Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donetsk
Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir. Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır. == Əhalisi == Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.
Dnestr
Dnestr (ukr. Дністе́р, mold. Nistru, q.yun. Τύρας, lat. Tyras, Tiras) — Şərqi Avropada çay. Şimal-qərbdən cənub-şərqə Ukrayna və Moldovanın sərhədlərində axır. Qara dənizə tökülür.
Carex jonesii
Carex jonesii (lat. Carex jonesii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Dendrobium jonesii
Dendrobium jonesii (lat. Dendrobium jonesii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Thelychiton jonesii (Rendle) M.A.Clem. & D.L.Jones == Yarımnövləri == Dendrobium jonesii var. jonesii Dendrobium jonesii var.
Donetsk (Rusiya)
Donetsk — Rusiya Federasiyasının Rostov vilayətində yerləşən şəhər.
Donetsk (Ukrayna)
Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir. Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır. == Əhalisi == Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.
Donetsk silsiləsi
Donetsk silsiləsi — Şərqi Avropa düzənliyinin cənubunda yerləşən bir yüksəklik. Ukrayna və Rusiya sərhədində yerləşir. "Donetsk silsiləsi" adı ilk dəfə 1827-ci ildə geologiyası tədqiqatçısı E. P. Kovalevskinin nəşrində istifadə olunur. Silsilənin ümumi sahəsi 23 min km², uzunluğu təqribən 370 km, eni 160 km-dir. Orta hündürlüyü 200 metrdən 300 metrə qədərdir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 366 metr yüksək olan Meçetnaya Maqila (Petrovskoye, Luqansk vilayəti) dağıdır. == Formalaşma tarixi == Donetsk silsiləsi 1.5 milyard il əvvəl Pola vulkanının təsiri altında meydana gəlmişdir. Nəticədə yerin altından nəhəng təpələr qalxmış lakin sonra vulkan səthə çıxmağa güc tapmadı, çöllər arasında yalnız bir təpəliklər meydana gəldi. Şərq-cənub-şərqdən qərb-şimal-qərb istiqamətində 370 km, eni 160 km məsafədə uzanır. Eni 160 km çatır. Qərbdə eni 120 km-dir.
Donetsk vilayəti
Donetsk Vilayəti (ukr. Донецька область, Donec’ka oblast), Ukraynanın şərqində yerləşən ərazi vahidi (vilayət). SSRİ dövründə 1938-ci ildə Stalino adıyla tanınan ərazi vahidinin sahəsi 26,517 km²-dir.
Erigeron jonesii
Erigeron jonesii (lat. Erigeron jonesii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Jurinea modesti
Jurinea modesti (lat. Jurinea modesti) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Typhlodromus ernesti
Typhlodromus ernesti (lat. Typhlodromus ernesti) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus ernesti Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Donetsk (dəqiqləşdirmə)
Donetsk — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi, Donetsk vilayətinin inzibati mərkəzi. Donetsk (Rusiya) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir. Donetsk vilayəti — Ukraynanın şərqində yerləşən ərazi vahidi (vilayət). Donetsk milli universiteti — Donetsk şəhərində yerləşən ali təhsil müəssisəsi.
Thelychiton jonesii
Dendrobium jonesii (lat. Dendrobium jonesii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Thelychiton jonesii (Rendle) M.A.Clem. & D.L.Jones == Yarımnövləri == Dendrobium jonesii var. jonesii Dendrobium jonesii var.
