Anna Frank

Anna Frank kimi tanınan Annelies Marie Frank (12 iyun 1929[1][2][…]fevral 1945[3][4][…], Bergen-Belzen konsentrasiya düşərgəsi, Üçüncü Reyx[5]) yəhudi əsilli bir alman olaraq İkinci dünya müharibəsi illərindəki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb. Müəllifi olduğu "Gənc qızın gündəliyi" avtobioqrafiyası Holokost soyqırımı mövzusunda yazılmış ən dəyərli əsərlərdəndir.[8]

Anna Frank
nid. Annelies Marie Frank
Doğum adı Annelies Marie Frank
Doğum tarixi 12 iyun 1929(1929-06-12)[1][2][…]
Vəfat tarixi fevral 1945[3][4][…] (15 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güm. səpmə yatalaq[6][7][…]
Dəfn yeri
Fəaliyyəti gündəlik yazıçısı[d], yazıçı
Fəaliyyət illəri 1942–1944
Tanınmış əsərləri
İmza
annefrank.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Anna Frank

Anna Frank 1929-cu il 29 iyunda Frankfurt-Maynda anadan olmuşdu. Anna Frankın özündən 3 yaş yarım böyük olan Marqot adlı bacısı var idi. Hitlerin hakimiyyəti ilə Antisemitizmin yüksəlməsi Annanın ailəsini Almaniyadan köçməyə vadar etdi. Niderlanda köçən ailə burada yaşamağa başlasa da, savaşın buralara da yayılması riskinin güclənməsi ilə ailə yeni sığınacaq axtarmağa başlayır. İngiltərəAmerikaya miqrant kimi müraciət edən ailə hər ikisindən də rədd cavabı alır.[9]. 10 may 1940-cı ildə Niderland almanlar tərəfindən işğal olunur, tezliklə burada da yəhudilər əleyhinə kampaniyalar başlayır. Annanın atası Otto öz işini itirir, ikinci dəfə Amerikaya miqrasiya üçün müraciət etsə də, yenə rədd edilir. Bundan sonra Otto və həyat yoldaşı gizlənmək qərarına gəlirlər.

5 iyul 1942-ci ildə Marqot alman düşərgəsindən zəng qəbul edir, həmin günün sabahından ailə gizlənməyə başlayır. Onlar iki ildən artıq gizlənməyi bacarırlar. Bu dövrdə onların əsas tələbatları hədəfdən kənardakı tanışları tərəfindən qarşılanırdı. Anna gündəlik tərtib edir və bu gündəliyə yaşadığı çətin günlərdən və qısa hekayələr yazır. Londonda sürgündə olan Niderland təhsil naziri Britaniya radiosu vasitəsilə insanları savaş haqqında yazmağa gündəliklər tutmağa çağırdıqda Anna da öz gündəliyinin üzərində yenidən işləmək və "Gizli artırma" adlı roman yaratmaq qərarına gəlir, ancaq yazısını bitirməmiş tapılır və həbs olunur.

4 avqust 1944-cü ildə gizlənənlər onlara kömək edən iki nəfərlə birgə həbs edilir. Kömək edənlərdən Coannes nisbətən erkən azad olunur. Həbslərdən az sonra Miep Gies və Bep Voskuijl Annanın gündəliyini və yarımçıq romanını tapırlar. Atası Otto ailədə savaşdan sağ çıxa bilmiş tək üzv olur. Həyat yoldaşının öldüyünü öyrənən Otto, qızları haqqında yalnız sonralar öyrənə bilir ki, hər ikisi xəstəlikdən ölüblər.[10]

3 sentyabr 1944-cü ildə ailə Polşaya göndərilir. Auşvitzdə qadınlar və kişilər ayrılır bununla da, Anna ilə atasının yolları ayrılır. Burada Anna ana və bacısının yanında olur. Düşərgələr üçün işçi seçməyə başlayananda, Anna qaşıntıları olduğu üçün qəbul edilmir, ana və bacısı da onunla qalmağa qərar verirlər. Elə Annanın xəstəliyinə görə də ailə artıq "xəstəliklər yuvası" sayılan Berqen-Belsenə göndərilir. Berqen-Belsenin azad olunduğu 15 aprel 1945-ci ildən öncə yatalaq xəstəliyindən ölən Annanın ölüm tarixi dəqiq bilinmir.[11] Mart ayında öldüyü ehtimal olunan Annanın son araşdırmalardan sonra fevralda öldüyü düşünülür.[12]

Annanın gizlənmiş olduğu ev 1960-cı ildə muzeyə çevrilib və hazırda muzey kimi faəliyyət göstərir. Bir müddət sonra Francess Goodrich və Albert Hackett bu kitabı teatr səhnəsinə qoydu və kitab ilk dəfə Broadway səhnəsində tamaşa qoyuldu.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Anne Frank // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 The Guardian (ing.). United Kingdom: GMG, 1821. ed. size: 107899 ISSN 0261-3077
  4. 1 2 Anne Frank Likely Died Earlier Than Believed (ing.). 2004.
  5. 1 2 Wall R. Frank, Anne // Verbrannt, verboten, vergessen (alm.): kleines Lexikon deutschsprachiger Schriftstellerinnen 1933 bis 1945. 2 Kn: Pahl-Rugenstein Verlag, 1989. S. 45–48. ISBN 978-3-7609-1310-0
  6. http://www.annefrank.org/ImageVaultFiles/id_17313/cf_21/def_AFS_eines_tages_2015.PDF.
  7. Révélations sur la mort d'Anne Frank. Le Point, 2015.
  8. "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-04.
  9. https://www.washingtonpost.com/news/worldviews/wp/2015/11/24/anne-frank-and-her-family-were-also-denied-entry-as-refugees-to-the-u-s/?utm_term=.b049798b72d4
  10. "Arxivlənmiş surət". 2017-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-04.
  11. "Arxivlənmiş surət". 2017-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.
  12. "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-08.