Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dodo
Dodo (lat. Raphus cucullatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin raphus cinsinə aid heyvan növü.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Şodo
Şodo (fr. chaudeau, chaudau, от fr. chaud eau — тёплая вода) Fransız desertidir. == Haqqında == Su vannasında yumurta sarılarından və yumurtanın ağının ağının şəkər tozu ilə şərabda çalınmasından hazırlanır.Fransız və İtaliyan toylarında daima təqdim olunur. Fransız gəlinləri öz bəyləri üçün bu şirniyyatı hazırlayırdılar. Onu bəzən qırmızı və çəhrayı şərabdan hazırlayırdılar.
Bodo dili
Bodo (Devnaqari:बोडो) Çin-tibet dillərinin Barik dilləri bölümünün Bariş dilləri bölməsinə aid olan bir dildir və Hindistanın şimali-şərqində və Nepalda Bodolar tərəfindən danışılır.Hindistanın Assam əyalətinin dillərindən biri və Hindistanda xüsusi bir konstitusiya statusu verilən 22 planlanan dillərindən biridir.
Darren Modo
Darren Modo (21 may 1998-ci ildə anadan olub) — GFA Premyer Diviziya təmsilçələrindən olan Paradays klubunda hücumçu kimi çıxış edən peşəkar Qrenada futbolçusudur. == Milli karyerası == Modo Qrenada milli futbol komandasında debütünü 29 aprel 2017-ci ildə Trinidad və Tobaqo millisinə qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Camal Çarlesi əvəz etmişdir. == Atletika karyerası == Yaxşı futbol oynamağı bacaran Modo həmçinin atletika ilə məşğul olur. Modo şüvüllə tullanmada Qrenadanı 2016 KARİFTA Oyunlarında təmsil etmişdir.
Dodo (dəqiqləşdirmə)
Dodo — göyərçinlər fəsiləsinin raphus cinsinə aid quş növü. "Dodo" — Azərbaycanda talış dilində nəşr olunan qəzet. Dodo — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biri.
Dodo (personaj)
Dodo — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biri. Dodo quş növüdür. Əsərin 2-ci və 3-cü hissələrində peyda olur.
Dodo (qəzet)
"Dodo" — Azərbaycanda talış dilində nəşr olunan qəzet. Qəzetdə Azərbaycan dilində də məqalələr dərc olunur. Baş redaktoru müstəqil araşdırmaçı və tədqiqatçı İradə Məlikovadır. == Tarixi == 2017-ci ildən nəşr olunur. Qəzet 25 may 2017-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 8 səhifədən ibarət olan qəzet 1000 tirajla nəşr olunur. 2017-ci ildə 6 nömrəsi çap edilmişdir. Qəzetin dodoqezeti.az adlı saytı fəaliyyət göstərir. == Redaksiya heyəti == Əbülfəz Rəcəbli; İmamaverdi Həmidov; Anar İsgəndərəov; Nəsrulla Məmmədov; Mirağa Cəfərquliyev; Əli İbrahimov; Məsud Məmmədov; Rasim Heydərov; Yadulla Ağayev; Allahverdi Bayrami; Bahadur Tahirov; Mehman Ağayev; Mehman Fərzəliyev.
Mineralnıye Vodı
Mineralnıye Vodı — Rusiyanın cənubunda, Stavropol diyarında şəhər. Mineralovodski rayonunun (şəhər rayonu) inzibati mərkəzi. Rayon əhəmiyyətli şəhərdir. Qafqaz Mineralnıye Vodı ekoloji kurort bölgəsinin bir hissəsidir. Qısa olaraq Minvodı da adlanır. == Coğrafiyası == Şəhər Kuma çayının vadisində, Stavropoldan 172 km cənub-şərqdə yerləşir. Şəhərdə Qafqaz Mineralnıye Vodı bölgəsini Rusiyanın digər regionları ilə birləşdirən hava limanı, Şimali Qafqaz dəmir yolunun Armavir-Proxladnaya xəttində Kislovodska qolu olan qovşaq stansiyası, M-29 Qafqaz federal magistralı yerləşir. Buradan Jeleznovodsk, Pyatiqorsk, Essentuki, Kislovodsk kurort şəhərlərinə, eləcə də Lermontov şəhərinə getmək olar. Şəhər əksər ərazisi Beştauqor meşəsinin ərazisi olan Zmeyka dağının ətəyində yerləşir və şəhərin bir hissəsindən köhnə yolların cığırları ilə bağlanan qayaların və karyerlərin möhtəşəm mənzərəsi var. Keçən əsrin ortalarında burada daş karxanaları fəal şəkildə inkişaf etdirilirdi, həmçinin daş emalı zavodu fəaliyyət göstərirdi.
