Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cordula venusta
Paphiopedilum venustum (lat. Paphiopedilum venustum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimlər == Cypripedium venustum Wall. ex Sims (basionym) Stimegas venustum (Wall. ex Sims) Raf. Cypripedium pardinum Rchb.f. Cypripedium venustum var. measuresianum auct. Paphiopedilum pardinum (Rchb.f.) Pfitzer Paphiopedilum venustum var. pardinum (Rchb.f.) Pfitzer Cordula venusta (Wall.
Coreopsis venusta
Coreopsis venusta (lat. Coreopsis venusta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Drosera venusta
Drosera venusta (lat. Drosera venusta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Grevillea venusta
Grevillea venusta (lat. Grevillea venusta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea venusta (R.Br.) Christenh.
Guioa venusta
Guioa venusta (lat. Guioa venusta) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Hermione venusta
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Jurinea venusta
Jurinea venusta (lat. Jurinea venusta) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Melaleuca venusta
Melaleuca venusta (lat. Melaleuca venusta) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Verticordia venusta
Verticordia venusta (lat. Verticordia venusta) — mərsinkimilər fəsiləsinin vertikordiya cinsinə aid bitki növü.
Hakea venusta
Grevillea venusta (lat. Grevillea venusta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea venusta (R.Br.) Christenh.
Salix onusta
Salix myrtilloides (lat. Salix myrtilloides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Nüşa
Nüşa (rus. Нюша; tam adı: Nüşa Vladimirovna Şuroçkina rus. Ню́ша Влади́мировна Шу́рочкина; doğum adı: Anna Vladimirovna Şuroçkina rus. Анна Владимировна Шурочкина; 15 avqust 1990, Moskva) - rusiyalı gənc musiqiçi, bəstəkar, rəqqas, prodüser. Populyar müğənni. == Biografiya == 15 avqust 1990 tarixində musiqiçi ailəsində dünyaya gəlib. Atası - Vladimir Şuroçkin "Laskoviy May" qrupunun keçmiş solisti və onun prodüseri olub. Anası 2 yaşında atası ilə boşanır. Ögey anası Oksana Şurockinadan isə ögey bacısı Mariya Şiroçkina var. O gənclər arasında üzgüçülük üzrə ikiqat Avropa çempionudur.
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Busat Qurbanov
Busat Əfsər oğlu Qurbanov (10 sentyabr 2000, Aşağı Kürdmahmudlu, Füzuli rayonu – 10 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Busat Qurbanov 10 sentyabr 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Busat hərbi xidmət müddətini bitirdikdən sonra yenidən orduda qalmış, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Busat Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, postların yarılmasında iştirak etmişdir. O, 10 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsində döyüş tapşırığını yerinə yetirəkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Maqsudluyi-Vusta
Maqsudluyi-Vusta və ya Orta Maqsudlu (fars. مقصودلوي وسطي‎) — İranın Ərdəbil ostanının Aslandüz bəxşində qışlaq. == Tarixi == Maqsudluyi-Vusta Şahsevən elinin Korabbaslı oymağının Muğan mahalının Aslandüz bölgəsində yaratdığı qışlaqdır. Qışlağın əhalisi XVIII əsrdə Ərdəbilin Yurtçu yurdundan, Yaycı yerindən gəlib. == Coğrafiyası == Araz çayının sahilində, Parsabad şəhərindən 45 km aralıda yerləşir.
Nişat Mehdiyev
Nişat Əhməd oğlu Mehdiyev (31 yanvar 1963, Ağstafa) — "Qanunun hədəfində" qəzetinin təsisçisi və baş redaktoru (avqust 2008-dən), Azərbaycan Təhsil İşçiləri Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri (2003-dən). Alim-pedaqoq Əhməd Mehdiyevin oğludur. == Həyatı == Nişat Əhməd oğlu Mehdiyev 31 yanvar 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 13 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1980-cı ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1988-cu ildə həmin institutu tarix və ictimaiyyət müəllimi ixtisası alaraq bitirmişdir. 1981-cü ilin may ayından 1983-ci ilin aprelinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1991-ci ilin oktyabrından 1995-ci iln fevralınadək (fasilələrlə) Azərbaycan Milli Ordusu sıralarında erməni hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, müalicələlərini aldıqdan sonra yenidən öz döyüş dostlarının yanına qayıtmış və mübarizəsini davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1980-cı ildən fəhləlikdən başlamışdır. 1996-cı ildən təhsil sistemində - 20, 286 №-li məktəblərdə tarix fənnini tədris etmiş, 2005-ci ildən isə Yasamal Rayon Təhsil Şöbəsində, 2007-ci ildən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metod Mərkəzində metodist vəzifəsində çalışır.
Nişat İsfahani
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761 və ya 1759, İsfahan – 1828 və ya 1829) — İranın xarici işlər vəziri, şair, xəttat. == Həyatı == Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
Nişat Şirvani
== Həyatı == Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən. Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur.
