Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
Afinalı Teetet
Afinalı Teetet (yun. Θεαίτητος; E.ə. 417 – E.ə. 368) — Qədim yunan riyaziyyatçısı, Kirenalı Feodor və Platonun şagirdidir; irrasionallıq nəzəriyyəsini qurmuş, dodekaedr, ikosaedr və oktaedri kəşf etmişdir..
La-Valett
La-Valett (fr. La Valette) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38521. Kommunanın 1999-cu il üçün əhalisi 521 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 710 ilə 2203 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.
Red Velvet
Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir. Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir.
VietJet Air
VietJet Air — Vyetnam aviaşirkəti. qərargahında Hanoi var. Şirkəti 2007-ci ildə təsis edilib. Vyetnamda və başqa ölkələrdə bir çox hava limanlarına uçuşlar həyata keçirir. 2011-ci ildə fəaliyyət başlayıb. 2014-cü ildə 63 yeni təyyarə almaq üçün Airbus ilə müqavilə bağlayıb.
Alett Siybrinq
Alett Siybrinq (20 mart 1982) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Alett Siybrinq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Ana Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Letea meşəsi
Letea meşəsi — Rumıniyanın ən qədim təbii qoruğudur. 1938-ci ildə, Ruminiya Nazirlər Şurasının meşənin qoruq elan edilməsi ilə bağlı 645 saylı qərarı ilə quruldu. Meşə Dunay çayının dunay deltasında ayrıldığı qolları olan Sulina və Çiçia arasında yerləşir. Təxminən 2,825 hektar ərazini əhatə edir. Bu meşə, Ümumdünya irsi elan edilmiş Dunay Deltası Qoruğunun ilkin təməli idi. 1992-ci ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində Təbii sərvət olaraq beynəlxalq səviyyədə tanınıb. == Biomüxtəliflik == Periploca graeca növlü tropik bitkinin varlığına görə subtropik cəhətə malikdir. Bu, Dunay Deltasında ən şimal sığınacağını tapan Aralıq dənizi bitkisidir. Bununla yanaşı, lianlar və yabanı üzüm, mayaotu və daşsarmaşığı kimi dırmaşan bitki növləri ağaclara qalxır. Letea meşəsi əsasən ağ qovaq, qaraqovaq, qarağac, yay palıdı, tüklü cökə, ensizyarpaq göyrüş və qızılağac kimi ağaclardan ibarətdir.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Ləcət (Xaçmaz)
Ləcət — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət (dəqiqləşdirmə)
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Veter xətti
Veter xətti, veter cizgisi və ya kord xətti, aerofoilin hücum kənarı və stabilizatorun arxa tərəfindən keçən xəttdir. Hücum kənarı və stabilizatorun arxa tərəfi arasındakı məsafəyə veter uzunluğu deyilir. Aerofoildən asılı olaraq veter xəttinin bir hissəsi qanadda olmaya bilər. Aerodinamik mərkəzin yerləşdiyi nöqtəni özündə cəmləşdirən veterə orta veter deyilir. Orta veter uzunluğu bir çox hesablamada bir komponent olduğundan, təyyarələrin dizaynında və/və ya uçuş mexanikasının təhlilində böyük əhəmiyyət daşıyır.
Vətən (dəqiqləşdirmə)
Vətən — ana yurd. Vətən (opera) — Qara Qarayev və Cövdət Hacıyevin Böyük Vətən müharibəsinə həsr etdikləri opera. Vətən (kinoteatr) — Vətən (qəzet) — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik qəzet.
Vətən (kinoteatr)
"Vətən" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr. Kinoteatr Nizami küçəsi 77-də yerləşirdi.
Vətən (opera)
"Vətən" operası — 1945-ci ildə Azərbaycan bəstəkarlar Qara Qarayev və Cövdət Hacıyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyinə və İkinci Dünya müharibəsinə həsr etdikləri dörd pərdəli opera . Dövlət mükafatına layiq görülüblər. == Tarixçə == Qara Qarayevin və Cövdət Hacıyevin birlikdə bəstələdiyi "Vətən" operası 1945-ci ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Operaya quruluş verən rejissor İsmayıl Hidayətzadə, rəssamı İzzətxan Səidov idi. Dirijor Maestro Niyazi idi. Müəlliflərə bu operaya görə Stalin mükafatı verildi. == Məzmun == Hadisələr alman-faşist işğalçılarının SSRİ torpaqlarından qovulmağa başlandığı dövrdə baş verir. Əsərdə çoxmillətli sovet xalqının apardığı ümumi azadlıq mübarizəsində Azərbaycan xalqının qəhrəman oğullarının yaxından iştirak etməsi təsvir edilir. İkinci Dünya müharibəsində rəşadət göstərən Azərbaycan xalqının qəhrəman oğulları "Vətən" operasında bədii surətlərdə əbədiləşdirilmişdir. Surətlər: Aslan, Mərdan, Dilbər, Baxşı, Aşıq Səlim, alman zabiti və b.
Vətən (qəzet)
Vətən — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik, müstəqil ictimai-siyasi və kulturoloji məzmunlu mühacirət mətbuatı. == Tarixi == Rusiyada Azərbaycan və rus dillərində çıxan həftəlik ictimai-kulturoloji “Vətən” qəzeti 2002-2007-ci illərdə fəliyyət göstərmişdir. Qəzetin təsisçisi və baş redaktoru Namiq Murad (Namik Muradov) olmuşdur. “Vətən” qəzetinin redaksiyası Marı Respublikasının Yoşkar-Ola şəhərində (Ünvan: Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq) yerləşmişdir. Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Kazan, Volqoqrad, Ulyanovsk, Kirov, Çeboksarı və Yoşkar-Ola şəhərlərində yayınlanan qəzet, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, adət və ənənələri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur. Qəzetin tirajı 5000 - 10 000 nüsxə arasında dəyişmişdir. Əvvəlcə həftəlik nəşr olunan qəzet daha sonra aylıq yayına çevrilmişdir. Qəzet Azərbaycanda, Rusiyada və dünyada gedən ictimai-siyasi proseslər barədə xəbərlər dərc etmiş, diaspor həyatını işıqlandırmış, musiqi, idman, mədəniyyət və iqtisadiyyat haqqında məlumatları yaymışdır. Qəzetin redaksiya heyətinin üzvləri Fəxrəddin Məmmədov, İlqar Yusifov, Denis Məhəmmədxanov, rəssamı Valeri Şumkov (Küyçü), Azərbaycan təmsilçilsi Kəmalə Musayeva olmuşdur.
Vətən Hüseynli
Vətən Hüseynli (13 iyul 1992, Bakı) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Vətən Hüseynli 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Vətən Hüseynli 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Vətən Hüseynli olimpiadanın təsnifat mərhələsində Venesuela nümayəndəsi Karlos Gongora ilə üz-üzə gəldi. İyulun 30-da baş tutan həmin görüşdə Vətən Hüseynli rəqibinə 8:10 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.
Vətən Müharibəsi
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
Vətən Partiyası
Vətən Partiyası (Türkiyə)
Vətən Şaşmaz
Vətən Şaşmaz (8 yanvar 1975 və ya 8 yanvar 1974, İstanbul – 27 avqust 2017, İstanbul, Türkiyə) — Türk aktyor və aparıcı. == Həyatı == 8 yanvar 1975-ci ildə İstanbulda doğulub. 27 avqust 2017-ci ildə İstanbulda vəfat edib.
Vətər (anatomiya)
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.