Vüsət Əmir oğlu Əfəndiyev (3 iyun 1953, Tovuz rayonu – 11 yanvar 2019, Bakı) — Bakı Dövlət Universitetinin Qazax filialının direktoru (2016–2019), əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor.
Vüsət Əfəndiyev | |
---|---|
Vüsət Əfəndiyev Əmir oğlu | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 11 yanvar 2019 (65 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Əmir Əfəndiyev |
Elmi dərəcəsi | |
İş yeri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vüsət Əmir oğlu Əfəndiyev 1953-cü ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. 1970-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülən V. Ə. Əfəndiyev 1977-ci ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir. V. Ə. Əfəndiyev 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. 2009-cu ildə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Təhsil Nazirliyinin qərarı ilə 1995-ci ildə müəllifi olduğu "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri (Bakı: "Nicat" nəşriyatı 1995) əsəri akademik Həsən Əliyev adına mükafata layiq görülmüşdür. V. Ə. Əfəndiyev Respublikada elm və təhsilin inkişafında fəaliyyətinə görə dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.[1]
1977–1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışmışdır. Tədqiqat işi ilə əlaqədar olaraq V. Ə. Əfəndiyev 1978–1979-cu illərdə keçmiş SSRİ EA Coğrafiya İnstitutuna tədqiqatçı kimi elmi ezamiyyətə göndərilmişdir. 1979–1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin "SSRİ-nin iqtisadi coğrafiya" kafedrasında asissent, baş müəllim, dosent, vəzifələrində işləmişdir. V. Ə. Əfəndiyev "Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili" mövzusunda namizədlik, 2004-cü ildə isə "Sosial-iqtisadi və siyasi coğrafiya" ixtisası üzrə "Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri" mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. O, 2007-ci ildən professordur. Prof. V. Ə. Əfəndiyev 1987–1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991–1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999–2004-cü illərdə BDU-nun qiyabivə axşam təhsili üzrə prorektor, 2004–2011-ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. Prof. V. Ə. Əfəndiyev 2007-ci ildə yeni yaradılan "Azərbaycan coğrafiyası" kafedrasının müdiri seçilmişdir..[2]
Prof. V. Ə. Əfəndiyev 160-dan çox elmi əsərlərin, o cümlədən 7 monoqrafiyanın və kitabların, 11 dərslik və dərs vəsaitinin, 4 xəritənin, 3 metodik göstərişin və 15 proqramın müəllifidir.