Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrane-nou
"İrane-nou" (fars. ایران نو‎ — Yeni İran) — Qacar İranında dərc olunmuş gündəlik qəzet. == Tarixi == 1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır: 1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi.
İranə Qasımova
İranə Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru. == Həyatı == İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. === Vəfatı === 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır. == Fəaliyyəti == === Quruluş verdiyi tamaşalar === Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib.
Vane (ada)
Vane (fr. Île Vanier) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları ürupuna daxildir. Adada yaşayış yoxdur (2012). == Etimalogiyası == Ada Kanadanın general qubernatoru Jorj Vanenin şərəfinə (1959-1967) adlandırılıb. == Coğrafiyası == Sahəsi 1126 km², sahil xətdinin uzunluğu 169 km təşkil edir. Ada dairəri quruluşa malikdir. Uzunluğu (şərqdən qərbə) 53 km, maksimal eni (şimaldan cənuba) 28 kilometrdir. Hündürlüyü 200 m çatır. Vane adası — Aleksandr (ada), Messi (ada), Vane, Kameron adaları arasında ən irisidir.
Morten Trane Brünnix
Morten Trane Brünnix (dan. Morten Thrane Brünnich30 sentyabr 1737, Kopenhagen – 19 sentyabr 1827, Kopenhagen) — Danimarka zooloqu və mineraloqu. == İşləri == Prodromus insectologiæ Siælandicæ. Kopenhagen 1761. Die natürliche Historie des Eider-Vogels. Kopenhagen 1763. Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763. Tillæg til Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763.
Vane Xorn-Miller
Vane Xorn-Miller (d. 30 noyabr 1975) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Vane Xorn-Miller, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Aranq
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Berane
Berane (mont. Беране/Berane) — Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Branq
Branq (fr. Brangues) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38055. Kommunanın 1999-cu il üçün əhalisi 469 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 225 ilə 315 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Drake
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Frank
Akihiro — ad. Bu adı olan tanınmışlar Frank Qorşin — Frank Şvalba-Hot — siyasətçi. Digər Frank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Frans
Frans — ad. Frans (müğənni) — İsveç müğənnisi və bəstəkarı.
Qranj
Qranj (bəzən Seattle sound olaraq da adlandırılar) — 1980-ci illərin ortalarında alternativ rokun bir alt növü olaraq ABŞın Vaşinqton ştatının Sietl şəhərində yaranan musiqi janrı, mədəniyyət və həyat tərzi. Hardkir pank, həvi metal və indi-rokdan təsirlənmişdir. Qranj ümumiyyətlə distorizə edilmiş heavy metalvarı gitara riff'ləriylə qaynaşdırılar. Tərzi ümumiyyətlə aqressiv, depresif, içə dönük, nihilist və vecsizdir. Lüğət mənası "çirkli, dağınıq, qatqısız pox" olan grungenin ad atası isə Mudhoney solisti Mark Armdir. 1980-ci illərin sonu 1990-cı illərin başında məşhur olan bu musiqi axını, 1991 və 1994-cü illər arasında ən yüksək məşhurluğa çatmışdır. Grunge geyim tərzi cırıq yamaqlı cinslər, odunçu köynəkləri və sallanan qollu jiletlər olaraq göstərilir. Düz və uyğun geyimin əksinə pis və dağınıq geyim seçim edilir. Odunçu köynəyi grunge geyiminin təməl daşıdır belə deyiləbilər. Musiqi tərzi olaraq grunge punk'dan daha ağır heavy metaldan daha melodiktir.
Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
Qrene
Qrene (fr. Grenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38184. Kommunanın 2012-ci il üçün əhalisi 1530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 22 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
İradə
İradə — subyektin fəaliyyət və davranışının tənzimlənməsini həyata keçirən fenomen. İradə əsasən məqsədlərin yaradılması (formalaşdırılması) və onlara nail olmaq üçün daxili səylərin cəmlənməsinə cavabdehdir. İradə nə fiziki, nə emosional, nə də həmişə şüurlu insan fəaliyyəti deyil; lakin seçilmiş fəaliyyətin məqsədinin dəyər xüsusiyyətlərini göstərən fəaliyyətdir. Könüllü hərəkətlər edən insan impulsiv istəklərə müqavimət göstərir. İradi davranış iki əsas komponentə bölünür — qərar qəbul edilməsi və onun sonrakı həyata keçirilməsi. Lakin hərəkətin məqsədilə qərar qəbul etmək ehtiyacı arasında uyğunsuzluq varsa, bu vəziyyət çox vaxt seçim aktı ilə müşayiət olunur və ya psixoloji ədəbiyyatda adət olduğu kimi, bu vəziyyəti motivlərin mübarizəsi adlandırmaq olar. Şəxs tərəfindən seçilmiş qərar sonradan müxtəlif psixoloji şəraitdə həyata keçirilir. Belə şərtlərin spektri qərar qəbul etmək üçün kifayət olan anlardan başlaya bilər və bu seçimdən sonra sonrakı hərəkət sanki öz-özünə baş verir. Bu psixoloji model üçün boğulan uşaq nümunəsini göstərə bilərik, onu xilas etmək üçün yalnız cəsarət toplamaq lazımdır və yalnız bundan sonra vəziyyət "avtomatik" rejimə keçir. Könüllü davranış və seçimin həyata keçirilməsinə bəzi güclü ehtiyacın qarşı çıxdığı şərtlər də var.