Dnestr kanyonu
Dnestr kanyonu — Ukraynanın Dnestr çayında formalaşan kanyon. Kanyon ölkənin 4 vilayətinin sərhəddində yerləşir: İvano-Frankovsk, Ternopol, Çernovtsı və Xmelnitski. Ümumi uzunluğu 250 km-dir. Bu göstərici ilə o nəyin ki, Ukraynanın, eləcə də Avropanın ən uzun kanyonlarından biri hesab olunur. 2008-ci ilin 26 avqustunda ümumukrayna internet sorğusu nəticəsində Dnestr kanyonu Ukraynanın 7 təbiət möcüzəsindən biri hesab olunmuşdur. == Ümumi məlumat == Kanyon ərazinin özünəməxsus geoloji quruluşu nəticəsində formalaşmışdır. Bundan başqa, tektonik hərəkətlər, eləcə də su və külək eroziyasının da rolu böyükdür. Kanyonda və onun ətraf hissələrində Dördüncü dövrün çökmə süxurları ilə yanaşı paleozoy erasının Silur dövrünə aid süxurlar da geniş yayılıb. Nırkov kəndi yaxınlığında yerləşən 16 metrlik Curin şəlaləsi bölgənin görməli yerlərindən biri hesab olunur. Çayın sağ qolları az və çox qısadır: 6–16 km arasında dəyişir.
Josefoartiqasia monesi
Josefoartiqasia monesi — təxminən 2 milyon il bundan əvvəl Cənubi Amerikada yaşamış bir gəmiricidir.İndiyədək cəmi bir Josefoartiqasia monesi qalığı tapılıb.Pakarana onun hal-hazırda yaşayan ən yaxın qohumudur.Təxminən bir ton çəkisi olan bu gəmirici mövcud olan digər gəmiricilərdən daha böyükdür. Onların kəllə sümüyü 53 sm, kəsici dişləri isə 30 sm uzunluğunda olmuşdur. Təxmini bədəninin uzunluğu 3m, hündürlüyü isə 1,5m olmuşdur. Elmə məlum olan bu ən böyük gəmiricinin kəllə sümüyünü tətbiq edən alimlər müəyyənləşdiriblər ki, tarixdən öncəki dövrün otyeyənlərinin ön dişləri pələnginki qədər möhkəm olub. Bununla yanaşı, 30 sm uzunluğundakı bu əyilmiş ön dişlər çənə əzələlərinin əmələ gətirdiyi gücdən üç dəfə çox gücə tab gətirə bilib.Bu gəmiricilər rəqibləri ilə vuruşarkən, yırtıcılara qarşı müdafiə olunarkən və həmçinin qida tapmaq üçün torpağı qazarkən ön dişlərindən istifadə etmişlər. 1987 - ci ildə kəşf olunmuş, lakin 2008 - ci ilə qədər açıqlanmamış gəmiricinin kəllə sümüyü Uruqvayın Mİlli tarix və antropologiya muzeyində saxlanılır. Bu gəmiricilər suda yaşayan yumşaq bitki növləri ilə qidalanmışlar, çünki onların kiçik azı dişləri digər bitki növləri ilə qidalanmaq üçün kifayət etmirdi. == İstinadlar == 1." Böyükdür, həm də dişləyir ", National Geographic-Azərbaycan, noyabr, №15, 2015 2. https://en.wikipedia.org/wiki/Josephoartigasia_monesi 3. Millien, Virginie (May 2008).
Massimo Donati
Massimo Donati (it. Massimo Donati; 26 mart 1981, Cedellano, Udine, Friuli Venezia Giulia) — İtaliyalı keçmiş futbolçu, hal-hazırda məşqçi işləyir. Mövqeyi Yarımmüdafiəçi olub. O hal hazırda, İtaliya D seriyasında "Leqnaqo Salus" klubunun baş məşqçisidir. == Karyera == Massimo "Atalanta" klubunun yetirməsidir. 3 il Berqamo klubunda oynadıqdan sonra gənc yarımmüdafiəçi 15 milyon avroya "Milan"a transfer edilir. O zaman Donati İtaliyanın ən perspektivli gənc futbolçularından biri sayılırdı. Massimo 2001-ci ildə "Milan"a qatılır. Futbolçu Milan klubundakı ilk mövsumundə yaxşı təsir bağışlamır. Gənc Massimonun ehtiyat oyunçular skamyasında oturub oyun praktikasından əziyyət çəkməməsi üçün Milan rəhbərliyi futbolçunu icarəyə göndərməyə qərar verir.
Qar dənəsi
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferi'ə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır. == Formalaşması == Qar dənələri mineral və ya üzvi hissəciklərin ətrafında rütubət ilə doymuş, dondurulmuş hava kütlələrində nüvələşir. Onlar altıbucaqlı formalardakı başlanğıc kristallara yığılaraq böyüyürlər. Birləşən qüvvələr ilk növbədə elektrostatikdir.
Donetsk Hava Limanı
Sergey Prokofyev adına Donetsk Hava Limanı (ukr. Міжнародний аеропорт «Донецьк» імені Сергія Прокоф’єва; (IATA: DOK, ICAO: UKCC)) — Ukrayna ərazisində fəaliyyətsiz olan hava limanı (2014-cü ildən Donetsk Xalq Respublikasının nəzarətindədir). 26 may 2014-cü il tarixində hava limanının işi Ukrayna Dövlət Aviasiya Xidməti tərəfindən dayandırılır. 2014-cü ilin iyunundan - 2015-ci ilin yanvarına qədər hərbi əməliyyatlar zamanı hava limanı tamamilə məhv edilir, təyyarələrə xidmət üçün yararsız hala gəlir. == Tarixi == Hava limanı Stalino Şəhər Şurasının 27 iyul 1931-ci il tarixli qərarından irəli gəlir. Şəhər şurası torpaq şöbəsinə və şəhər təsərrüfat idarəsinə Stalino şəhərində mülki aviasiya aerodromunun tikintisi üçün ərazi tapmağı tapşırmışdır (Donetsk adı 1924-1961-ci illərdə Stalino olmuşdur.). 1933-cü ildə Stalino hava limanının əsası qoyulur. Elə həmin il Stalino-Starobelsk marşrutu üzrə ilk Aeroflot uçuşu təşkil edilir. 1936-cı ilin yazında hava limanında U-2 yüngül təyyarələrdən ibarət bir dəstə təşkil edilir. Bu təyyarələr tarlalarda hava kimyəvi dərmanlama işləri, sanitar daşıma, az miqdarda sərnişin və yük-poçt daşımaları həyata keçirir.
Donetsk Milli Universiteti
Vasili Stus adına Donetsk Milli Universiteti (ukr. Донецький національний університет імені Василя Стуса) — Ukraynanın ali təhsil müəssisəsidir. Universitet 1937-ci ildə yaradılmışdır və yaradılma zamanı Stalin pedaqoji institutu adını daşıyırdı. 1965-ci ildə yeni Donetsk Dövlət Universiteti adını alır, hansını ki, 2000-ci ilə qədər daşımışdır. 2000-ci ilin 11 sentyabrında universitet milli statusunu almışdır. Donetsk Milli Universitetinin strukturuna 12 fakültə, Donetsk humanitar institutu, 3 texnikum, lisey, mütəxəssislərin hazırlanmasının və yenidən hazırlanmasının 6 regional mərkəzi, 3 tədris-istehsal kompleksi daxildir. == Fakültələr və ixtisaslar == 1. Biologiya fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Biologiya Biofizika Botanika Zoologiya İnsanın və heyvanların fiziologiyası Bitkilərin fiziologiyası Ekologiya və ətraf mühitin qorunması 2. Tarix fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Tarix Beynəlxalq münasibətlər Politologiya 3. Riyaziyyat və informasiya texnologiyaları fakültəsi tələbələrin aşağıdakı ixtisaslar üzrə hazırlığını həyata keçirir: Riyaziyyat Statistika İnformatika Tətbiqi riyaziyyat 4.