Nikolas Bodo
Nikolas Bodo (fr. Nicolas Baudeau; 24 aprel 1730, Ambuaz[d] – 1792[…], Paris) - Fransanın Ambuaz şəhərində doğulmuş, katolik keşiş, teoloq və iqtisadçı. == Həyatı == Bodo Şanselad monastırında keşiş oldu və burada teologiyanı tədris etdi. O, 1765-ci ildə Fransada ilk dəfə iqtisadiyyatla bağlı dövri nəşr olan Éphémérides du citoyen-i təsis etdi və ilk başda fiziokratlara müxalif oldu. Ancaq, Bodo 1766-cı ildə nüfuzlu fiziokrata çevrildi. Fransız sözü "économiste" ilk dəfə yazılı şəkildə Bodonun kitabında əks olunmuşdu. Təşəbbüskarlıq konsepsiyasının ilk istifadəsi də Bodoya ithaf edilə bilər. Bodonun nüfuzlu əsərlərindən biri olan Idées d'un citoyen sur l'administration des finances du Roi 1764-cü ildə Kleman Çarlz Fransua di Liverdi tərəfindən qurulan, məqsədi avara və dilənçilərlə bağlı yeni qanunların hazırlanması və sədəqələrin mərkəzi bölüşdürülməsi olan komisiyanın tənqidi idi. Bodoya görə, kasıblara verilən sədəqələrə hökumətin müdaxiləsi yoxsulluğu aradan qaldırmaq üçün olan qanunların həyata keçirilməsindən daha vacib bir hədəf idi. Bodo 1768-ci ildə fiziokratik ideyaları Polşaya gətirməsi üçün Vilnus yepiskopu İqnasi Yaqub Massalski tərəfindən işə götürüldü.
Vado Korovin
Vado Arnoldoviç Korovin — 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Vado “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2023-cü ildən Space TV-nin direktorudur.
Yoşimasu Todo
Yoşimasu Todo (吉益東洞, 3 mart 1702, Hiroşima – 9 noyabr 1773) – klassik məktəbin nümayəndəsi olan Yaponiya həkimi. Çin tibbinin yaponlaşdırılması üçün töhfələr vermişdir. Əsl adı Tamenori olsa da, Yoşimasu Şusuke adı ilə də tanınmışdır. Müasir Hiroşima prefekturasının ərazisini əhatə edən Aki vilayətində doğulmuşdur. Tibb təhsilini Kioto şəhərində almış və Yamavaki Toyonun köməyi ilə öz klinikasını açmışdır. O, qoseyho məktəbinin yin-yan və bədənin beş elementi nəzəriyyələrini rədd edərək, tibbi müalicənin simptomlar əsasında aparılmalı olduğunu müdafiə etmişdir. "Şan han lun" və "Jingui yaolüe" kimi klassik Çin əsərlərindəki müalicələrin effektivliyini təcrübi olaraq təsdiqləmiş və bu metodları 1764-cü ildə "Ruijuho" adlı kitabında nəşr etdirmişdir. Yoşimasu deyirdi ki, bütün xəstəliklərin mənbəyi bir "zəhər"dir və "korlaşdırma" xüsusiyyətinə malik güclü dərmanlardan istifadə edərək aqressiv müalicə ilə bütün xəstəliklərə qalib gəlmək olar. 1759-cu ildə yazdığı "İdan" əsərində qeyd etmişdir ki, həkimlər xəstəlikləri sağaltsalar da, ölüm qərarı Cənnət tərəfindən verilir. Onun bu sitatı dövrün həkimləri arasında böyük mübahisə yaratmışdır.
