Vigna

Vigna (lat. Vigna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.

Viqna
Elmi təsnifat
Beynəlxalq elmi adı

Əhalinin qidasının zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını yaxşılaşdırmaq üçün bir çox ölkələrdə dənli paxlalı bitkilərdən biri olan viqnanın səpilib becərilməsinə son vaxtlar maraq çox artmışdı.

Viqnanın quru dənində 27% zülal, 62% karbohidrat, 1,3%yağlar vardır. Viqnanın dəni yaxşı bişməsi ilə başqa paxlalılardan fərqlənir.

Bir çox ölkələrdə viqna çoxlu məqsədlərlə istifadə olunan bitki kimi becərilir. Əksər ölkədə viqnanın dəni ərzaq məqsədilə, yaşıl kütləsi isə ya heyvanın yemləndirilməsində, ya da yaşıl kübrə kimi sahələrin münbitlyinin yüksəldilməsində istifadə olunur. Heyvanlar üçün də viqna əhəmiyyətli bitkidir. O, otlaq üçün çox yaralıdır.

Viqna, əsasən, tropik və subtropik mənşəli bitki olduğuna görə özünün boy və inkişafı üçün çoxlu istilik tələb edir. Onun toxumlarının cücərməsi üçün optimal teperatur 15-20 C arasında dəyişir. Onun vətəni olan tropik qurşaqlarda toxumlar cücərtilər səpindən 5 gün sonra əmələ gəlir. Bəzi şimal rayonlarda başqa şəkil müşahidə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azani N., Babineau M., Bailey C. D., Banks H., Barbosa A., Pinto R. B., Boatwright J., Borges L., Brown G., Kite G. C. et al. A new subfamily classification of the Leguminosae based on a taxonomically comprehensive phylogeny – The Legume Phylogeny Working Group (LPWG) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2017. Vol. 66, Iss. 1. P. 44–77. ISSN 0040-0262; 1996-8175 doi:10.12705/661.3

Həmçinin bax[redaktə | mənbəni redaktə et]