Vjosa Osmani

Vyosa Osmani (alb. Vjosa Osmani-Sadriu 17 may 1982[1], Mitroviça[d]) — Kosovolu qadın siyasətçi, hüquqşünas, müəllim, Kosovo Demokratik Liqası sədrinin müavini, Kosovo parlamentinin spikeri, Kosovo Parlamentinin, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsi Şurasının üzvü.[2]

Vyosa Osmani
alb. Vjosa Osmani[1]
Doğum tarixi 17 may 1982(1982-05-17)[1] (42 yaş)
Doğum yeri
Fəaliyyəti hüquqşünas, siyasətçi
Elmi dərəcəsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

17 may 1982-ci ildə Kosovska-Mitrovitsa şəhərində anadan olmuşdur.[2][3]

Priştina Universitetinin Hüquq fakültəsində oxuyur, bakalavr dərəcəsi alır. 2005-ci ildə ABŞ-nin Pensilvaniyadakı, Pittsburq Universitetindən Hüquq Magistrini alır və 2015-ci ildə Pittsburq Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, Hüquq Doktoru dərəcəsini alır[2].

Priştina Universitetində və Kosovadakı Roçester Texnologiya İnstitutunda dərs demişdir. Pittsburq Universitetində qonaq olan professor olur.

Kosovo Respublikası Prezidentinin aparat rəhbəri, xarici siyasət məsələləri üzrə müşaviri və hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. 2008-ci il Kosovo Respublikasının Konstitusiyasını hazırlayan komissiyada prezidentin nümayəndəsi idi. 2009-cu ilin dekabrında Kosovonun müstəqilliyinin qanuniliyinə dair məhkəmə prosesi zamanı BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində hüquq qrupunun üzvü olmuşdur. 12 dekabr 2010-cu il parlament seçkilərinin nəticələrinə görə, o, Kosovo parlamentinə seçildi. 8 iyun 2014 və 11 iyun 2017 seçkilərində yenidən seçilir. 2017 seçkilərində o, 64 mindən çox səs alır. Xarici əlaqələr, diaspor və strateji investisiyalar komitəsinə və əvvəllər bir sıra digər komitələrə rəhbərlik etmişdir. 3 fevral 2020-ci ildə Albina Kurtinin razılığından sonra Kosovo Parlamentinin Baş naziri vəzifəsinə təyin edilir. Onun namizədliyinə 65 deputat səs verir. Bu mövqedə olan ilk qadın olur. Kurtinin ofisində Xarici İşlər Nazirinin portfelini alan zaman Qlauka Konyufkanı əvəz edir.

İngilis, türkserb dillərini bilir.

Ailəlidir. Əkizlər uşaqları var.

  1. 1 2 3 https://www.classlifestyle.com/news/48463/vjosa-osmani-zgjidhet-presidente-e-kosoves/eng/.
  2. 1 2 3 "Honourable Vjosa Osmani-Sadriu, Kosovo" (ingilis). The Parliamentary Network on the World Bank and International Monetary Fund. 2018-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  3. "Pitt Law Alumna Vjosa Osmani Nominated by LDK as candidate for prime minister of Kosovo" (ingilis). University of Pittsburgh School of Law. 2021-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.