Nikolas Bodo

Nikolas Bodo (fr. Nicolas Baudeau; 24 aprel 1730, Ambuaz[d][3]1792[1][2][…], Paris[3]) - Fransanın Ambuaz şəhərində doğulmuş, katolik keşiş, teoloqiqtisadçı.

Nikolas Bodo
fr. Nicolas Baudeau
Doğum tarixi 24 aprel 1730(1730-04-24)
Doğum yeri
Vəfat tarixi 1792[1][2][…]
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bodo Şanselad monastırında keşiş oldu və burada teologiyanı tədris etdi.[4]

O, 1765-ci ildə Fransada ilk dəfə iqtisadiyyatla bağlı dövri nəşr olan Éphémérides du citoyen-i təsis etdi və ilk başda fiziokratlara müxalif oldu.[5] Ancaq, Bodo 1766-cı ildə nüfuzlu fiziokrata çevrildi.[6]

Fransız sözü "économiste" ilk dəfə yazılı şəkildə Bodonun kitabında əks olunmuşdu.[7] Təşəbbüskarlıq konsepsiyasının ilk istifadəsi də Bodoya ithaf edilə bilər.[8]

Bodonun nüfuzlu əsərlərindən biri olan Idées d'un citoyen sur l'administration des finances du Roi 1764-cü ildə Kleman Çarlz Fransua di Liverdi tərəfindən qurulan, məqsədi avara və dilənçilərlə bağlı yeni qanunların hazırlanması və sədəqələrin mərkəzi bölüşdürülməsi olan komisiyanın tənqidi idi. Bodoya görə, kasıblara verilən sədəqələrə hökumətin müdaxiləsi yoxsulluğu aradan qaldırmaq üçün olan qanunların həyata keçirilməsindən daha vacib bir hədəf idi.[9]

Bodo 1768-ci ildə fiziokratik ideyaları Polşaya gətirməsi üçün Vilnus yepiskopu İqnasi Yaqub Massalski tərəfindən işə götürüldü. Onun buradakı işinin əsas istiqaməti Polşa taxılının Fransaya ixrac edilməsinə şərait yaratmaq idi.[10]

Bodo 1792-ci ildə Parisdə vəfat etdi.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 M. l'abbé Baudeau // Faceted Application of Subject Terminology.
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #123893798 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4.  Herbermann, Charles, redaktorNicolas Baudeau // Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913.
  5. H. W. De Jong; William G. Shepherd. Pioneers of Industrial Organization: How the Economics of Competition and Monopoly Took Shape. Edward Elgar Publishing. 2007. səh. 20. ISBN 978-1-84376-434-2. İstifadə tarixi: 21 July 2012.
  6. Ronald L. Meek. Studies in the labour theory of value. Lawrence & Wishart. 1956. İstifadə tarixi: 21 July 2012.
  7. Phillip Anthony O'Hara. Encyclopedia of Political Economy. Psychology Press. 1999. səh. 846. ISBN 978-0-415-18718-3. İstifadə tarixi: 21 July 2012.
  8. Audretsch; və b. "The Economics of Science and Technology". The Journal of Technology Transfer. 27 (2). 2002: 157. doi:10.1023/A:1014382532639.
  9. Thomas McStay Adams. Bureaucrats and Beggars: French Social Policy in the Age of the Enlightenment. Oxford University Press. 1990. səh. 47. ISBN 978-0-19-505168-1. İstifadə tarixi: 21 July 2012.
  10. Larry Wolff. Inventing Eastern Europe: The Map of Civilization on the Mind of the Enlightenment. Stanford University Press. 1 June 1996. səh. 267. ISBN 978-0-8047-2702-0. İstifadə tarixi: 21 July 2012.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]