Pusat (mifologiya)
Pusat - Türk və Altay xalq mədəniyyətində və mifologiyasında silah mənasına verir. Günümüzdə "at, arvad, silah" olaraq söylənən atalar sözünün orijinal forması "at, arvad, pusat" şəklindədir və bu atalar sözündə silaha verilən önəm vurğulanır. Başqa bir anlayışa görə də Türk mədəniyyətində kişi bığına, qadının saçına, atın quyruğuna icazəsiz toxunulmaz, bunların zorla kəsilməsi böyük təhqir sayılır və bu təhqir ancaq Pusatla aradan qaldırılır. == Mübarək Pusat == Türk xalq inancında bəzi silahlara ayrı bir əhəmiyyət verilir və bunlar müqəddəs qəbul edilir. Qılınc Qılınc, türklərdə və monqollarda müqəddəs bir obyektdir. Əcdad qılıncı nəsildən-nəslə əmanət edilib evdə saxlanılır. And edilərkən əyilib qılınc öpür. Döyüş ruhunun simvolu sayılır. Skiflərdə qılınc Tanrının rəmzidir. Göydən gələn qılınclar ən güclü silahlar olaraq qəbul edilir.
Ruşat Müdərisov
Ruşat Salih oğlu Müdərisov (tatar. Рушат Салих улы Мөдәрисов, rus. Рушат Салихович Мударисов; 24 fevral 1974) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019). == Həyatı == 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakultəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı.
Tahirov Vüsal
Vüsal Mehdi oğlu Tahirov (1 may 1997, Danyeri, Naxçıvan Muxtar Respublikası – 16 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Tahirov 1997-ci il mayın 1-də Şərur rayonunun Danyeri kəndində anadan olub. 2004-2015-ci illərdə Xırdalan şəhərində 9 nömrəli tam orta məktədə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vüsal Tahirov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri olan Vüsal Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Tahirov noyabrın 16-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
TurkSat-3USat
TurkSat-3USat — Türk nanopeyk kommunikasiyası. == Haqqında == İstanbul Texniki Universitetinin "Kosmik Sistemlər Dizaynı və Sınaq Laboratoriyası ilə Radio Tezlik Elektronika Laboratoriyasında işlənib. Hazırlanmasında Türksat şirkəti və Türk Həvəskar Peyk Texnologiyaları şirkəti iştirak edib. TurkSat-3USat 26 aprel 2013-cü il tarixində saat 04:13:04-də Qobi səhrasında yerləşən Jiuquan Peyk buraxılış mərkəzindən kosmosa göndərilmişdir.
Vusal Hüseynov
Vusal Yəhya oğlu Hüseynov (10 iyun 2001, Velədi, Lənkəran rayonu – 8 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vusal Hüseynov 10 iyun 2001-ci ildə Lənkəran rayonunun Velədi kəndində anadan olmuşdur. 2007–2016-cı illərdə Lənkəran şəhərinin 8 nömrəli orta məktəbində oxumuşdur. 2016–2018-ci illərdə Lənkəran Texniki Kollecini sürücü-mexanik ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == Vusal Hüseynov 2019-cu ilin oktyabr ayından Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Vusal Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vusal Hüseynov 8 noyabr 2020-ci ildə Zəngilan rayonunda yerləşən 811.0 yüksəkliyi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və əks-hücumun dəf edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Vüsət Əfəndiyev
Vüsət Əmir oğlu Əfəndiyev (3 iyun 1953, Tovuz rayonu – 11 yanvar 2019, Bakı) — Bakı Dövlət Universitetinin Qazax filialının direktoru (2016–2019), əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor. == Həyatı == Vüsət Əmir oğlu Əfəndiyev 1953-cü ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. 1970-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülən V. Ə. Əfəndiyev 1977-ci ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir. V. Ə. Əfəndiyev 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. 2009-cu ildə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Təhsil Nazirliyinin qərarı ilə 1995-ci ildə müəllifi olduğu "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri (Bakı: "Nicat" nəşriyatı 1995) əsəri akademik Həsən Əliyev adına mükafata layiq görülmüşdür. V. Ə. Əfəndiyev Respublikada elm və təhsilin inkişafında fəaliyyətinə görə dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. == Elmi fəaliyyəti == 1977–1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Vüsət Əliyev
Vüsət Həsən oğlu Əliyev (28 may 1971; Nərimanlı, Basarkeçər, Göyçə mahalı — 27 iyul 1993; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsət Əliyev Göyçə mahalının Basarkeçər rayonun Nərimanlı kəndində anadan olmuşdur. Erməni işğalçıları tərəfindən dədə-baba torpaqlarından didərgin düşən Vüsət Əliyev daha sonra Gəncə şəhərində yerləşir. == Hərbi xidməti == Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhə bölgəsinə yollanır. 1991-ci ildən 1993-cü ilə qədər döyüşlərdə iştirak etmişdir. Ağdərə rayonunun geri alınması uğrunda gedən əks hücum zamanı ağır döyüşlərdə iştirak edir, başından qəlpə yarası alır. Yaralı olduğu halda döyüş yoldaşlarını mühasirədən çıxarmışdır. Bakı şəhərindəki hərbi hosbitala gətirilən Vüsət Əliyev 26 iyul 1993-cü il tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.