Kidekşa (rus. Кидекша) — Rusiya Federasiyasının Vladimir vilayətinin Suzdalsky rayonundakı bir kənd (selo), Suzdaldan 4 km (2.5 mil) şərqdə, Kamenka və Nerl çaylarının birləşməsində yerləşir.
Kidekşa | |
---|---|
56°25′27″ şm. e. 40°31′19″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | I minillik |
İlk məlumat | 1152 |
Mərkəzin hündürlüyü | 115 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 49231 |
Poçt indeksi | 601261 |
Vikianbarda əlaqəli mediafayllar |
"Kidekşa" sözü, böyük ehtimal ki, Fin-uqor mənşəli sözdür. Söz sonluğunu təşkil edən "-kşa" ifadəsi (ünsürü) naməlum fin-uqor mənşəli "su", "çay" mənalı söz kimi qəbul olunmuşdur. Bu regionda bir sıra "-kşa", "-ksa" sonluqları ilə qurtaran kiçik çayların mövcud olması ilə təsdiq edilir.[3] Bəzi alimlər "ki" komponentinin mövcudluğunu "daş" mənası verən meryan sözü hesab edir. Beləliklə, Kideşa sözü indiki Kamenka "daşlı çay" sözünü ifadə edə bilər.[4] Bununla yanaşı, soraq kitabçalarında (bələdçi) rus sözləri olan "atmaq", "tullamaq" kimi izah olunan başqa izahlara da rast gəlmək olur. Bu onunla izah edilir ki, Yuri Dolqorukiy qala tikməyi nəzərdə tutduğu bu yeri tullamışdır.[5]. Başqa müəlliflər bunu (bu versiyanı) xalq etimologiyasına aid edirlər.[6]
Kideşka yaşayış məntəqəsi çox qədimdən hələ 1152-ci ildə rus memarı Yuri Dolqorukiy Kidekşa kilsəsini tikməmişdən çox əvvəl mövcud olmuşdu. Rəvayətə görə, müqəddəs şahzadələr Boris və Glebin düşərgəsi bir vaxtlar burada yerləşirdi.
Yuriya Dolgorukovun dövründə Kidekşa ayrıca möhkəmlənmiş bir knyazlıq şəhəri və Vladimir-Suzdal knyazlığının əsl paytaxtı idi. Şahzadə suveren idarəetmə üçün səy göstərdi, ona görə də qalanı nəcib boyarların məskunlaşdığı yerdən ayrıca tikdirdi. Kamenka çayının axdığı yerdə Nerl sahilində yerləşən Kidekş qalası Suzdal çayının yollarına nəzarət edirdi. Bu da knyazlığın strateji əhəmiyyətli bir dayağı idi, çünki Suzdalların ticarəti digər torpaqlar ilə məhz Nerli boyunca həyata keçirilib və sakinlər qıtlıq illəri zamanı Nerl boyunca Volqa Bulqarlarının ərazilərinə taxıl almağa gedirdilər.
1859[7] | 1926[8] |
---|---|
408 | 603 |
1859 | 1905 | 1926[9] | 2002 | 2010 | |
---|---|---|---|---|---|
408 | 531 | 603 | 146 | 137 |