Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Glock
Glock — Avstriya istehsalçısı "Glock Ges.mb" tərəfindən dizayn edilmiş və istehsal edilmiş polimer çərçivəli, qısa geri çəkilmə ilə idarə olunan, kilidli arxa yarımavtomat tapança markası. Silah etibarlılıq və təhlükəsizlik testlərində ən yüksək nəticə əldə etdikdən sonra 1982-ci ildə Avstriya hərbi və polis qüvvələrinin xidmətinə verilmişdir. Glock tapançaları şirkətin ən gəlirli məhsuluna çevrilib və ən azı 48 ölkədə milli silahlı qüvvələrə, təhlükəsizlik agentliklərinə və polis qüvvələrinə tədarük edilib. Glock həm gizli, həm də açıq daşımada istirahət və güllə atıcılığı, evdə və özünümüdafiə üçün mülki şəxslər arasında məşhur odlu silahdır. 2020-ci ildə Glock 19 "GunBroker"də ən çox satılan tapança idi. == Haqqında == Şirkətin ilk və şirkəti tanıdan əsas silahı "Glock-17" tapançasıdır. Gaston Glock tərəfindən hazırlanan bu tapança 1980-ci illərdə Avstriya ordusu tərəfindən təşkil edilən bir yarışmada qalib olur. Bundan sonra 80-ci illərin əvvəllərindən kütləvi şəkildə istehsal olunur. Hal-hazırda 30-dan çox ölkədə istehsal edilir.
GotoP
GotoP (ごとP, Goto Pī, d. 12 iyun 1969) — Yaponiya rəssamı. Yaponiyanın Gifu prefekturasının paytaxtı Gifu şəhərində anadan olmuşdur. İki vizual roman — "Wandaba Style" və "Close to: Inori no Oka" vizual romanlarının orijinal personaj dizayneridir. Ən tanınmış işi "Clannad" vizual romanına əsaslanan "Official Another Story Clannad" qısa hekayə kolleksiyası üçün çəkdiyi rəsmlərdir. == İşləri == Narcissu: Side 2nd Nagomi Hiyori Hidamari - GotoP Art Works Moegiiro Angel Beats!
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. == Qotik memarlığı == Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Qotoku Sakay
Qotoku Sakay (d. 14 mart 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
GOTO
GOTO - (azərb. GOTO deyimi‎, ing. GOTO statement, rus. оператор GOTO) — Fortran, BASIC və başqa proqramlaşdırma dillərində: idarəetməni proqramın başqa bir hissəsinə ötürən idarəedici deyim. Məsələn, BASIC dilindəki aşağıdakı proqram 1000 dəfə “Hello” kəlməsini çap edir: 10 LET X=0 20 PRINT “HELLO” 30 LET X=X+1 40 IF X<1000 THEN GO TO 20 Proqramlaşdırmanın bir çox nəzəriyyəçiləri və praktikləri proqramlarda GOTO deyimindən istifadə etməməyi məsləhət görürlər, bəzi proqlamlaşdırma dillərində isə (məsələn, Modula-2) belə deyim ümumiyyətlə yoxdur. Bu ona görə edilir ki, GOTO deyimi bir tərəfdən proqramın daha əyani olan bloklu quruluşunu pozur, digər tərəfdən kompilyatorun optimal kod generasiya etməsini çətinləşdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qoto
Qoto – Yapon soyadı. Şuiçi Qoto – Yaponiya arxeoloqu. Yukio Qoto — keçmiş Yaponiya futbolçusu. Miçi Qoto — Yaponiya qadın futbolçusu. == Həmçinin bax == Qoto adaları — Yaponiyanın qərbində, Naqasaki prefekturası ərazisində yerləşir.
