İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru.
İranə Tağızadə | |
---|---|
İranə Tofiq qızı Tağızadə | |
Doğum tarixi | 7 may 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 2023 (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Atası | Tofiq Tağızadə |
Fəaliyyəti | rejissor |
Təhsili | |
Teatr | Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı |
Mükafatları |
İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.[1]
9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur.[2]
Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır.[3]
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Soltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin "Sənətkarın taleyi" quruluşu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.[4][5]
Yaradıcılığı haqqında Elçin qələmə aldığı nekroloqda yazır:[6]
O, həyatı hiss edirdi, duyurdu, görünməyənləri görməyi bacarırdı və səhnə də onun üçün həyatın bir parçası idi. Onun ən yaxşı tamaşaları yalnız aysberqin görünən hissəsi deyildi və bu tamaşaların qiyməti, uğuru, həmin aysberqin görünməyən hissəni də tamaşaçıya təlqin edə bilməsində idi.
İrana Tağızadə mənim indiyə qədər tanıdığım teatr xadimləri arasında dünyagörüşünün genişliyi, teatra və dramaturgiyaya bələdliyi, yaradıcı mədəniyyəti və səriştəsi ilə seçilən azsaylı sənətkarlardan biri, birincilərdən biri idi. |
Teatr sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi,[7] 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin mükafatı — 30 aprel 2014[8] 6 may 2015-ci ildə[9], 6 may 2016[10], 1 may 2017-ci ildə[11], 9 may 2018[12] 10 may 2019[13]
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.[14]