Donetsk silsiləsi

Donetsk silsiləsiŞərqi Avropa düzənliyinin cənubunda yerləşən bir yüksəklik. UkraynaRusiya sərhədində yerləşir. "Donetsk silsiləsi" adı ilk dəfə 1827-ci ildə geologiyası tədqiqatçısı E. P. Kovalevskinin nəşrində istifadə olunur[1]. Silsilənin ümumi sahəsi 23 min km², uzunluğu təqribən 370 km, eni 160 km-dir[2]. Orta hündürlüyü 200 metrdən 300 metrə qədərdir, ən yüksək nöqtəsi dəniz səviyyəsindən 366 metr yüksək olan Meçetnaya Maqila (Petrovskoye, Luqansk vilayəti) dağıdır.

Donetsk silsiləsi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 367 m, 147 m
Uzunluğu
  • 370 km
Eni 160 km
Sahəsi
  • 23.000 ± 1.000 km²
Yerləşməsi
48° şm. e. 39° ş. u.HGYO
Ölkə
Donetsk silsiləsi xəritədə
Donetsk silsiləsi
Donetsk silsiləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Formalaşma tarixi

[redaktə | mənbəni redaktə et]

Donetsk silsiləsi 1.5 milyard il əvvəl Pola vulkanının təsiri altında meydana gəlmişdir. Nəticədə yerin altından nəhəng təpələr qalxmış lakin sonra vulkan səthə çıxmağa güc tapmadı, çöllər arasında yalnız bir təpəliklər meydana gəldi.

Şərq-cənub-şərqdən qərb-şimal-qərb istiqamətində 370 km, eni 160 km məsafədə uzanır. Eni 160 km çatır. Qərbdə eni 120 km-dir. Qərbdə ən yüksək hündürlüyü hazırda dəniz səviyyəsindən 367 metrdir.

Qədimdə hələ silsilə formalaşmamışdan öncə böyük laqun olan bataqlıqlaşmış ərazidən ibarət idi. Buna görə Donbassda böyük kömür ehtiyatları var.

Hercin dövründə, təxminən 150 milyon il davam edən yeraltı fəaliyyəti nəhayət bir qatlanmış dağ qurululu silsiləsi halında meydana çıxmışdır.

İqlimi quru küləklərlə müşahidə olunur və quru kontinentaldır. Asiyadan və Aşağı Volqa çöllərindən gələn axın kütlələri qışda aşağı soyuq temperaturlara, yay istisində quru isti küləklər isə quraqlığa səbəb olur.

Yanvarın orta temperaturu −4 °C -6 °C, iyul +21 °C +23 °C-dir. Yağış 450 ilə 550 mm arasında dəyişir. Ətrafdakı ərazilərlə müqayisədə dumanlı və qar örtüyü olan günlərin sayı daha çoxdur. Yağıntı çox, orta temperatur bir qədər aşağıdır. Şaquli zonallıq müşahidə olunur.

Faunası çöl və meşə-çöl formaları ilə təmsil olunur. Heyvanlar aləminə 150-dən çox növ həşərat və 200 növ onurğalı daxildir. Onlardan 15-i Ukraynanın Qırmızı Kitabına daxil edilmişdir.

Müxtəlif ov faunasına sahibdir. Sığın, çöl donuzu, maral, boz dovşan, tülkü, canavar, çox sayda quş və s.

  1. "Ковалевский Е. П." www.mining-enc.ru (rus). 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
  2. "Степной бюллетень № 25, осень 2008". savesteppe.org (rus). 2020-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.