Osat (serb. Osat / Осат) — Bosniya və Herseqovina ərazisində yerləşən coğrafi vilayət. Podrinenin mərkəzi hissəsində (Drina çayının sağ sahili boyunca), Vişeqrad və Srebrenisa şəhərləri arasında yerləşir. Osat vilayəti ərazisinə Bratunas və Srebrenisa icmaları bütünlüklə, Biraç regionunun isə bir hissəsi daxildir.
Vasili Stefanovun yazdıqlarına görə Osat vilayətində 1860-cı ildə aşağıdakı kəndlər mövcud olmuşdur: Blajieviçi, Boleviçi, Bojiçi, Buyakoviçi, Srvisa, Yaketiçi, Karina, Kalimoniçi, Kosytolomsi, Krniçi, Mleçva, Moşiçi, Osatisa, Petrisa, Postole, Pribidol-Srpski, Pribidol-Turski, Radoçeviçi, Ratkoviçi, Stanatoviçi, Teqare, Toplisa, Vraneçeviçi, Vusare, Jakobnisa-Srpska, Jakobnisa-Turska, Kliebas.
Osat vilayəti orta əsrlərdə Jupaniya adı ilə tanınırdı[1]. 1402–1459-cu illərdə Serb despotiyasının tərkib hissəsi olmuşdur. 1459-cu ildə Osmanlı imperiyası ərazisinə daxil edilmişdir. Bundan sonra vilayət Zvornik sancağının bir hissəsinə çevrilmişdir.
1804–1813-cü illər ərzində ilk serb üsyanı zamanı Kara-Marko Vasicin qoşunları bir müddətliyinə də olsa Osatı Srvisadan qoparıl ələ keçirə bilirlər. Üsyanın əvvəllində Hacı Melenti Stevanoviç Vasiç ilə görüşdü və 1804-cü ildə Ağ Drina döyüşündən sonra Karaqeorgidən yardım istəyib Osatı azad etmək üçün qoşun ayırmağı xahiş etdi. Lazar Mutap devrildi və bölgə üsyançıların nəzarətində qaldı. Osmanlılar 1808-ci ildə Osata hücuma keçdilər, 1813-cü ildə üsyançıları təslim olmağa məcbur edərək oranı tərk etməəyə vadar etdilər. Müharibə illərində bölgə xristian və müsəlmanların qarışıqdan ibarət bir əhaliyə sahib idi: pravoslav kişilər Bosniya və Serbiyada tikinti sahəsində çalışırdılar[1]. Onlar xüsusi xalq kostyumları adətləri səbəbilə qonşularından fərqlənirdilər[1].