Glock 17
Glock 17 (Qlok 17) — Glock şirkəti tərəfindən Avstriya ordusu üçün hazırlanmış tapançadır. Cari model həmin şirkət tərəfindən istehsal edilən ilk tapançadır. Əldə edilmiş məhsul uğurlu və rahat olduğu üçün P80 adı ilə Avstriya ordusunun istifadəsinə verilmişdir. Döyüş keyfiyyəti və etibarlılığına görə mülki müdafiə silahı kimi geniş şəkildə istifadə olunur. Fərqli seçimlərdə fərqli güllələr üçün istehsal olunur. 9×19 mm Parabellum, .40 S&W, 10 mm Auto, .357 SIG, .45 ACP və .45 GAP. Tapançanın əsas xüsusiyyəti təhlükəsizlik fitilinin olmamasıdır. Tapançanın əsas hissəsi möhkəm istiyə dözən 200 °C plastikdən hazırlanmışdır. Buna görə də Glock 17 yüngüldür və olduğca möhkəmdir. Glock 17 “götür və atəş aç” prinsipi ilə işləyir, ancaq atəş açmaq üçün tətiyi tam basmaq lazımdır. Cəmi 33 hissədən ibarətdir və ber neçə saniyə ərzində sökülüb yığıla bilər.
Kloto zülalı
Kloto zülalı — β-qlukuronidaza (К.Ф.3.2.1.31 ) bir sıra reseptorlarla qarşılıqlı təsirdə olan, orqanizmin insulunə qarşı həssaslığını tənzim edən transmembran zülaldır. == Kəşf tarixi == Kloto geni ilk dəfə 1997-ci ildə yapon alimləri tərəfindən kəşf edilmiş və yunan mifologiyasında ömrün ipini əyirən mələyin şərəfinə Kloto adlandırılmışdır. Yaşlandıqca orqanizmdə Klotonun miqdarı azalır. Təcrübə heyvanlarında Klotonun miqdarı yüksəldikcə ömrün uzunluğu artır, əksinə nokaut siçanlarda zülalın olmaması qocalmanı sürətləndirir. Aparılan tədqiqatlar göstərir ki, siçan və insanların Klotho zülalında 1014 amin turşusu var. İnsanla siçanın Klotho geni 86% oxşardır. İnsanda bu gen 13-cü xromosomda yerləşir: 5 eqzonu, 4 intronu var. Klotho proteini I tip transmembran zülallara aid edilir. Quruluşuna görə Klotho zülalının N və C terminalı (ucları) var. C terminalı transmembrana bitişikdir.
Lotos effekti
Lotos effekti — su damcılarının yarpağın səthində hərəkət edərək yad hissəcikləri tutması effektidir. Lotos effekti aşağı dərəcəli səth islanmasıdır, lotos bitkilərinin yarpaq və ləçəklərində və nastursiya, qamış kimi bitkilərdə müşahidə olunur. Bu effekt təbiətdə yalnız bitkilərdə deyil, həmçinin həşəratların (məsələn, kəpənəklərin qanadları) qanadlarında da müşahidə olunur. Belə ki, həşəratların qanadları yağışdan islanmır və onların uçmasında heç bir problem yaranmır. Lotos effektini göstərən (özündə əks etdirən) materiallar superhidrofob materiallar adlandırılır. Bu effekt onunla əlaqələndirilir ki, su damcısı belə materiallarla təmasda şarabənzər forma alaraq səthin üzərində sürüşərək (diyirlənərək) bütün yad cisimləri və tozu, çirki özunə yığır. Superhidrofob materiallar eyni anda bir neçə xassə ilə xarakterizə olunur: su damcısı belə materiallarda 1500-dən böyük islanma bucağı yaradır, 2-3 mm diametrli damcılar diyirlənir, su ilə təmasda səth üzərində öz-özünə təmizlənmə sahəsi yaranır. Təbiətdə Səthin Lotos effekti və ya superhidrofobluğu unikal deyil, bir çox bitki və həşəratlara da məxsusdur. Lotos effekti təbiətdə uzun zamanlar müşahidə olunsa da, bu hadisənin alimlər tərəfindən sistemli tədqiqinə demək olar ki, 10 il bundan qabaq başlamışlar, lakin müxtəlif superhidrofob xassəli materialların alınması məhz yeni nanomaterialların və nano və mikrotexnologiyanın inkişafı ilə əlaqədardır.
