Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vikont
Vikont (ing. viscount; fr. vicomte, latınca vicecomes, hərfən qrafın köməkçisi, müavini) — Qərbi Avropada zadəgan titulu. == Vikont tacı == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Burke’s Peerage & Baronetage, 1956, introduction, pp cxx-cxxviii.
Vigna
Vigna (lat. Vigna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Əhalinin qidasının zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını yaxşılaşdırmaq üçün bir çox ölkələrdə dənli paxlalı bitkilərdən biri olan viqnanın səpilib becərilməsinə son vaxtlar maraq çox artmışdı. Viqnanın quru dənində 27% zülal, 62% karbohidrat, 1,3%yağlar vardır. Viqnanın dəni yaxşı bişməsi ilə başqa paxlalılardan fərqlənir. Bir çox ölkələrdə viqna çoxlu məqsədlərlə istifadə olunan bitki kimi becərilir. Əksər ölkədə viqnanın dəni ərzaq məqsədilə, yaşıl kütləsi isə ya heyvanın yemləndirilməsində, ya da yaşıl kübrə kimi sahələrin münbitlyinin yüksəldilməsində istifadə olunur. Heyvanlar üçün də viqna əhəmiyyətli bitkidir. O, otlaq üçün çox yaralıdır. Viqna, əsasən, tropik və subtropik mənşəli bitki olduğuna görə özünün boy və inkişafı üçün çoxlu istilik tələb edir.
Viqna

Elena Cionat
Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888 – 1937) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi. == Həyatı == Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır. Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur. 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır.
Typhlodromips vignae
İqnat daşı
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. İqnat latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. == Toponim == Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.