq istəyir. YouTube-da üzr videolarının uzunluğu bir dəqiqədən bir saata qədər dəyişir və adətən qeyri-müəyyən adlandırılır. Bu videoların miniatürü adətən sözügedən YouTube istifadəçisini minimal və ya heç makiyajsız halda səmimi, gözləri yaşla dolu bir ifadə ilə göstərir.
Google Videos
Google Video — Google şirkəti tərəfindən təqdim olunan, video faylların yerləşdirilməsini və onlar üzrə axtarışı təmin edən veb-xidmət. Xidmətdən istifadə edənlər video fayllara birbaşa baxa və ya .gvi formatında öz kompüterlərinə endirə bilərlər. Həmçinin video-fraqmentlər hər hansı veb-saytın HTML-koduna daxil edilə bilər. == Tarixi == Xidmətin rəqibləri — iFilm, Metacafe, Veoh, blip.tv və Outloud.tv xidmətləridir. 9 oktyabr 2006-cı ildə Google şirkəti keçmiş rəqibi olan YouTube şirkətini 1,65 milyard ABŞ dollarına satın alsa da, bu saytı Google Video xidməti ilə birləşdirməyərək, sadəcə video faylların axtarış sistemlərini bir-birinə inteqrasiya etdi. 2009-cu ildə Google Video-da yeni videoların əlavə olunması dayandırıldı, lakin əvvəl yüklənmiş videoları izləmək mümkün idi. 29 aprel 2011-ci ildə videoları izləmək funksiyasının da dayandırılması nəzərdə tutulsa da, 25 aprel 2011-ci ildə Google şirkəti bu planından əl çəkdiyini bildirdi. Həmçinin şirkət, bütün məzmunun YouTube-a keçiriləcəyini, lakin Google Video keçidlərinin aktiv qalacağını bildirdi.