Lotos məbədi
Lotos məbədi (ing. Lotus Temple) — Bəhai dininin Asiya qitəsi üzrə əsas ibadət mərkəzi. Lotus məbədi Hindistanın Nyu-Dehli şəhərində yerləşir. Binanın görünüşü nəhəng lotos gülünü xatırladır və 27 ləçəkdən ibarətdir. Həmin ləçəklər 3 mərtəbə formasında qurulmuşdur. Məbədin hündürlüyü 34 metrdir və məbədin daxilində 1.300 nəfər insan eyni anda ibadət edə bilər. Məbədin unikallığı ondadır ki, burada bir ədəd də olsa düz xətt boyunca yerləşən hissə yoxdur. Məbədin tikilməsi üçün 100 milyon hind rublu xərclənmişdir. Məbədin tikilməsinə görə İrandan Fariburz (Fariburz Sahba) dəvət edilmişdir. Tikinti işləri 1980-ci ildə başlamışdır və 1986-cı ilin dekabrında yekunlaşdırılmışdır.
Potok mağarası
Potok mağarası (sloven. Potočka zijalka və ya Potočka zijavka) — Sloveniyanın şimalındakı mağara. Yüksək hündürlükdəki arxeoloji və paleontoloji bir yer elan edimişdir və təxminən 35,000 il əvvələ, yuxarı plaeolit dövrünə aiddir. Mağara Podolşeva yaşayış məntəqəsindəki Potok fermasının adını daşıyır. Sloven dilində adı olan zijalka və ya zijavka, uçuruma baxan və boşluqlu bir ağız olan düz dibli mağara mənasını verir. 1928-1955-ci illərdə sloveniyalı arxeoloq Srehko Brodar tərəfindən sistemli qazıntılar aparılmışdır. == Coğrfiyaya == Mağara şimali Sloveniyada Karavanks dağlarının şərqində 1,675 m (5,495 ft) hündürlükdə və Trias dövrünə aid əhəngdaşında yerləşir. 115 m (377 ft) uzunluğundadır və genişliyi 17 m (56 ft) enindəki girişdən 40 m (130 ft) daxili genişliyinə qədər dəyişir. Giriş cənuba doğru açılır. == Rolu == Mağaranın rolu haqqında iki fərziyyə mövcuddur: Əvvəlki izaha görə, mağara ov stansiyası idi.
Procyon lotor
Amerika yenotu (lat. Procyon lotor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin yenotlar fəsiləsinin yenot cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görkəminə görə yenotaoxşar itə bənzəyir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər.
Qotik memarlıq
Qotika (it. gotica) — german qəbiləsi qotların adından götürülmüşdür) — Qərbi Avropa ölkələrinin bir çoxunda yayılmış 12-13-cü əsr memarlıq üslubudur. Yüksəklərə millənən memarlıq formalarının üstünlük təşkil etməsi ilə, çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü ilə, rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olunur.
Qotik metal
Qotik metal ya da Qot metal. Doom metal və Heavy metal ın, Gothic tərzi ilə görüşüdür. ABŞ və Avropada yaranıb. Celtic Frost, bir neçə il sonra isə Paradise Lost və Theatre Of Tragedy kimi melodik keyboard və ağır Doom riffli gitara işlədən qruplardan yaranıb. Type O Negative, My Dying Bride və Anathema adətən insana böyük təsir göstərən ağır və hüznlü atmosferi ilə cəlb edir. İlk Goth Metal mahnısı, Paradise Lost qrupunun "Gothic" albomunun eyni adlı mahnısı sayılır. Death və famale vokallarla... Bu albom bir çox qruplara ilham mənbəyi olmuşdur, eləcə də Paradise Lost`un özünə. Theatre Of Tragedy, Tristani və Sins Of Thy Beloved kimi qruplar, bu tərzə daha qaranlılıq və daha da daxili əzabvericili əlavə edərək daha yüksəltdilər Goth Metal`ı. Orta əsrlərə xas olan musiqi əlamətləri, Gregorian xorları, kilsə orqları, fleytalar, skripkalar və qadın vokallar əlavə edilərək, Doom metal riffləri ilə bəzədildi və nəticədə çox sevilən bir tərz kimi qəbul edildi.
