Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar.
Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: