Potok mağarası[1][2] (sloven. Potočka zijalka və ya Potočka zijavka[3]) — Sloveniyanın şimalındakı mağara. Yüksək hündürlükdəki arxeoloji və paleontoloji bir yer elan edimişdir və
Potok mağarası | |
---|---|
Yerləşməsi | |
46°26′56″ şm. e. 14°40′08″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
təxminən 35,000 il əvvələ[4], yuxarı plaeolit dövrünə aiddir. Mağara Podolşeva yaşayış məntəqəsindəki Potok fermasının adını daşıyır.[5][6] Sloven dilində adı olan zijalka və ya zijavka, uçuruma baxan və boşluqlu bir ağız olan düz dibli mağara mənasını verir.[6][7] 1928-1955-ci illərdə sloveniyalı arxeoloq Srehko Brodar tərəfindən sistemli qazıntılar aparılmışdır.[8]
Mağara şimali Sloveniyada Karavanks dağlarının şərqində 1,675 m (5,495 ft) hündürlükdə və Trias dövrünə aid əhəngdaşında yerləşir.[8] 115 m (377 ft) uzunluğundadır[9] və genişliyi 17 m (56 ft) enindəki girişdən 40 m (130 ft) daxili genişliyinə qədər dəyişir.[9] Giriş cənuba doğru açılır.[8]
Mağaranın rolu haqqında iki fərziyyə mövcuddur: Əvvəlki izaha görə, mağara ov stansiyası idi. Yeni fərziyyəyə görə görə isə mərasim yeri idi.[8]
Avstriyadan olan tibb tələbəsi Josef Qross tərəfindən aparılan həvəskar qazıntılardan sonra ərazini Sele Muzey Cəmiyyəti alıb. Sistematik qazıntılar arxeoloq Srehko Brodarın adından həyata keçirilmişdir və 1928-ci ildə başlayaraq[10] 1935-ci ilə qədər dəvam etmişdir.[9] Mağarada aşkarlanan səkkiz qatdakı tapıntılar içərisində 40-dan çox heyvan növünün o cümlədən mağara ayısı, canavar, alp marmotu, dovşan, kürən tülkü, dələ, vaşaq, nəcib maral, qarapaçanın sümükləri və xüsusilə də müşk öküzünün dişləri var. Mağaradan həmçinin 123 ox başlığı, mübahisəli bir sümük fleyta və dünyanın ən qədim tikiş iynələrindən biri tapılmışdır.[8][11]
Mağaranın yaxınlığındakı bir kənddə, Firar İnt və Loqar Vadisindəki Muzeydə turistlər üçün daimi bir sərgi vardır.[12] Digər tapıntıları Sele Regional Muzeyində görmək olar. Təəssüf ki, 1945-ci ildə İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərin bombardman reydləri zamanı kolleksiyanın çox hissəsi məhv edilmişdir.[9]