Mineralnıye-Vodı
Mineralnıye Vodı — Rusiyanın cənubunda, Stavropol diyarında şəhər. Mineralovodski rayonunun (şəhər rayonu) inzibati mərkəzi. Rayon əhəmiyyətli şəhərdir. Qafqaz Mineralnıye Vodı ekoloji kurort bölgəsinin bir hissəsidir. Qısa olaraq Minvodı da adlanır. == Coğrafiyası == Şəhər Kuma çayının vadisində, Stavropoldan 172 km cənub-şərqdə yerləşir. Şəhərdə Qafqaz Mineralnıye Vodı bölgəsini Rusiyanın digər regionları ilə birləşdirən hava limanı, Şimali Qafqaz dəmir yolunun Armavir-Proxladnaya xəttində Kislovodska qolu olan qovşaq stansiyası, M-29 Qafqaz federal magistralı yerləşir. Buradan Jeleznovodsk, Pyatiqorsk, Essentuki, Kislovodsk kurort şəhərlərinə, eləcə də Lermontov şəhərinə getmək olar. Şəhər əksər ərazisi Beştauqor meşəsinin ərazisi olan Zmeyka dağının ətəyində yerləşir və şəhərin bir hissəsindən köhnə yolların cığırları ilə bağlanan qayaların və karyerlərin möhtəşəm mənzərəsi var. Keçən əsrin ortalarında burada daş karxanaları fəal şəkildə inkişaf etdirilirdi, həmçinin daş emalı zavodu fəaliyyət göstərirdi.
Neqru Vode
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.
Dodo mağara kilsəsi
Dodo mağara kilsəsi (gürc. დოდოს რქა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. == Tarixi == Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Onun tarixi aid olduğu monastırın ümumi tarixi ilə birbaşa əlaqəlidir. XII-XV əsrlərdə tikili monastır və monastır kilsəsi kimi fəaliyyət göstərmişdir. XIII-XVIII əsrlərdə kompleks monqollar, Teymurilər, Səlcuqlular və Səfəvilərin hücumlarına məruz qalmış, dəfələrlə yağmalanmış və tərk edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kilsə müxtəlif dövrlərə (VI-XVIII əsrlərə) aid mağaralar kompleksindən ibarətdir. Kilsənin əsas zalı XI-XIII əsrlərə aid edilir. Qayanın küncündə yerləşən kiçik sövmə kilsənin ən mühüm və qədim hissəsi olmaqla ziyarətgah kimi istifadə olunur.
Il Volo (trio)
Il Volo — iki tenor Pyero Barone və İnyatsio Bosketto və bariton Canluka Cinobledən ibarət İtalyan operatik pop triosu. Onlar özlərinin ifa etdikləri musiqi janrını "popera" olaraq tərif edirlər. Trio 2015-ci ildə İtaliyanın məşhur Sanremo musiqi festivalında qalib gəlmiş və İtaliyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Onlar müsabiqədə ilk üçlükdə yer almışdırlar. Onlar yeddi studiya albomu buraxdılar. Ən son albom "Il Volo Sings Morricone" adlı Ennio Morricone-ə həsr olunmuş xatirə albomudur. == Yaranma tarixçəsi == === Başlanğıc (Ti lascio una canzone) (2009–2010) === 2009-cu ildə Pyero Barone, İnyatsio Bosketto və Canluka Cinoble Sanremoda keçirilən İtaliyanın "Ti lascio una canzone" adlı musiqi yarışmasında iştirak edən yeniyətmələr sırasında idilər. Yarışmanın ilkin mərhələlərində onlar solo ifaçılar olaraq çıxış edirdilər. Canluka Cinoble yarışmanın ilk mərhələsində Andrea Boçellinin "Il mare calmo della sera" mahnısını ifa edərək qalib gəlmişdir. Yarışmanın direktoru Roberto Kençi onları bir araya gətirib, Üç tenora (Plaçido Dominqo, Xose Karreras və Luçano Pavarotti) bənzər yeni bir trio yaratmağı düşünürdü.
