Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888 – 1937) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi.
Elena Cionat | |
---|---|
rum. Elena Djionat | |
Doğum tarixi | 8 may 1888 |
Vəfat tarixi | 1937 |
Təhsili | |
Fəaliyyəti | aktivist, müəllimə, jurnalist, publisist, qadın hüquqları fəalı[d], sufrajist |
Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır.[1] Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur.[2] 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır. 1927-ci il inzibati islahatı Rumıniyanın qadınların siyasi həyatda iştirak etməsinə imkan yaratdı və bu da qadınların sosial fəallığının inkişafına kömək etdi.[3] 1930-cu illərdə qadın hüquqları hərəkatına rəhbərlik onunla Elena Amistar arasında bölünmüşdü. 1933-cü il iyunun 18-19-da Bessarabiya Elena Cionatın rəhbərliyi ilə qadınlarının ilk qurultayı keçirildi. Qurultaya ölkənin hər yerindən gələn nümayəndələr dəvət olundu.
Elena Cionat öz məqsədlərinə nail olmaq üçün Milli Kəndli Partiyasına qoşulub öz hesabına maliyyələşdirilən "Feminist hərəkatı" jurnalını yaratdı.[4]
Onun haqqında 1936-cı ildən sonraya aid heç bir məlumat yoxdur.