Qalpaq (türk. kalpak) — kəsik konus şəklində, əsasən kürk, parça və ya dəridən tikilən bir papaq növüdür. ƏsasənTürkiyədə, Qafqazda, İranda, Rusiyada və Orta Asiya ölkələrində istifadə edilir. Tarixən müxtəlif türk birliklərində çox geniş istifadə edilmişdir. İndiki dövrdə Özbəkistan sərhədləri içində yaşayan Qaraqalpaqlar da adlarını qalpaq sözündən götürmüşdür.