Nişat Əhməd oğlu Mehdiyev (31 yanvar 1963, Ağstafa) — "Qanunun hədəfində" qəzetinin təsisçisi və baş redaktoru (avqust 2008-dən), Azərbaycan Təhsil İşçiləri Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri (2003-dən).
Nişat Mehdiyev | |
---|---|
Nişat Əhməd oğlu Mehdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Ağstafa |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Mehdiyev Əhməd Məmməd oğlu |
Anası | Hadıyeva Xanım Müzəffər qızı |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tarixçı, hüquqşünas və jurnalıst |
Təhsili | ali |
Nişat Əhməd oğlu Mehdiyev 31 yanvar 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur.
1970-ci ildə Bakı şəhəri 13 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1980-cı ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1988-cu ildə həmin institutu tarix və ictimaiyyət müəllimi ixtisası alaraq bitirmişdir.
1981-cü ilin may ayından 1983-ci ilin aprelinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1991-ci ilin oktyabrından 1995-ci iln fevralınadək (fasilələrlə) Azərbaycan Milli Ordusu sıralarında erməni hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, müalicələlərini aldıqdan sonra yenidən öz döyüş dostlarının yanına qayıtmış və mübarizəsini davam etdirmişdir.
Əmək fəaliyyətinə 1980-cı ildən fəhləlikdən başlamışdır.
1996-cı ildən təhsil sistemində - 20, 286 №-li məktəblərdə tarix fənnini tədris etmiş, 2005-ci ildən isə Yasamal Rayon Təhsil Şöbəsində, 2007-ci ildən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metod Mərkəzində metodist vəzifəsində çalışır.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitunun dissertantı olmuşdur. "Xınalıq" haqqında tarixi-etnoqrafiq elmi məqalələrin müəllifi olmuşdur. Bir çox qəzet və jurnallarda 200-ə yaxın məqalələri vardır.