Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osat
Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir. Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas. == Tarixi == Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir. 1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər.
Vyosa Osmani
Vyosa Osmani (alb. Vjosa Osmani-Sadriu 17 may 1982, Mitroviça[d]) — Kosovolu qadın siyasətçi, hüquqşünas, müəllim, Kosovo Demokratik Liqası sədrinin müavini, Kosovo parlamentinin spikeri, Kosovo Parlamentinin, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsi Şurasının üzvü. == Bioqrafiyası == 17 may 1982-ci ildə Kosovska-Mitrovitsa şəhərində anadan olmuşdur. Priştina Universitetinin Hüquq fakültəsində oxuyur, bakalavr dərəcəsi alır. 2005-ci ildə ABŞ-nin Pensilvaniyadakı, Pittsburq Universitetindən Hüquq Magistrini alır və 2015-ci ildə Pittsburq Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, Hüquq Doktoru dərəcəsini alır. Priştina Universitetində və Kosovadakı Roçester Texnologiya İnstitutunda dərs demişdir. Pittsburq Universitetində qonaq olan professor olur. Kosovo Respublikası Prezidentinin aparat rəhbəri, xarici siyasət məsələləri üzrə müşaviri və hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. 2008-ci il Kosovo Respublikasının Konstitusiyasını hazırlayan komissiyada prezidentin nümayəndəsi idi. 2009-cu ilin dekabrında Kosovonun müstəqilliyinin qanuniliyinə dair məhkəmə prosesi zamanı BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində hüquq qrupunun üzvü olmuşdur.
Vjosa Osmani

Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Renier Sosa
Renier Sosa (30 aprel 1972) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Renier Sosa Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Samuel Sosa
Samuel Alexandro Sosa Kordero (17 dekabr 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Sosa Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. Vanuatu millisi ilə görüşdə Sosa yeddinci qolun müəllifi olmuş və komandası 7-0 hesabı ilə qalib gəlmişdir.
Xose Sosa
Xoze Ernesto Sosa (d. 19 iyun 1985, Argentina) - Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça PFK klubunda çıxış edən Argentina’lı peşəkar futbolçudur. == Karyerası == Sosa əsasən hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir. 35 yaşlı futbolçu peşəkar karyerasına Argentinanın "Estudiantes" klubunda başlayıb, daha sonra Almaniyanın "Bavariya", İtaliyanın "Napoli" və Ukraynanın "Metallist Xarkov", İspaniyanın "Atletiko Madrid" kimi klublarında çıxış edib. 2014-cü ilin qışında isə futbolçu "Beşiktaş" klubuna transfer olunub. Argentina milli komandasıyla 19 oyuna çıxan Sosa 1 qolla yadda qalıb. 2016-ci ilin yay transfer pəncərəsi zamanı İtaliya klublarından Milan’a transfer olunan futbolçu 2017-ci ildən Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edir. Bu klubdakı debütünü 4. turda Gənclərbirliyi qarşısında edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Karan-i Vəsat (Çaldıran)
Karan-i Vəsat (fars. كران وسط‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (11 ailə).
Mərgan-i Vəsat (Şot)
Mərgan-i Vəsat (fars. مرگن وسط‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Yarımqaya-i Vəsat (Maku)
Yarımqaya-i Vəsat (fars. ‎يارم قيه وسط‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (20 ailə).
Sost (Yuxarı Pireney)
Sost (fr. Sost) — Fransada kommuna, Cənub-Pireney regionunda yerləşir. Yerləşdiyi departament — Yuxarı Pireney. Moleon Barus kantonuna daxildir. Banyer-de-Biqor rayonunda yerləşir. Kommunanın INSEE kodu — 65431-dir. == Coğrafiyası == Kommuna təxminən Parisdən 680 km cənubda, Tuluza şəhərindən 105 km cənub-qərbdə, Tarb şəhərindən isə 55 km cənub-şərqdə yerləşir. Urs-de-Sost çayı kommunanın ərazisindən axır. Kommunanın ərazisinin böyük hissəsini meşələr tutur. == İqlimi == İqlimi demək olar ki, bütün il ərzində günəşli isti hava və bol yağıntı ilə müşahidə edilir.