Donetsk Xalq Respublikası
Donetsk Xalq Respublikası (rus. Донецкая народная республика, ukr. Донецька народна республіка, qısaca DXR) — 2014-cü ilin aprelində Donetsk vilayətinin daxilində, Ukraynada "Avromeydan" nəticəsində hökm sürən hakimiyyət əleyhdarlarıyla elan edilmiş separatist, tanınmayan dövlət. Bu addımın səbəbləri: [neytrallıq?] Regionun əhalisi ilə konstruktiv dialoq aparmağa Kiyev rəhbərliyinin rədd cavabı; Əhalinin maraqları və tələbatları nəzərə alınmaması; Yerli əhalinin Kiyev hökumətinin legitimliyini tanımaması. Rusiyanın böyük ölçülü təsiri. Bir sıra mənbələrin fikrincə, 2014-cü ilin iyun ayının əvvəlinə Donetsk vilayətinin ərazisinin üçdə biri Donetsk Xalq Respublikası nəzarəti altındadır.
Metallurq Donetsk FK
Metalurğ (Donetsk) — Ukraynanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 4 dəfə Avropa kuboklarında iştirak edib.
Qrabove (Donetsk vilayəti)
Qrabove (ukr. Грабове) — Ukraynanın Donetsk vilayətində, Şaxtyorsk rayonunda yerləşən kənd. 2014-cü ildən tanınmayan Donetsk Xalq Respublikasının nəzəarəti altındadır. == Coğrafiyası == Qrabove kəndi Mius çayının sağ sahilində yerləşir. Yaşayış məntəqəsinin şimal-şərqindən Donetsk və Luqans vlayətləri arasında olan sərhəd keçir. Kənd ərazisindən çayın axımı istiqamətində Qrabove su anbarının akvatoriyası başlayır. == Əhalisi == 2001-ci ildə keçirilən əhalinin siyahıyaalınmasına görə kənd əhalisi 1000 nəfərdir. Poçt indeksi — 86234. Telefon kodu — 6255. == Tarixi == Kənd haqqında ilk məlumat XV əsrə addir.
Şaxtyor Donetsk FK
Şaxtyor Donetsk FK — 1936-cı ildə Ukraynada yaradılan futbol klubu. Şaxtyor bir çox Avropa yarışlarında meydana çıxıb və tez-tez UEFA Çempionlar Liqasında iştirak edib. Klub yarışın Avropa Liqası olaraq yenilənməsindən öncəki il olan 2009-cu ildə UEFA Kubokunu qazanan müstəqil Ukraynada ilk klub olub. Şaxtyor Donetsk UEFA-nın böyük yarışmasında qalib gələn iki Ukrayna klubundan biridir, digəri isə Dinamo Kiyevdir. Klub əvvəllər ev oyunlarını Donetskdə yeni tikilmiş "Donbas Arena"da keçirirdi, lakin 2014-cü ildə Rusiya–Ukrayna müharibəsi səbəbindən komanda bu müddət ərzində 1000 kilometr (620 mil) qərbə, Arena Lvovda oynamalı olub. 2016-17 mövsümünün qış fasiləsindən sonra klub 2017-ci ilin əvvəlində yenidən Xarkovdakı Metalist Stadionuna (Donetskdən 250 kilometr (160 mil) şimal-qərb) köçüb. 2020-ci ilin may–iyul aylarında Şaxtyor ev oyunlarını Kiyevdəki Olimpiya Stadionunda keçirib. Klub öz tarixini sovet futbol liqası yarışlarının başlanğıcından götürür və Ukraynanın ən qədim klublarından biridir. Klub Şaxtyor Sovet Könüllü İdman Cəmiyyətinin üzvü idi və Şaxtyor Qarağandı (Qazaxıstan), Şaxtyor Soliqorsk (Belarus) kimi digər sovet komandaları ilə əlaqələri var idi. Son sovet dövründə Şaxtyor SSRİ yüksə liqasının nəhəng orta klubu idi və 1961 və 1962-ci illərdə iki il ardıcıl olaraq SSRİ Kubokunu qazandıqdan sonra kubok yarışları üzrə mütəxəssis hesab olunub.
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. == Mövzusu == "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. == İdeyası == Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
Dəşti-Kəbir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.