99 Frank
99 frank (fr. 99 francs) — fransız yazıçısı Frederik Beqbederin 2000-ci ildə dərc edilmiş romanı. Romanın adı onun Fransadakı satış qiyməti ilə üst-üstə düşür. Roman dərc edildiyi ildə Fransada satışların liderinə çevrilmişdi. == Romanın mahiyyəti və süjeti == "99 frank" romanı reklam və marketinq bazarını tənqid edən satiradır. Romanın ideyası V.Pelevinin "Generation P" romanının ideyasına bənzəyir, lakin bu romanda satira daha kəskindir. Romanın baş qəhrəmanı reklam agentliyində kopirayter işləyən Oktav eyni işdə işləmiş Beqbederin alter-eqosudur. Oktavın işi reklam kampaniyaları üçün ideyalar və sloqanlar ("titrlər") fikirləşməkdir. Romanın mərkəzi süjeti Oktavın "Manon" süd şirkəti üçün reklam hazırlaması ətrafında cərəyan edir. Reklamın hazırlanması prosesini müvafiq terminologiya ilə detallarınadək təsvir edən yazıçı Oktavın dilindən "istehlak cəmiyyəti"ni, hər şeyin, hətta hisslərin də alınıb satıldığı cəmiyyəti və reklamın müasir dünyadakı hökmran rolunu tənqid edir.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəzdində xidmət göstərən Fransanın milli aviaşirkəti.
Akane Sayto
Akane Sayto (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Anna Frank
Anna Frank kimi tanınan Annelies Marie Frank (12 iyun 1929[…] – fevral 1945[…], Bergen-Belzen konsentrasiya düşərgəsi, Üçüncü Reyx) yəhudi əsilli bir alman olaraq İkinci dünya müharibəsi illərindəki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb. Müəllifi olduğu "Gənc qızın gündəliyi" avtobioqrafiyası Holokost soyqırımı mövzusunda yazılmış ən dəyərli əsərlərdəndir. == Həyatı == Anna Frank 1929-cu il 29 iyunda Frankfurt-Maynda anadan olmuşdu. Anna Frankın özündən 3 yaş yarım böyük olan Marqot adlı bacısı var idi. Hitlerin hakimiyyəti ilə Antisemitizmin yüksəlməsi Annanın ailəsini Almaniyadan köçməyə vadar etdi. Niderlanda köçən ailə burada yaşamağa başlasa da, savaşın buralara da yayılması riskinin güclənməsi ilə ailə yeni sığınacaq axtarmağa başlayır. İngiltərə və Amerikaya miqrant kimi müraciət edən ailə hər ikisindən də rədd cavabı alır.. 10 may 1940-cı ildə Niderland almanlar tərəfindən işğal olunur, tezliklə burada da yəhudilər əleyhinə kampaniyalar başlayır. Annanın atası Otto öz işini itirir, ikinci dəfə Amerikaya miqrasiya üçün müraciət etsə də, yenə rədd edilir. Bundan sonra Otto və həyat yoldaşı gizlənmək qərarına gəlirlər.
Arank (En)
Arank (fr. Aranc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 302 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Arank dəniz səviyyəsindən 775 metr yüksəklikdə, Amberyo-en-Byuje şəhərindən 13 km şimal-şərqdə, Yura dağlarında yerləşir. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Arank (En) ilə əlaqəli mediafayllar var. "Arank" (fransız). Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu.
Brüne (kommuna)
Brüne (fr. Brunet, oks. Brunet) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04035. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 258 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 164 nəfər (15-64 yaş arasında) 118 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 72.0%, 1999-cu ildə bu 69.2%). Fəal olan 118 nəfərdən 95 nəfər (61 kişi və 34 qadın), 23 nəfər işsiz (9 kişi və 14 qadın) idi.