Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülşad
Gülşad Xanım və ya Gülşad — azərbaycanlı şairə, aşıq.[mənbə göstərin] Təxminən XVI əsrin sonu – XVII əsrin birinci yarısında yaşadığı güman edilən Gülşadın "Təsnifi-Gülşad" adlı əsərindən başqa əldə heç bir yazısı mövcud deyil.
Pallad
Pallad (IV əsr, İsgəndəriyyə – V əsr, İsgəndəriyyə) — sonuncu bütpərəst şair-epiqrammatist. == Həyatı == Ellin mədəniyyətinin tərəfdarı və xristian intibahının əleyhdarı olan Pallad öz ideyalarının məhdudluğunu görür: "Xoşbəxtlik gətirən tale bədbəxt olmuşdur". Pallad dövrünün mükəmməl epiqrammçısıdır. Müasirləri onun xatirəsini əziz tutaraq ona "Meteor" təxəllüsü vermişdilər.
Qaftan
Qaftan — qədim türklərdə geyim forması. == Haqqında == Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur. Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda "don" adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: "Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm" ifadəsində bu ayrılıq aydın nəzərə çarpır. Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: "Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi". Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: "Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi… Ayıtdılar: "Necə səxt olmayalum?
Qalpaq
Qalpaq (türk. kalpak) — kəsik konus şəklində, əsasən kürk, parça və ya dəridən tikilən bir papaq növüdür. ƏsasənTürkiyədə, Qafqazda, İranda, Rusiyada və Orta Asiya ölkələrində istifadə edilir. Tarixən müxtəlif türk birliklərində çox geniş istifadə edilmişdir. İndiki dövrdə Özbəkistan sərhədləri içində yaşayan Qaraqalpaqlar da adlarını qalpaq sözündən götürmüşdür. == Mənbə == "kalpak." Arxivləşdirilib 2009-04-04 at the Wayback Machine Güncel Türkçe Sözlük. Türk Dil Kurumu. 2009. "kalpak." Büyük Larousse Sözlük ve Ansiklopedisi. Gelişim Yayınları.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qartal
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Ümumi == Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Qatlar
Qatlar (himnlər, nəğmələr) - Avestanın ən qədim və mürəkkəb hissəsi. Alimlər "Qat"ların məzmununun çox emosional və "insani" ruhda olduğunu qeyd edirlər. Güman edirlər ki, Qatlarda insanın səsi eşidilir və hərdənbir "müəllifin fərdiliyi aydın şəkildə hiss olunur" [E.E.Bertels]. Adətən Zərdüştün (Zaratuştra, Zaratustra) özü Qatların müəllifi hesab edilir. Zərdüşt öz moizələrində zülm və zülmət aləmindən imtina etməyə, xeyir və işıq aləmini seçməyə səsləyir. Qatların oxunuşu ən qədim zamanlardan indiyədək zərdüştilik təliminin ən müqəddəs mərasimlərindən biridir. Qeyd etmək lazımdır ki, "Qat"lar Avestanın ən çətin anlaşılan qismidir. Qətiyyətlə demək olar ki, bizdə tərcümə variantlarının miqdarı qədər müxtəlif "Qatlar" mövcuddur [İ.M.Dyakonov]. Belə hesab etmək məqbuldur ki, şübhəsiz, "Avesta"da "Qatlara" nisbətən daha qədim fraqmentlər olsa da, "Qatlar" "Avesta"nın çox qədim hissəsidir. Bunu hər halda Yaştların, habelə Yəsnanın bəzi hissələrinə münasibətdə də iddia etmək olar.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimiyası == Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. == Əhalisi == Əhalisi 1680 nəfərdir.
Xaltan
Xaltan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Xaltan oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Gilgilçayın sahilindəki Xaltan min. bulaqlarının adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 624 nəfər əhali yaşayır. Əhalisini tamamilə tatlar təşkil edir.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Xaltan kəndi dağətəyi ərazidə yerləşir.
Yeni Baltas (Baltas)
Yeni Baltas (rus. Новобалтачево, başq. Яңы Балтас) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Tuşqır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 9 km., kənd sovetliyindən (Tuşqır): 7 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 75 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (99%) üstünlük təşkil edir.
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qalat
Qalat (Qəzvin)
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qalba
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru. == Həyatı == Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi.
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Annovka (Baltas)
Annovka (rus. Анновка) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 71 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 20 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 90 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (50%) tatarlar (35%) üstünlük təşkil edir.
Antuan Qallan
Antuan Qallan (fr. Antoine Galland, 4 aprel 1646[…], Paris – 17 fevral 1715[…], Paris) — fransız şərqşünas, antikvar, tərcüməçi, Avropada"Min bir gecə" əsərinin ilk tərcüməçisi kimi məşhurlaşmışdır. Qədim Yazılar Akademiyasının üzvü (1701), "Kollec d & Frans"da ərəb dili müəllimi (1709-cu ildən). == Həyatı == Fransız şərqşünası Antuan Qallan 1646-cı ildə Rollo şəhərində (Pikardiya vilayəti) sənətkar ailəsində anadan olmuş, 1715-ci ildə Parisdə vəfat etmişdir. Noyon və Parisdəki Plessi kollecində təhsil almışdır. "Kollec dö Frans"da Şərq dilləri sahəsində ixtisaslaşaraq, Konstantinopolda Fransa səfirliyində işləmişdir (1670). İki dəfə Ləvan şəhərinə elmi məzuniyyətə göndərilmişdir. Şərqdə işlədiyi müddətdə Şərq xalqlarının dilləri, adət və ənənələri, ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Çoxlu əlyazmaları, şəkilləri, mərmər əşyaları və qədim yazıları toplayıb öyrənmişdir. 1701-ci ildə o, Fransanın Qədim Yazılar Akademiyasının üzvü təyin olunmuşdur.
Ardaqış (Baltas)
Ardaqış (rus. Ардагыш, başq. Әрҙәгеш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 37 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 21 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 86 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (96%) üstünlük təşkil edir.
Biqilde (Baltas)
Biqilde (rus. Бигильдино, başq. Бейгилде) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 232 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 25 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 92 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (66%) və tatarlar (33%) üstünlük təşkil edir.