Kim Voo-Jin
Kim U Cin (d. 20 iyun 1992) — Cənubi Koreyalı oxatan. Kim Voo-Jin dörd dəfə Dünya Çempionatında, iki dəfə isə Asiya Oyunlarında qızıl medal qazanıb. Kim Voo-Jin həmçinin 2016-cı ildə Braziliyada XXXI Yay Olimpiya Oyunlarında həm qızıl medal qazandı, həm də Dünya və Olimpiya rekordunu yenilədi. == Karyerası == Kim Voo-Jin karyerasında birinci ciddi uğurunu 2010-cu ildə qazandı. O, Çin Xalq Respublikasında baş tutan Asiya Oyunlarında fərdi və komanda yarışlarında qızıl medal qazandı. Kim Voo-Jin növbəti uğurunu bir il sonra, 2011-ci ildə qazandı. O, İtaliyanın Turin şəhərində Dünya Çempionatının qızıl medallarını qazandı (fərdi və komanda hesabında). Həmin medaldan sonea Kim Voo-Jin növbəti ciddi uğurunu dörd il gözləməli oldu. O, 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində yenə fərdi və komanda hesabında Dünya çempionu oldu.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Jan Moris Emil Bodo
Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Müntəzəm cərəyan kodlarının ardıcıl verilməsi vasitəsilə çoxdəfəli teleqraflamanı ilk dəfə əməli surətdə həyata keçirmiş, 1874-cü ildə ikidəfəli, 1876-cı ildə isə beşdəfəli ardıcıl teleqraflama aparatına görə patent almışdır. Bodonun ilk aparatları Paris-Bordo xəttində işə salınmışdır (1877). Teleqraflamada sürət vahidi–bod onun şərəfinə adlandırılmışdır (1927).
Bodi
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Böde
Böde (mac. Böde) — Macarıstanın Zala medyesində yerləşən kənd. == Coğrafiyası == Kənd Zala əyalətində, Zalaeqerseq şəhərinin cənubunda yerləşir.
Cüdo
Cüdo (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. == Yaranması == Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.
Dodj
Dodge — avtomobil və yük maşını markası. Horake Doc və Con Doc qardaşlar tərəfindən qurulan şirkət ilk qurulduğunda Ford Model T üçün hissələr istehal edirdi. Avtomobil istehsalına başladıqdan sonra 1914-ci ildən 1927-ci ilə qədər Dodge Brothers Motor Vehicle Company adını istifadə etmişdir. 1928-də Chrysler MMM. tərəfindən satın alınmışdır. Şirkət 1970-ci illərdə ailə avtomobilləri, 1980-ci illərdə isə kiçik həcmli və ön çəkişli avtomobil istehsalına başlamışdır. Chrysler ilə birlikdə 2002-də Daimler-Chrysler Avtomobil Qrupuna qatılmışdır. Ancaq 2007-ci ildə Daimler-Chrysler Qrupunun dağılması nəticəsində bağlı olduğu əsas firma Chrysler Qrupunu Cerberus adlı investisiya firması tərəfindən satın alındı. == Tarix == === Quruluş və ilk illər === Horace və Con Dodc 1900-cü ildə Detroitdə Dodge Brothers şirkətini qurdular və tez bir zamanda şəhərdə artan avtomobil firmaları üçün dəqiq mühərrik və şassi komponentlərinin istehsalı ilə bağlı iş tapdılar. Onların arasında əsas qurulmuş Olds Motor Vehicle Company və yeni Ford Motor Company idi. Henry Ford, bütün şassidən ibarət orijinal Model A (1903-04) üçün geniş çeşidli komponentlər təmin etmək üçün Dodge qardaşlarını seçdi: Ford avtomobilləri bitirmək üçün yalnız kuzov və təkərlər əlavə etməli idi.
Dodl
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. == Tarix == Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. === Azərbaycana aid Doodle === 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibətilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Foto
Bir fotoşəkil (Cənubi azərbaycanda əks, ing.Photograph), işığa həssas bir səthə, ümumiyyətlə fotoşəkil filminə və ya bir CCD və ya CMOS çipi kimi elektron görüntü sensoru üzərinə düşən bir görüntüdür. == Tarix == Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.