Qotik rok
Qotik rok (ing. Gothic rock) — rok musiqi üslubu. 1970-ci illərin sonlarında ortaya çıxmış bir rok növüdür. Qısaca qot rok olaraq da adlandırırlar. Qotik rokda çoxu rok növündə olduğu kimi elektro gitara, bass gitara, zərb alətləri, solo gitara istifadə edirlər; amma digər rok növlərindən özünü ayıran xüsusiyyəti isə əlavə olaraq zərb maşını və sintezator alətlərinin istifadə edilməsidir. Bu növün qruplarının %90-ı qadın vokalist istifadə edər.
Rede Globo
Rede Globo (port. Rede Globo de Televisão) — Braziliyanın ən böyük telekanalı. == Tarixi == 26 aprel 1965-cü ildə jurnalist Roberto Marinho tərəfindən yaradılıb. == Mərkəzi == Telekanalın mərkəzi qərargahı Rio de Janeiro şəhərində yerləşir.
TV Globo
Rede Globo (port. Rede Globo de Televisão) — Braziliyanın ən böyük telekanalı. == Tarixi == 26 aprel 1965-cü ildə jurnalist Roberto Marinho tərəfindən yaradılıb. == Mərkəzi == Telekanalın mərkəzi qərargahı Rio de Janeiro şəhərində yerləşir.
Look Sharp!
Look Sharp! – İsveçin Roxette pop-qrupunun ikinci albomudur. Stokholmun EMI Studiosda 1988-ci ilin mart-avqust aylarında və Londonun Trident II Studiosda 1988-ci ilin iiyun ayında yazılıb. Dünyada albomun 9 millyon nüsxəsi satılıb.
Miçi Qoto
Miçi Qoto (27 iyul 1990, Suzuka[d], Mie prefekturası) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Qoto adaları
Qoto adaları yap. 五島列島 — Yaponiyanın qərbində, Naqasaki prefekturası ərazisində yerləşir. Adalar Şərqi Çin dənizi akvatoriyasına daxildir. == Coğrafiyası == Adalar qrupu 140 müxtəlif ölçülü adalardan ibarətdir. Onlar arasında nisbətən iriləri beşdir: Fukue (福江島; 326,45 km², 32°41′29″ şm. e. 128°44′31″ ş. u.), Xisaka (久賀島; 37,35 km², 32°48′13″ şm. e. 128°52′32″ ş.
Yukio Qoto
Yukio Qoto (? - 1976) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şuiçi Qoto
Şuiçi Qoto (後藤 守一, Qoto Şuiçi, 10 avqust 1888, Şizuoka prefekturası – 30 iyul 1960) – Yaponiya arxeoloqu. == Həyatı == Şuiçi Qoto 1888-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. 1913-cü ildə Tokio Ali Normal Məktəbindən məzun olduqdan sonra Şizuokada bir orta məktəbdə işləməyə və arxeologiya ilə maraqlanmağa başlamışdır. 1921-ci ildə Tokio İmperiya Evi Muzeyinin işçisi olmuşdur. 1927-ci ildə Avropa və ABŞ-yə səyahət edərək muzeyləri tədqiq etmişdir. Daha sonra Meyci Universitetinin professoru və Mədəni Mülklərin Qorunması üzrə Milli Komissiyanın məsləhətçisi olmuşdur. Qoto Yaponiyanın ibtidai icma quruluşuna və erkən tarixinə maraq göstərmişdir. Onun ixtisası kofunlar və Kofun dövrünün mədəniyyəti olmuşdur. O, Toro yerində və Oyu daş sahələrində aparılmış arxeoloji qazıntı işlərinə rəhbərlik etmiş, Nippon Arxeologiya Cəmiyyətinin katibi vəzifəsini yerinə yetirmişdir. == Əsərləri == "Nihon kokoqaku" (1927, "Yaponiya arxeologiyası").
I Look I See
I Look I See — Yusuf İslamın 2003-cü ildı çıxardığı albom.
Look Away (Darude mahnısı)
Look Away (azərb. Üz döndər‎) — Finlandiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Darude və Sebastian Reyman "Look Away" mahnısı ilə Finlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcək. Mahnı Sebastian Reyman və Villa Vertanen (Darude) tərəfindən bəstələnmişdir.