GOTO - (azərb. GOTO deyimi, ing. GOTO statement, rus. оператор GOTO) — Fortran, BASIC və başqa proqramlaşdırma dillərində: idarəetməni proqramın başqa bir hissəsinə ötürən idarəedici deyim. Məsələn, BASIC dilindəki aşağıdakı proqram 1000 dəfə “Hello” kəlməsini çap edir:
10 LET X=0 20 PRINT “HELLO” 30 LET X=X+1 40 IF X<1000 THEN GO TO 20
Proqramlaşdırmanın bir çox nəzəriyyəçiləri və praktikləri proqramlarda GOTO deyimindən istifadə etməməyi məsləhət görürlər, bəzi proqlamlaşdırma dillərində isə (məsələn, Modula-2) belə deyim ümumiyyətlə yoxdur. Bu ona görə edilir ki, GOTO deyimi bir tərəfdən proqramın daha əyani olan bloklu quruluşunu pozur, digər tərəfdən kompilyatorun optimal kod generasiya etməsini çətinləşdirir.