Boro (ing. borough /ˈbʌrə/[1] , /ˈbɜroʊ, ˈbʌroʊ/[2] — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri.
Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.