Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir.
Red Velvet | |
---|---|
kor. 레드벨벳 | |
| |
Əsas məlumatlar | |
Üslub | |
Fəaliyyət illəri | 2014 – hal-hazırda |
Ölkə | Cənubi Koreya |
Şəhər | Seul |
Digər adı |
|
Dil | koreya, ingilis |
Leybl | |
Heyət |
|
Keçmiş üzvlər | Yoxdur |
smtown.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir. Onların hit sinqlları "Red Flavor" və "Power Up" "Gaon Rəqəmsal Cədvəl"-də bir nömrəyə çatdı. Həm "Gaon Rəqəmsal Cədvəl"-də, həm də "Billboard Dünya Rəqəmsal Mahnı Satış cədvəl"-də "Happiness", "Ice Cream Cake", "Dumb Dumb", "One of These Nights", "Russian Roulette", "Rookie", "Peek-a-Boo", "Bad Boy", "RBB (Really Bad Boy)", "Zimzalabim", "Umpah Umpah", "Psycho", və "Queendom" mahnılarıda siyahıya daxil olublar. Qrup həmçinin #Cookie Jar (2018) və Sappy (2019) adlı geniş pyesləri ilə yapon musiqi səhnəsinə çıxdı.
Red Velvet çoxsaylı mükafatlara, xüsusən "Golden Disk Yeni Sənətçi Mükafatı"-a, "Ən Yaxşı Qadın Qrupu"-a görə "Mnet Asiya Musiqi Mükafatı"-a, "Ən Yaxşı Pop Mahnısı"-a görə "Koreya Musiqi Mükafatı"-a və "İlin Mahnısı"-a görə "Asiya Sənətçisi Mükafatı"-a layiq görülüb. Onların geniş daxili təsiri "Forbes Korea Power Celebrity" tərəfindən tanınıb. (2018-ci ildə 11-ci və 2019-cu ildə beşinci yer)[2][3] Beynəlxalq miqyasda onlar Time və Billboard tərəfindən ən populyar K-pop qruplarından biri seçilib və 2020-ci ilin fevralına görə Spotify-da dünyada ən çox yayımlanan beşinci K-pop ifaçısı olub.
Red Velvet-in dörd üzvündən üçü əvvəllər SM Entertainment-in S.M Rookies qrupunun bir hissəsi idi. Agentliyə qoşulan ilk şəxs olan Seolci şirkətə 2007-ci ildə auditoriya yolu ilə daxil olub. Şirkətə qoşulan növbəti şəxs Ayren(ing. Irene) 2009-cu ildə qoşuldu. Vendi (ing. Wendy) 2012-ci ildə Kanadada 'SM Global Audition' üçün dinləmələrə qatıldı. Əvvəllər S.M Rookies-in bir hissəsi olmayan Coy, 2012-ci ildə Seulda 'SM Global Audition' üçün dinləmələrdə iştirak etdi. 2014-cü ilin iyul ayında SM Entertainment-in növbəti ay SM Rookies-dən Ayren(ing. Irene), Seolci (ing. Seulgi) və Vendi (ing. Wendy)-nin qrup olaraq debüt edəcəyi ilə bağlı şayiələr yayıldı. Daha sonra onlar Coy-un qrupa qoşulması ilə debüt etdilər. Red Velvet f(x)-in debütündən beş il sonra SM Entertainment tərəfindən yaradılan ilk qız qrupudur.
Red Velvet 27 iyul 2014-cü ildə debüt mahnısı "Happiness" üçün tizer videosunu yayımladı. "Happiness" mahnısının klipi 1 avqust 2014-cü ildə yayımlandı və onlar həmin gün Music Bank musiqi proqramında çıxış etdilər."Happiness" Cənubi Koreyanın musiqi portallarında 4 avqust 2014-cü ildə buraxıldı. "Happiness" musiqi videosundan dərhal sonra yapon mediası şəkillərin Xirosima və Naqasakinin bombalanmasına istinad etdiyini, üstəlik, videoda 11 sentyabr hücumunun faciəsinin göründüyünü bildirdi.SM Entertainment xəbərlərə cavab olaraq, "Rejissoru sorğu-sual etdikdən sonra onun şəkillərin kollajı üçün çox az resurs istifadə etdiyini və bunun arxasında heç bir niyyət olmadığını gördük" -deyə cavab verdi.Nümayəndə, "Əvvəllər bunu görmək mümkün deyildi, SM kimi biz də materialları yığışdıracağıq ki, anlaşılmazlıq olmasın. Gələcəkdə belə şeylərə yol verməyək."-deyə əlavə etdi.
11 mart 2015-ci ildə keçmiş SM Rookies üzvü Yerinin artıq rəsmi olaraq qrupun bir hissəsi olduğu açıqlandı. Martın 15-də qrup "Ice Cream Cake" adlı ilk mini albomunu buraxdı.Qrup iki sinqlı ilə albomu təbliğ etdi. Bu sinqllar "Automatic" və "Ice Cream Cake" oldu. "Albom Hanteo Chart"-da 2015-ci ilin ilk yarısında ən çox satılan qız qrupu albomu oldu.
Qrupun ilk tam albomu "The Red", 9 sentyabr 2015-ci ildə işıq üzü gördü. Albom çox müsbət rəylər aldı və Billboard-un Dünya Albomlarında və Cənubi Koreyanın Gaon albomunda bir nömrəyə yüksəldi. O, həmçinin Billboard-un "2015-ci ilin ən yaxşı 10 K-pop albomu" siyahısına daxil edilmişdir.Aparıcı sinql "Dumb Dumb" "Gaon Rəqəmsal Cəlvəl"-də 2-ci, "Billboard Dünya Rəqəmsal Mahnılar Cədvəli"-də isə 3-cü yeri tutdu, eyni zamanda Dazed tərəfindən "2015-ci ilin ən yaxşı 20 K-pop musiqisi" siyahısında birinci oldu."Dumb Dumb" üçün musiqi videosu Rolling Stone-un "2015-ci ilin 10 Ən Yaxşı Musiqi Videosu"na ingiliscə olmayan yeganə mahnı kimi daxil edilmişdir.Red Velvet daha sonra SM Entertainment-in xüsusi Milad layihəsi olan "Winter Garden"-da iştirak etdi və bu layihədə 18 dekabr 2015-ci ildə "Wish Tree" adlı rəqəmsal sinql buraxaraq, f(x) və BoA-nın da iştirakını gördü.
1 yanvar 2021-ci ildə qrup Vendinin zədələri səbəbindən bir illik fasilədən sonra SM-in YouTube kanalında canlı yayımlanan SMTOWN Live "Mədəniyyət İnsanlığı" onlayn konserti üçün beş üzv olaraq geri döndü. 2021-ci ilin avqustunda eyni adlı aparıcı sinql daxil olmaqla, onların altıncı Koreya EP-si Queendom buraxıldı.
10 dekabr 2021-ci ildə qrup 2 fevral 2022-ci ildə Bloom adlı ilk Yapon studiya albomunun buraxılacağını elan etdi.